Məhkəmə qərarları › İş №e-2(002)-2797/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2797/2021

31.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2797/2021 31.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, Kreditor Borclu qızına qarşı məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : Kreditor Borclu qarşı məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, ərizənin əsaslandığı, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamış, bununla bağlı tələbetmə hüququ barədə mübahisənin olduğu nəzərə alınmamışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər başqa bir borclu (X1) ilə bağlı olan sənədlərdir. Belə olan halda, ərizəni qəbul etməkdən imtina barədə qərardad qəbul edilməli, iddiaçıya qeyd olunan tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 279.2.2-ci və 279.2.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2 – 279.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qızına qarşı məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilsin. Kreditornə izah olunsun ki, iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar