Məhkəmə qərarları › İş №e-2(002)-2788/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(002)-2788/2020

26.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(002)-2788/2020 26.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, AZ5000, ünvan 1 ünvanında yerləşən kreditor Tələbkar MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor Tələbkar MMC Borclu qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Borclu Tələbkar MMC-dən xx xxxx 2019-cu il tarixli SH-180319 mömrəli alğı-satqı müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 1690 manat olan məişət avadanlığı almışdır. Borclunun kreditora 1690 manat borcu qalmışdır. Ona görə də borcludan 1690 manat əsas və 30 manat ödənilmiş dövlət rüsumunun “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditor Tələbkar MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanılmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu xx xxxx 2019-cu il tarixli SH-180319 nömrəli müqavilə üzrə yaranmış 1690 (min altı yüz doxsan manat) manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1720 (min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti Tələbkar MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun bir hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar