Məhkəmə qərarları › İş №e-2(002)-2597/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2597/2022

20.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2597/2022 20.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1750 (min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin 37.5 (otuz yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) xidmət haqqının, cəmi 1787,90 (min yeddi yüz səksən yeddi manat, doxsan qəpik) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (bundan sonra ASC) tərəfindən xx.xx.2021-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh2 məxsus olan “Mercedes Benz 0303” markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən xx.xx.2022-ci il tarixində saat 12:50 radələrində Bakıxanov küçəsi əraziisində“Chevrolet Trax”markalı ** TO *** dövlət qeydiyyat nişanlıavtomobililətoqquşmuşdur. Hadisə nəticəsində “Chevrolet Trax”markalı ** TO *** dövlət qeydiyyat nişanlı1750 (bir min yeddi yüzəlli manat) manat məbləğində maddiziyan dəymişdir. xx.xx.2022-ci il tarixli hadisə ilə bağlı Nərimanov rayon DYPŞ tərəfindən tərtib olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrəsığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədəARAYİŞ”a(Forma4) əsasən Cavabdeh1 xx.xx.2022-ciiltarixli hadisə zamanı“Mercedes Benz 0303”markalı 10 SV405 dövlət qeydiyyat nişanlıavtomobilietibarnaməsizidarəetmişdir. Həmçinin, Cavabdeh1 xx.xx.2022-ci il tarixli hadisə zamanı“Mercedes Benz 0303” markalı ** SV *** dövlət qeydiyyat nişanlıavtomobilietibarnamə olmadan idarə etdiyinə görə barəsində xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib olunaraq İXM-nın 332.1-ci və 327.1-ci maddələrinə əsasən 40 (qırxmanat) manatcərimə olunmuşdur. Qeyd edilən zərərin aradan qaldırılması üçünASC tərəfindən 1750 (bir min yeddi yüzəllimanat) manatməbləğindəsığorta ödənişi həyata keçirilmişdir. İddiaərizəsinəəlavəedilmiş, PBA********** saylısığortaşəhadətnaməsinin surətindənmüəyyən olunur ki, “Mercedes Benz 0303”markalı 10 SV405 dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvəyə minmətarixi xx.xx.2021-ciil, qüvvədən düşmətarixiisə xx.xx.2022-ciildir. İş materiallarına əlavə edilmiş qüsur aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Trax” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə 1750 (bir min yeddi yüzəlli) manatməbləğindəzərər dəymişdir. xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsindətəqsirli bilinərək, İXM-nın 332.1-ci və 327.1-cimaddələrinəəsasən 40 (qırxmanat) manatcərimə olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş AE 009240 saylı qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Mercedes Benz 0303” markalı ** SV *** dövlət qeydiyyat nişanlıavtomobilSalahovRövşənBəhmən oğluna məxsusdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx"ASC tərəfindən 1750,00 (min yeddi yüzəllimanat) məbləğindəsığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-C- 22/2918 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx"ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1750,00 (min yeddi yüzəllimanat) məbləğində sığorta ödənişinin 5 günmüddətindəcavabdehlərdənmüştərək qaydadatutularaq geri ödənilməsitələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, cavabdehlər tərəfindən xx.xx.2022-ci il tarixdə ASC yə təqdim edilmiş ərizədən göründüyü kimi cavabdehlər ASC yə müraciət edərək hadisənin baş verməsində təqsirlərinietirafetmiş, zərər məbləği ilə razılaşmış və maddi durumları ilə bağlı 1750 (bir min yeddi yüzəlli manat) məbləğiniayda 50 (əlli) manat olmaqla ödəniş etmələri üçün şərait yaradılmasınıASC-dən xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş ASC-nin rekvizitlərindən göründüyü kimiASC cavabdehlərin xahişini nəzərə alaraq cavabdehlərə bank rekvizitlərini təqdimetmişdir. Lakin, cavabdehlər tərəfindən bu günə kimi ASCnin hesabına heç bir ödəniş edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, Chevrolet Trax markalı, **-TO-*** dövlət nömrə nişanlı avtomobilə ön sol fara üzrə 690.00 manat, ön bamperin sol xizəyi üzrə 20.00 manat, ön sol qanadın moldinqi üzrə 100.00 manat, ön sol qanad üzrə 360.00 manat, ön bamperin alt rezini üzrə 60.00 manat, DQN üzrə 20.00 manat olmaqla, cəmi 1750.00 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, **-SV-*** dövlət nömrə nişanlı, Mercedes Benz 0303 markalı avtomobil "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Nəqliyyat vasitəsinin şəhadətnaməsinin məzmunundan görünür ki, **-SV-*** dövlət nömrə nişanlı, Mercedes Benz 0303 markalı avtomobilin sahibi Cavabdeh2dur. TP ******* nömrəli, inzibati tənbeh vermə haqqında protokolun məzmunundan görünür ki, sürücü Cavabdeh1 xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində idarə etdiyi avtomobil ilə araməsafəsi qaydalarını pozmuş, yol hərəkəti qaydalarını pozaraq hadisə yerindən yayınmasına görə İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə də 100 manat cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, X1 hesabına 1750.00 AZN məbləğində pul vəsaiti ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, **-SV-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz 0303 markalı avtomobili Cavabdeh2 məxsus olmaqla, Cavabdeh1 etibarnamə olmadan avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Chevrolet Trax markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində Chevrolet Trax markalı, **-TO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh1 barəsində baş vermiş yolnəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 1750 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hazırki mülki iş üzrə vurulmuş ziyanın məbləği və avtomobilin mülkiyyətçisi tərəfindən avtomobilin onun iradəsinə zidd olaraq sahibliyindən çıxması halı mübahisələndirilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin eidlməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 37.5 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37.5 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1750 manat məbləğində pul vəsaiti, 37.9 manat dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş zərərin əvəzi qismində ödənilmiş 1750 manat məbləğində sığorta ödənişi və ödənilmiş 37.90 manat məbləğində dövlət rüsumu (və xidmət haqqı) tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar