Məhkəmə qərarları › İş №e-2(002)-2693/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(002)-2693/2020

11.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(002)-2693/2020 11.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, ünvan 1 ünvanında yerləşən kreditor Tələbkar MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor Tələbkar MMC Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 933 manat borc məbləği və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 953 manat pul tutularaq Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Tələbkar MMC-dən xx xxxx 2019-cu il tarixli 00CN-000484 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1083 manat olan mobil telefon almışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən borclunun müqavilə üzrə kreditora 933 manat borcu qalmışdır. Kreditor Tələbkar MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də, borcludan 933 manat əsas, 20 manat dövlət rüsumunun Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor Tələbkar MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxxxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 933 (doqquz yüz otuz üç) manat əsas və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 953 (doqquz yüz əlli üç) manat pul vəsaiti Tələbkar MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar