Məhkəmə qərarları › İş №e-2(002)-2798/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2798/2021

31.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2798/2021 31.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor MMC Borclu qarşı məhkəmə əmrinin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu Kreditor MMC-nin xeyrinə müqavilə üzrə 99,78 manat qalıq borcu və 13.71 manat cərimə borcu olmaqla, cəmi 113.49 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir Həmin Məcəllənin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından göründüyü kimi cavabdehin qeydiyyat ünvanı isə Quba rayonu, Gültəpə kəndidir. Həmçinin hazırki iddia üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kreditor MMC Borclu qarşı məhkəmə əmrinin çıxarılması tələbinə dair ərizəsi ərazi aidiyyəti üzrə Qaradağ rayon məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılması tələbinə dair ərizəsi, ona əlavə olunmuş sənədlər və 20(iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı Kreditor MMC-yə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar