Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2496/2023 30.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1599.09 (min beş yüz doxsan doqquz manat, sıfır doqquz qəpik) manat məbləğində sığorta ödənişinin, 36 (otuz altı) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqınının, cəmi 1635.49 (min altı yüz otuz beş manat, qırx doqquz qəpik) məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi “DAF FT XF” markalı, ** HT *** dövlət qeydiyyat nişanlıavtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur.. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və Ekologiya yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən AR İXM-in 327.1-cimaddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** PD *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği tərəfimizdən 250 (iki yüzəllimanat) manat azadolma məbləğiçıxılmaqla 5250 (beş min iki yüzəlli manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində“Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinədəymiş zərərin 3650.91 (üç min altı yüz əlli manat, doxsan bir qəpik) manat məbləğində olan hissəsi mütənasiblik qaydasında Cavabdeh1 üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilməli olduğundan ASC qalıq1599.09 (min beş yüz doxsan doqquz manat, sıfır doqquz qəpik) manat məbləğində olan pulu cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna malikdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki,“Hyundai Sonata” markalı, ** PD *** markalı dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsi ASC tərəfindən “avtokasko” risklərindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, “DAF FT XF” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş və hadisənin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan müəyyən olunur ki, “DAF FT XF” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində“Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlıavtomobilə 5500 (beş min beş yüz) manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli CM 127/23 saylı sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə 250 (iki yüz əlli) manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 5200 (beş min iki yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “1 c” çıxarışından müəyyən olunur ki, “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə dəymiş zərərin 3650.91 (üç min altı yüz əlli manat, doxsan bir qəpik) manat məbləğində olan hissəsi mütənasiblik qaydasında Cavabdeh1 üçüncü şəxslər qarşısında mülkiməsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/0983 saylı və xx.xx.2023-cü il tarixli, BS-S-23/1108 saylı geriyə tələb məktublarından müəyyən olunur ki, ödənilmiş 5200 (beş min iki yüz) manat məbləğində sığorta ödənişinin 1599.09 (min beş yüz doxsan doqquz manat, sıfır doqquz qəpik) manat məbləğində olan hissəsinin geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş və iddia ərizəsi barədə məlumat verilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, SMS/04/F02/ №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, ** PD *** dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobil (sığortalı “X5” MMC) "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. TP ******* nömrəli, inzibati tənbeh haqqında protokolun məzmunundan görünür ki, sürücü Cavabdeh1 xx.xx.2023-cü il tarixdə saat 20:52 radələrində idarə etdiyi avtomobil ilə ara məsafəsi qaydalarını pozmuş, yol hərəkəti qaydalarını pozaraq hadisə yerindən yayınmasına görə İXM-nin 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə də 400 manat cərimə edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, “Hyundai Sonata” markalı, ** PD *** dövlət nömrə nişanlı avtomobilə plasmas işi üzrə cəmi 5500.00 manat zərər dəymişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, “X5” MMC kart hesabına 5250.00 AZN məbləğində pul vəsaiti ödənilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan müəyyən edilir ki, “DAF FT XF” markalı, 99HT640 dpvlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. xx.xx.2023-cü il tarixli CM 127/23 saylı sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 250 manat məbləğində şərtsiz azadolma məbləği hesablandıqdan sonra 5200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşə əlavə edilmiş 1c çıxarışından müəyyən olunur ki, “Hyundai Sonata” markalı, 77PD 786 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 3650.91 manat məbləğində olan hissəsi mütənasiblik qaydasında Cavabdeh1 üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, ödənilmiş 5200 manat məbləğində sığorta ödənişinini 1599,09 manat məbləğində olan hissəsinin geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X2 “DAF FT XF” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə **-PD-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata avtomobillə toqquşmuşdur. Həmin sığorta hadisəsi nəticəsində Mercedes Benz markalı, **-LR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, X1 barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 1599.09 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hazırkı mülki iş üzrə vurulmuş ziyanın məbləği mübahisələndirilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “DAF FT XF” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olmaqlahəmin avtomobili idarə etmək səlahiyyəti Cavabdeh1 verilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 “DAF FT XF” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" ASCdə “avtokasko” risklərindən sığortalanmış “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Həmçinin Cavabdeh1 barəsində İXM-in 327.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı tərəfindən kasko sığorta müqaviləsi əsasında sığorta olunmuş “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi qismində 5200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Zərərin 3650,01 manat hissəsi icbari sığorta qaydasında ödənildiyindən, iddiaçı qalan 1599,09 manat pul vəsaitini subroqasiya qaydasında tələb edir. Məhkəmə ilk öncə onu qeyd edir ki, yol nəqliyyat hadisəsi baş verdiyi zaman Cavabdeh1 tərəfindən avtomobilin idarə edilməsi səlahiyyəti müvafiq etibarnamə üzrə ona etibar edildiyindən, Mülki Məcəllənin 1108-ci maddəsinin və “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin tələbləri baxımından subroqasiya hüququ məhz həmin anda etibarnamə əsasında avtomobilin qanuni sahibi, istifadəçisi və hadisəni törədən şəxs olmuş Cavabdeh1 qarşı yaranmışdır. Ona görə məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 1108-ci maddəsinin tələbinə əsasən Cavabdeh2 aid hissədə təmin edilməməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 36 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 1599.09 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30.40 manat dövlət rüsumu, cəmi 1635.49 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 yol-nəqliyyat hadisəsi nəticəsində sığorta ödənişinin məbləği kimi verilmiş 1599.09 manat pul vəsaiti və 30.40 manat dövlət rüsumunun əvəzi, cəmi 1635.49 (min altı yüz otuz beş manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Cavabdeh2 aid hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-2496/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2496/2023
30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver