Məhkəmə qərarları › İş №e-2(002)-2805/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2805/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2805/2023 31.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəlkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2012-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh2 ilə onun birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 və Mütəllimova (Cəfərova) İlahə Zakir qızı ilə onun birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər üç uşağa görə onun hər ay qazancının və (və ya) başqa gəlirlərinin yarısı (50 faizi) məbləğində alimentin tutularaq cavabdehlər Mütəllimova (Cəfərova) İlahə Zakir qızına və Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdə 1-ci cavabdeh Mütəllimova (Cəfərova) İlahə Zakir qızı ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların nikahından 10 oktyabr 2010-cu il tarixdə X7 adlı övladları doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə 1-ci cavabdeh arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı əmək haqqına yönəldilməklə xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq 10 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 ödənilməsi, 10 oktyabr 2010-cu il təvəllüdlü X2 adına bank hesabının açılması, tutulacaq alimentin 50 faizinin hər ay azyaşlı X2 adına açılacaq bank hesabına köçürülməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2012-ci il tarixli icra vərəqəsinə görə İddiaçı əmək haqqına yönəldilməklə xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq 10 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 ödənilməsi müəyyən edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə 2-ci Cavabdeh2 ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurub. Onların nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsinin tutularaq Cavabdeh2 ödənilməsi, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat maddi yardımın tutularaq Cavabdeh2 ödənilməsi müəyyən edilmişdir. İddiaçı bildirir ki, hazırda icraya yönəlmiş 2 məhkəmə qətnaməsinə əsasən 3 uşağın saxlanılması üçün ondan aliment tutulur. Belə ki, bir qətnamə ilə 1-ci cavabdehə uşağın saxlanması üçün iddiaçının aylıq gəlirinin 1/4 hissəsi, başqa bir qətnamə ilə 2-ci cavabdehə uşaqların saxlanılması üçün iddiaçının aylıq gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulur. Bundan əlavə, iddiaçı həmçinin 2-ci cavabdehlə olan uşaqların 3 yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə iki uşağa görə 400 manat maddi yardım ödəyir. Belə olan halda iddiaçının əmək haqqının 70 %-dən çox hissəsi tutulur. Bu isə qanunsuzdur və iddiaçının maddi vəziyyətini çətinləşdirir. Ona görə də, hər iki nikahdan olan uşaqların saxlanması üçün iddiaçının aylıq gəlirinin 1/2 hissəsi miqdarında aliment tutulmalıdır. İddiaçı və onun münayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etdiklərini bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır və qəsdən alimentdən boyun qaçırmaq niyyəti güdür. Belə ki, onun İddiaçı ilə birgə nikahdan xx.xx.2010-cu il tarixdə X7 adlı bir uşağı doğulmuşdur. İddiaçı ilə aralarında olan nikah məhkəmənin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və uşağın saxlanılması üçün hər ay qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Bundan sonra, Cəfərov İddiaçı Nəcifə Kamil qızı ilə ailə qurmuş və onların birgə nikahdan iki övladları doğulmuşdur. Hazırki iddia tələbi də İddiaçı onun uşağına ödənilmiş alimentin azaldılması üçün edilir ki, onun əmək haqqı üç uşaq arasında bölünsün. Əslində iddiaçı ilə digər cavabdeh birlikdə yaşayırlar, nikahları ləğv edilməmişdir və bütün bunlar yalnız və yalnız onun uşağına ödənilən alimentin məbləğinin azaldılmasına yönəldilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X5 uşaqların saxlanılması üçün əmək haqqının 1/3 hissəsi miqdarında aliment və uşaqların 3 yaşına kimi anaya hər uşağa 200 manat olmaqla, 400 manat aliment tutulması qət edilmişdir. Onun aliment tələbinə dair məhkəmə qətnaməsindən apellyasiya şikayəti versə də necə olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə onun övladına kəsilən alimentdən iki dəfə artıq müəyyən edilən alimentə qarşı heç bir şikayət verməmiş və həmin qətnamə ilə razılaşmışdır. Bu onu göstərir ki, bütün bunlar onun uşağına ödənilən alimentin azaldılmasına yönəldilmişdir və qərəzli xarakter daşıyır. Cavabdeh2 məhkəmədə İddiaçı aliment tələbinə dair iddia qaldırılması məhz onun övladına ödənilmiş alimentin məbləğinin azaldılması üçün edilmişdir. Belə ki, İddiaçı alimentin azaldılması üçün məhkəmələrdə dəfələrlə iddialar qaldırmış, lakin məhkəmə onun iddia tələbini rədd etmişdir. Onun uşağı azyaşlı olmaqla onun gündəlik tələbatları var, cavabdeh də bir ata kimi həmin tələbatları ödəməyə borcludur. Çünki onun uşağı ata nəvazişindən məhrum edilmişdir. Hazırda da indi arvadı ilə birlikdə fikirləşərək maddi təminatından da məhrum edilir. Bu nə dərəcədə əsaslıdır? Onlar ailə qurarkən İddiaçı həmin işdə işləmiş və yüksək əmək haqqı almışdır. Uşaq həmin səviyyədə yaşamış və hazırki vaxtda da həmin şəraitdə yaşaması təmin edilməlidir. İddiaçının ödədiyi alimenti o, uşağın təhsilini və yaşayış üçün lazım olan digər xərclərin ödənilməsini təmin edir. O da, bir valideyn kimi uşağının inkişaf edilməsinə çalışır və onun üçün bütün lazım olan şəraiti yaratmışdır. Uşaq 8-ci sinifdə oxuyur, hazırlıqlara gedir, vaxtlı-vaxtında gəzintilərə aparır, şahmata gedir. Uşağın bütün yaşayış üçün lazım olan əyləncələrini təmin edir. İddiaçı verdiyi alimentin məbləğindən narahatdır və həmin pulu uşağına ödəmək istəmir. İndiki zamanda uşağın saxlanılması üçün həmin məbləğ böyük məbləğ sayılmır. İndiyə qədər əlavə gəlirlərindən onlara heç bir maddi yardım göstərməyib. İddiaçı yaşadığı ünvana (Bakı şəhəri Qaradağ rayonu ünvan 1 və övladına yaşayış hüququ verilsə də, İddiaçı onların orda yaşamaları üçün heç bir şərait yaratmamış və kompensasiya ödəməkdən imtina etmiş və ona verilən otaqdan illərdir istifadə edir. O, övladı ilə birlikdə atasının evində yaşayır. Qanunvericiliyə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı əsassız olaraq bu borcundan yayınmaq istəyir. Göstərilənləri nəzərə alaraq, iddianın necə təmin edilməsindən asılı olmayaraq onun uşağının alimentinin azaldılmasına etiraz edir. Bütün bunlar onun övladına ödənilmiş alimentinin azaldılması üçün qurulmuş bir ssenaridir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı və onun nümayəndəsi və vəlkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-58/2012 saylı qətnaməsindən görünür ki, İddiaçı X8 qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə X11 arasında 11 iyul 2009-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 528 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(002)-1262/2011 saylı qətnaməsindən görünür ki, X6 İddiaçı qarşı «aliment» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı əmək haqqına yönəldilməklə xx.xx.2011-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq 10 oktyabr 2010cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X8 ödənilməsi, 10 oktyabr 2010-cu il tarixdə doğulmuş X2 adına bank hesabının açılması, tutulacaq alimentin 50 faizinin hər ay azyaşlı X2 adına açılacaq bank hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qətnaməsi ilə İ.Cəfərovanın apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(002)-1262/2011 saylı qətnaməsi 10 oktyabr 2010-cu il tarixdə doğulmuş X2 adına bank hesabının açılması, tutulacaq alimentin 50 faizinin hər ay həmin bank hesabına köçürülməsi hissəsində ləğv edilmiş, İddiaçı əmək haqqına yönəldilməklə xx.xx.2011-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq 10 oktyabr 2010cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X8 ödənilməsi hissəsində dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2012-ci il tarixli, 2(102)-3616/2012 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 994/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 İddiaçı qarşı (X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd olunmaqla) «alimentin təyin olunması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsinin tutularaq Cavabdeh2 ödənilməsi, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat maddi yardımın tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı 18 saylı Mediasiya təşkilatının 31 iyul 2023-cü il tarixli, MSB18-01050 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdehlər 31 iyul 2023-cü il tarixdə təyin edilmiş vaxtda keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 sentyabr 2011-ci il tarixli qətmaməsi ilə İddiaçı 10 oktyabr 2010-cu ildə anadan olmuş oğlu Hüseyinin saxlanılması üçün hər ay qazancınin 1/4 hissəsi miqdarında, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi ilə isə 9 oktyabr 2021-ci ildə anadan olmuş oğulları Yunis və Yusifin saxlanılması üçün aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Sonuncu qətnamə ilə həmçinin Yunis və Yusifin 3 yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşaq üçün 200 mamat olmaqla cəmi 400 manat maddi yardım tutulub Cavabdeh2 ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə alideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq və xərclərindən az olmayan maddi təminat hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istər sə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 cə 78.2-ci maddələrinə, bu Qətrarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digət hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişsafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, hər iki qətnamə üzrə ondan tutulan alimentin miqdarı əmək haqqının 70 %-dən çox hissəsini təşkil edir, iddiaçı bu halı qanunsuz hesab edir. Məkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində hər iki şəxsi cavabdeh qismində qeyd etsə də, faktiki olaraq yalnız birinci nikahdan olan övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulan aliment məbləğinin azaldılması niyyəti ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-994/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən cəmi bir neçə ay sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, əmək haqqının alimentlə bağlı tutma yönəldilən hissəsinə münasibətdə ciddi dəyişikliyin olması barədə əsas göstərməmişdir. Məhkəmədə həmçinin müəyyən edildi ki, iddiaçı ikinci dəfə ailə qurduğu şəxslə və həmin nikahdan doğulmuş övladları ilə birgə yaşayır, ikinci dəfə ailə qurduğu şəxs məhkəməyə formal olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məqsədi birinci nikahdan doğulmuş uşağın xeyrinə tutulan alimentin miqdarının azaldılması olmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, aliment məbləğləri tutulandan sonra, ona aldığı əmək haqqının cəmi 30 %-i qalır və bu onun şəxsi xərclərinin ödənilməsinə imkan vermir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının bildirdikləri həqiqətə uyğun olsaydı belə, əmək haqqının 30 %-i 1.500 manat civarında olmaqla, kifayət qədər böyük məbləğ təşkil edərdi və bu məbləğ onun ay boyu normal yaşamasına yetərli olardı. Lakin məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, iddiaçının əmək haqqı 5.020 manat civarındadır. Tutulan aliment məbləğləri isə 25 % + 35 % olmaqla, gəlirinin 60 %-ni təşkil edir. 5.020 manat aylıq gəlirin 60 %-i aliment üzrə tutulmalara yönəldikdən sonra, iddiaçıya 2.008 manat pul vəsaiti qalır ki, həmin vəsaitlə Azərbaycan vətəndaşlarının böyük hissəsindən daha da məqbul və təminatlı şəkildə aylıq xərcləri ödəmək və rahat yaşamaq mümkündür. İkincisi, uşaqlar 3 yaşına çatandan sonra, iddiaçıdan hər ay hər uşaq üçün cavabdehin xeyrinə sabit pul məbləğində ödənişlər dayanacaq və iddiaçıya aylıq əmək haqqından qalacaq məbləğ daha da çox olacaq. Uşaqların 3 yaşlarına çatmasına isə elə də çox vaxt qalmayıb, uşaqların üç yaşları xx.xx.2024-cü il tarixə təsadüf edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu və 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu və 55 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 55 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar