Məhkəmə qərarları › İş №e-2(002)-2302/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2302/2022

26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2302/2022 26.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı X2 qarşı uşaqların ananın himayəsində qalması, uşaqlara görə alimentin ödənilməsi, cehiz və qızıl qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı X2 qarşı uşaqların ananın himayəsində qalması və uşaqlara görə alimentin ödənilməsi, cehiz və qızıl qızıl-zinət əşyalarının qaytarılması aliment tələbi və qızıl-cehiz əşyalarının geri qayatrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə faktiki nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü qızı X3 onun himayəsinə verilməsi, cavabdeh X1 həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı onun xeyrinə, bir uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulması, eyni zamanda cehiz əşyaları olan televizor və qızıl-zinət əşyalarının cavabdehdən alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilməmişdir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona görə geri qaytarılmalıdır ki, iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdirilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələblərindən uşaqların onun himayəsinə verilməsi və aliment tələbi və digər tələbi isə cehiz və qızıl-zinyət əşyalarının ona geri qaytarılmasıdır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı iddia ərizəsində eyni cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir. Məhkəmə hesab edir ki, həmin bir-biri ilə əlaqədar olmayan bir neçə tələblərin birlikdə baxılması prosedur baxımından yolverilməzdir və həmin tələblərə ayrı icraatlarda baxılması məqsədəuyğundur. Həmçinin, iddiaçı iddia ərizəsinin xahiş hissəsində cavabdehdən konkret hansı məbləğdə və çeşiddə olancehiz və qızıl-zinyət əşyalarının tələb etdiyini dəqiqliyi ilə göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinə görə iddiaçı iddia ərizəsində cavabdehə qarşı olan tələblərini - iddianın qiymətini və predmetini, həmin tələbləri əsaslandran fakt və halları, onları təsdiq edən sübutları göstərməlidir. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən mülki prosesussal qanunvericiliklə müəyyən olunmuş bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə, eyni zamanda tələbi aydın göstərməməklə iddia ərizəsi ilə bağlı tələblərə riayət olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152.1.5, 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı uşaqların ananın himayəsində qalması, uşaqlara görə alimentin ödənilməsi, cehiz və qızıl qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar