Məhkəmə qərarları › İş №e-2(002)-2551/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2551/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2551/2024 16.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın İcbari Sığorta növü ilə sığortalanmış Bakı şəhəri, X3 küçəsi, ev 2, 13 saylı mənzilə dəymiş zərər görə 99 AZN (doxsan doqquz manat) sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 AZN (otuz manat) dövlət rüsumunun, Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın icbari sığortası növü ilə sığortalanmış X2 məxsus Bakı şəhəri, X3 küç., ev 2, 13 saylı mənzilə su sızması baş vermiş və sonuncuya maddi zərər vurulmuşdur. 150 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, X2 məxsus mənzilə su sızması hadisəsi Cavabdeh məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzildən olduğu məlum olmuşdur. Belə ki, mənzilə texniki baxış keçirilən zaman müəyyən edilmişdir ki, həqiqətən də, 15 nömrəli mənzilin mətbəxində olan maykanın su borusunun partlaması nəticəsində 13-cü mənzilə su axıdılmışdır. Beləliklə də sonuncu mənzilin divarları qaralmış və döşəməyə ziyan dəymişdir. İş materiallarında olan 150 saylı Mənzil Kommunal İstismar Sahəsinin məktubuna əsasən, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Cavabdeh məxsusdur İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, X3 küç., ev 2, 13 saylı mənzil mülkiyyət hüququ ilə X2 məxsusdur. Həmçinin RAT ********** saylı sığorta şəhadətnaməsindən çıxarışdan görünür ki, daşınmaz əmlaka dair icbari sığorta müqaviləsi sonuncu ilə bağlanmışdır. Əmlaka dəyən zərərin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabata uyğun olaraq, X4 məxsus 13 nömrəli mənzilə 350 AZN (üç yüz əlli manat) ziyan dəymişdir. 125226 saylı sığorta аktına və 9412 saylı ödəniş tapşırığına əsasən, 250 manat franşiza (azadolma məbləği) və 1 manat bərpa məbləği çıxılmaqla çıxılmaqla qalan 99 AZN (doxsan doqquz manat) pul X2 ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan su sızması hadisəsi nəticəsində İddiaçı sığorta şirkəti tərəfindən vurulan zərərə uyğun olaraq ödənilmiş 99 AZN (doxsan doqquz manat) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi ərizə göndərərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli RAT ********** saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 məxsus Bakı şəhəri, X3 küçəsi, ev 2, 13 saylı mənzili xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək azadolma məbləği 250 manat, sığorta məbləği isə 25000 manat olmaqlasığorta edilmişdir.X2 məxsus 13 nömrəli mənzilə susızma nəticəsində 350 AZN (üç yüz əlli manat) ziyan dəymiş və sığorta müqaviləsinə əsasən 250 manat françiza(azadolma) və 1 manat çıxılmaqla sığorta ödənişi 99 manat bərabər olmuşdur. Bununla sığortaçıda subroqasiya hüququ yaranmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, Bakı şəhəri, X3 küçəsi, ev 2, 13 saylı mənzil X1 mülkiyyətindədir. İş materiallarında olan Mənzil-Kommunat Təsərrüfat Departamentinin Qaradağ rayonu 150 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il çıxarışa əsasən Cavabdeh məxsusdur. İş materiallarında olan əmlaka dəyən zərərin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabata uyğun olaraq, X4 məxsus Bakı şəhəri, X3 küçəsi, ev 2, 13 saylı mənzilə 350 AZN (üç yüz əlli manat) ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 125226 saylı sığorta aktına əsasən 99 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan Mənzil-Kommunat Təsərrüfat Departamentinin Qaradağ rayonu 150 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, Bakı şəhəri, X3 küçəsi, ev 2, 13 saylı mənzildə yaşayan şəxsin müraciətinə əsasıən mənzilə baxış keçirilmiş və bəlli oldu ki, yuxarı mərtəbədəki 15 saylı mənzildən susızması nəticəsində 13 saylı mənzilin mətbəxinə zərər dəymişdir. İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə İnzibati Ərazi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında görünür ki, Bakı şəhəri, X3 küçəsi, ev 2, mənzil 15 saylı bina Qaradağ rayonu Mənzil Kommunal İsitismar Sahəsinin xidmət dairəsindədir. Adı çəkilən ünvanda yaşayan vətəndaş Cavabdeh məhkəmə bildirişinin çatdırılması qeyri mümkün olmuşdur. İşin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Bakı şəhəri, X3 küçəsi, ev 2, 13 saylı mənzilinə həmin binanın Bakı şəhəri, X3 küçəsi, ev 2, 15 saylı mənzilindən su axıdılması nəticəsində 350 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-ci il tarixli 125226 saylı sığorta aktına və xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanması aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Bakı şəhəri, X3 küçəsi, ev 2, 13 saylı mənzilinə dəymiş ziyana görə X2 99 manat məbləğində sığorta ödənişi etmişdir. Hazırda iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehdən geri tələb edir. Cavabdehə isə məhkəmə iclaslarının vaxtı və yeri barəsində məhkəmə bildirişləri göndərilsə də, məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin qeydiyyatda olduğu və ona məxsus Bakı şəhəri, X3 küçəsi, ev 2, 15 saylı mənzildən 13 saylı mənzilə su axıdılması və iddiaçı tərəfindən 13 saylı mənzilin sahibi X2 99 manat məbləğində sığorta ödənişinin edilməsi kimi işin halları işə əlavə edilmiş sənədlərərlə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 99 manat məbləğində sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələb təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 31,20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə ki, hazırda iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğin dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, Cavabdeh 99 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 99(doxsan doqquz) manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 129(yüz iyirmi doqquz) manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar