Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2306/2022 01.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə arasında bağlanmış 460 nömrəli, xx.xx.2019-cu il tarixli nikahının pozulması, həmin nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 onun himayəndə qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və uşağa 3 yaşına çatanadək baxmaq üçün hər ay 100 manat əlavə vəsait olmaqla ümumilkdə hər ay 300 manat sabit pul məbləğində alimentin xeyrimə tutulması haqqında barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, , Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi olaraq nikaha daxil olmuş və onun ilə birgə nikahından xx.xx.2020-ci il tarixində Süleyman adlı uşağı doğulmuşdur.Bu evlilik müddətində də cavabdeh əvvəlcə ona qarşı mehriban olsa da, sonradan valideyinlərinin təsiri altına düşərək ona qarşı münasibəti dəyişilmiş və nəticə etibarı ilə ailə münasibətlərimizdə problemlər yaşanmağa başlanmışdır. Buna görə də, cavabdeh ilə nikahının pozulması ilə əlaqədar mediyasiya xidmətinə müraciət etsə də, cavabdeh heç bir səbəb göstərmədən mediyasiya sesiyasında iştirak etməmişdir.Hesab edir ki, cavabdeh ilə ər-arvad olaraq bir ailə kimi yaşamaq mümkün deyil və bu səbəbdəb cavabdeh ilə aramızda bağlanmış 460 nömrəli, xx.xx.2019cu il tarixli nikah qeydi pozulmalı və birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Süleyman adlı uşağı onun yanında qalmalı, habelə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğndə aliment və uşağa 3 yaşına çatanadək qulluq üçün əlavə olaraq 100 manat vəsait olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment mənim xeyrimə tutulmalıdır.Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə edərək,bütün bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, izahatında boşanmağa razı olduğunu, aliment ödəməyə razı olduğunu, ancaq 193 manat miqdarında aliment təyin olunmasını bildirərək , bu halların nəzərə alınaraq,ancaq əlavə 100 manat ödəməyə razı olmadığını, uşağın anasının yanında qalmasına razı olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ 324416 nömrəli nikah haqqında şəhadətnamənin məzmunundan görünür ki, Cavabdeh və X2 arasında nikah xx.xx.2019-cu il tarixdə 460 nömrəli akt qeydi ilə tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. AZ-İV 467509 seriyalı doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.Atası Cavabdeh, anası İddiaçı kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən ər-arvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birdə nikahdan 1 övladı vardır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümid yoxdur.Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ayrı yaşayırlar, ailələri faktiki olaraq dağılmışdır.Hər iki tərəf nikahın pozulmasına razıdır. Cavabdeh uşağın anasının himayəsində qalmasına razıdır. Bu halda, məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalı, xx.xx.2020-ci il təvəllüdlü X3 anası- İddiaçı yanında və himayəsində qalmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin tərəflərin birgə nikahdan olan uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulması hissəsi ilə bağlı hesab edir ki,tərəflərin birgə nikahdan olan övladlarının iddiaçının himayəsində saxlanması halı əsas götürülməklə, iddia tələbi bu hissədə qismən təmin olunmalıdır. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, məhkəmə tutulacaq alimentin miqdarının müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin aylıq qazancını və digər gəlirlərini müəyyən etmək mümkün olmamışdır.Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan alimnet aylıq sabit pul məbləği şəklində müəyyən edilməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, cavabdeh tərəf qeyd edilən məbləğdə aliment ödənilməsinə razıdır. İddiaçı tərəf isə uşağın aylıq xərcinin 200 manat məbləğində olduğunu əsas gətirsə də, qeyd eidlən hallarla bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir.Bu halda, məhkəmə hesab edir ki, uşağın üstün mənafeyi, daim arta tələbatlarının, sağlamlıq və digər zəruri ehtiyaclarının ödənilməsi halları nəzərə alınmaqla, tutulacaq alimentin məbləğinin uşaqlar üçün müvafiq qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinin əsas götürülməklə müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbinin uşaq üç yaşına çatanadək iddiaçının hər ay sabit pul məbləğində 100 manat məbləğində alimentin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflərin birgə nikahdan olan uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq 100 manat məbləğində aliment tutulmasını tələb etsə də, qeyd edilən məbləğdə xərcin çəkilməsinin zəruri olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, cavabdeh iddia tələbinin qeyd edilən hissədə qəbul etməsə də, etirazın əsasına dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə ailə qanunvericiliyin tələbini əsas götürərək, birgə nikahdan olan övladının azyaşlı olması, uşağın iddiaçının himayəsində qalması, habelə iddiaçının uşağa daim qulluq etmək, onu saxlamaq, baxmaq və qayğısına qalmaq kimi öhdəliklər daşıması halını nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə tutulacaq alimentin məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə cavabdehin tərəflərin birgə nikahdan olan olan övladlarının saxlanması üçün aliment ödəmək öhdəliyi daşıması və digər diqqətə layiq olan halları nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə uşaq üç yaşına çatanadək hər ay əlavə olaraq 30 manat məbləğində aliment tutulması məqsədəmüvafiqdir. Ailə Məcəlləsinin nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnu təsbit edən 85.1.1ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 46,76 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə qeyd olunan halları əsas götürərək, habelə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikah qeydi pozulmalı, xx.xx.2020-ci il təvəllüdlü X3 iddiaçı anası İddiaçı yanında və himayəsində saxlanılmalı, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 3 (üç) yaşı tamam olanadək hər ay əlavə olaraq 30 manat sabit pul məbləğində əlavə aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə ödənilməli olan 46,76 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 460 saylı akt qeydi ilə bağlanılmış nikah pozulsun. xx.xx.2020-ci il təvəllüdlü X1 İddiaçı himayəsində və yanında saxlanılsın. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 3 (üç) yaşı tamam olanadək hər ay əlavə olaraq 30 manat sabit pul məbləğində əlavə aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aliment xx.xx.2022-ci il tarixdən tutulsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-MTT(002)-66/2022 saylı xx.xx.2022-ci il tarixli qərardaı ilə müvəqqəti alimentin tutulması və məbləğ arasındakı fərq nəzərə alınsın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. İş üzrə ödənilməli olan 46,76 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-2306/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2306/2022
01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver