Məhkəmə qərarları › İş №e-2(002)-3082/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3082/2022

19.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3082/2022 19.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-4678/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq 23 iyun 2007-ci il təvəllüdlü X5, 15 mart 2010-cu il təvəllüdlü X6, 29 sentyabr 2013-cü il təvəllüdlü X7 və 29 sentyabr 2013-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı cavabdehin xeyrinə tutulan aliment miqdarı azaldılaraq hər ay hər uşağa görə 152 manat olmaqla cəmi 608 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 11 aprel 2006-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan 23 iyun 2007-ci il təvəllüdlü X5,15 mart 2010-cu il təvəllüdlü X6, 29 sentyabr 2013-cü il təvəllüdlü X7 və 29 sentyabr 2013-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Daha sonra iddiaçı ilə cavabdehin münasibətləri pisləşmiş, birlikdə ailə kimi yaşamaqları qeyri-mümkün olmuş nəticədə Qaradağ Rayon Məhkəməsinin 2(002)-4678/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra yetkinlik yaşına çatmayan 23 iyun 2007-ci il təvəllüdlü X5, 15 mart 2010-cu il təvəllüdlü X6, 29 sentyabr 2013-cü il təvəllüdlü X7 və 29 sentyabr 2013-cü il təvəllüdlü X10 cavabdehin himayəsində saxlanılmış və iddiaçıdan hər ay uşağa görə 200 manat olmaqla cəmi 800 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hesab edirik ki, İddiaçı tutulan aliment məbləği onun ailə vəziyyətinə və gəlirlərinə mütənasib deyildir. Belə ki, iddiaçı hal-hazırda SOCAR “Azneft” İstehsalat Birliyi, N.Nərimanov adına Neft və qazçıxarma İdarəsi, İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsi üzrə Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 1212,75 (bir min iki yüz on iki manat yetmiş beş qəpik) təşkil edir. Onun əmək haqqında aliment üzrə 800 manat tutulur və tutulmalar aparıldıqdan sonra ona 412.75 manat qalır ki, buda əmək haqqının ½ hissəsini təşkil edir. (Yəni əmək haqqının 2/3 hissəsi aliment tələbi üzrə tutulur) Bu isə mövcud qanunvericiliyə ziddir və iddiaçının hüquqlarını pozur. Çünki Ailə Məcəlləsinin 76-cı maddəsinə görə 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır.(Yəni ½ hissəsi) Buna görə də aliment məbləği azaldılmalı hər uşaq üçün hər ay 152 manat olmaqla cəmi 608 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddiaçının ailə vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliklər baş vermişdir. Belə ki, o, 16 avqust 2022-ci il tarixində Məmmədova (Topçuyeva) Aysel Mühiddin qızı ilə nikaha daxil olmuşdur və həmin nikahdan isə iddiaçının həyat yoldaşı hamilədir, daha bir övladı dünyaya gələcəkdir. Bundan başqa iddiaçı bir ata kimi ünvan 1 ünvanda yerləşən 4 otaqlı fərdi yaşayış evini cavabdehlə nikahları pozulduqdan sonra tərk etmiş, həmin daşınmaz əmlak birgə nikah dövründə əldə edilsə də ondan pay tələb etməmiş, yeni ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Daha sonra İddiaçıməhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı formada həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 5 saylı Mediasiya Təşkilatına müraciət etmiş, təşkilatın 20 sentyabr 2022-ci il tarixli arayışa əsasən Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesi baş tutmamışdır. İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 20 sentyabr 2022-ci il tarixli arayışından da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödənilmişdi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçının aylıq qazancı bütün əlavələrlə birlikdə 1200 manat təşkil edir, hal-hazırda iddiaçı ikinci dəfə evlənmiş, yaxın günlərdə ikinci evliliyindən uşağı dünyaya gələcək, özü də ürəyindən əməliyyat olunub, ağır işlərdə çox işləyə bilmir. Eyni zamanda iddiaçı cavabdehlə birgə nikah dövründə əldə etmiş olduqları evi də cavabdeh və uşaqların istifadəsinə vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə elektron sistem vasitəsilə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, iddiaçı aylıq vəzifə maaşını 693,15 manat olduğunu qeyd etmişdir, Lakin məhkəmə iclasında iddiaçının vəkili iddiaçpının gəlirlərinin 1200 manat olduğunun qeyd etmişdir. Göründüyü kimi burada iddiaçının gəlirləri barədə qeyri müəyyənlik vardır. Göründüyü kimi burada - iddiaçının gəlirləri barədə qeyri-müəyyənlik vardır. Ümumiyyətlə aylıq vəzifə maaşı iddiaçının bütün gəlirlərini əhatə etmir. Gəlirlər barədə arayış "elektron hökümət sistemi" vasitəsilə vətəndaşlara təqdim edilir. İddiaçının bu sistem vasitəsilə yox. iş yerindən sırf aylıq vəzifə maaşı barədə arayış əldə etməsi məhkəməyə təqdim edilən sübutların təhrif edilməsi ntəusədi daşıyır. İddiaçının gəlirlərinin dəqiq müəyyən edilməsi üçün məhkəmə iddiaçıdan "elektron hökümət sistemi" vasitəsilə əldə edilmiş arayışı tələb edə yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edə bilər. Həmçinin diqqətinizə çatdırdı ki, iddiaçı könüllü olaraq 800 manat məbləğində aliment verdiyini qeyd etsə də burada məqsəd gəlirlərini daha az göstərərək kredit öhdəliklərindən yayınmaq olmuşdur. İddiaçı "Pasha Həyat" şirkətinin təqdim etdivi xidmət olan ” X11” xidmətindən yararlanaraq 800 manat aliment məbləğini bu şirkətə yönəldərək yığımlar həyata keçirmişdir. Yəni, aiiment məbləği iddiaçının faktiki sərəncamında olmuşdur. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4678/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixində Qaradağ rayon VVADQ şöbəsində bağlanmış və 220 nömrə ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan 23 iyun 2007-ci il təvəllüdlü X5, 15 mart 2010-cu il təvəllüdlü X6, 29 sentyabr 2013-cü il təvəllüdlü X7 və 29 sentyabr 2013-cü il təvəllüdlü X10 cavabdehin himayəsində saxlanılmış və iddiaçıdan birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay bir uşağa görə 200 manat olmaqla dörd uşağa görə cəmi 800 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 523305 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında nikah xx.xx.2022-ci il tarixdə 1 saylı Sumqayıt regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 2219 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda SOCAR “Azneft” İstehsalat Birliyi, N.Nərimanov adına Neft və qazçıxarma İdarəsi, İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsi üzrə Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 693,15 manat təşkil edir. “Azemis” elektron məhkəmə sistemindən iddiaçının əmək haqqısı barədə çıxarışdan görünür ki, onun əmək haqqısı 1212.75 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən,cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı aliment məbləğinin azaldılmasını xahiş edir, cavabdeh tərəf isə etiraz ərizəsini təqdim edərək iddia tələbini qəbul etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı hazırda ikinci dəfə evlənmiş, ailə vəziyyətində dəyişikliklər baş vermişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş Azemis” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, iddiaçının əmək haqqının məbləği (1212.75 manat manat) təşkil edir.Məhkəmə hesab edir ki, qeyd edilən hallar, uşaqlara baxmağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmaqla, iddia qismən təmin edilməli, alimentin miqdarı azaldılmaqla, iddiaçıdan cavabdehin xeyrinə hər ay bir uşaq üçün 155 manat olmaqla dörd uşaq üçün cəmi 620 manat (iddiaçının qazancının yarısı məbləğində) sabit pul məbləğində aliment tutulmalıdır. . Məhkəmə cavabdeh tərəfin etiraz ərizəsinə münasibət bildirilərək, qeyd edir ki, Azemis” elektron məhkəmə sistemindən çıxarışdan göründüyü kimi, iddiaçının əmək haqqının məbləği (1212.75 manat manat) təşkil edir. Həmçinin, cavabdeh tərəfindən etiraz ərizəsində mübahisələdirilmiş digər hallarının düzgün olmasını müəyyən edəcək hər hansi bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4678/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 23 iyun 2007-ci il təvəllüdlü X1, 15 mart 2010-cu il təvəllüdlü X2, 29 sentyabr 2013-cü il təvəllüdlü X3 və 29 sentyabr 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı hər ay bir uşağa görə 155 manat olmaqla, ümumilikdə 620 manat məbləğində aliment tutularaq Cavabdeh ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23 iyun 2007-ci il təvəllüdlü X1, 15 mart 2010-cu il təvəllüdlü X2, 29 sentyabr 2013cü il təvəllüdlü X3 və 29 sentyabr 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Bakı şəhəri Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)- 4678/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən 23 iyun 2007-ci il təvəllüdlü X1, 15 mart 2010-cu il təvəllüdlü X2, 29 sentyabr 2013-cü il təvəllüdlü X3 və 29 sentyabr 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay bir uşağa görə 155 (yüz əlli beş) manat olmaqla, ümumilikdə 620 (altı yüz iyirmi) manat məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar