Məhkəmə qərarları › İş №e-2(002)-3102/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3102/2023

22.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3102/2023 22.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı7, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddiaları üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı1 xeyrinə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir (e-2(002)-3102/2023). İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı3 xeyrinə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir (e-2(002)-3108/2023). İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı4 xeyrinə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir (e-2(002)-3112/2023). İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı6 xeyrinə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir (e-2(002)-3159/2023). İddiaçı7 cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı7 xeyrinə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir (e-2(002)-3227/2023). İddiaçı5 cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı5 xeyrinə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir (e-2(002)-3446/2023). İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı2 xeyrinə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir (e-2(002)-3760/2023). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları ilə yuxarıda qeyd olunan eyni cavabdehə qarşı eyni səpkili iddia tələblərinə dair e-2(002)-3108/2023, e-2(002)-3112/2023, e-2(002)-3159/2023, e-2(002)- 3227/2023, e-2(002)-3446/2023, e-2(002)-3760/2023 saylı mülki işlər İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə e-2(002)-3102/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişlər. İddiaçılar iddia ərizələrini onunla əsaslandırmışlar ki, İddiaçı1 xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı3 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı4 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı6 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı7 xx.xx.2013cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı5 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə, İddiaçı2 xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixə kimi "xxxx" MMC-də müxtəlif vəzifələrdə olmaqla əmək münasibətlərində olmuşlar. İddiaçı1 (əvvəllər müxtəlif vəzifələrdə olmuş) sonuncu vəzifəsi «nəzarətçi», İddiaçı3 (əvvəllər müxtəlif vəzifələrdə olmuş) sonuncu vəzifəsi «nəzarət üzrə növbə rəisi», İddiaçı4 (əvvəllər müxtəlif vəzifələrdə olmuş) sonuncu vəzifəsi «nəzarət üzrə növbə rəisi», İddiaçı6 (əvvəllər müxtəlif vəzifələrdə olmuş) sonuncu vəzifəsi «nəzarətçi», İddiaçı7 sonuncu vəzifəsi «nəzarətçi», İddiaçı5 vəzifəsi «mühafizəçi», İddiaçı2 vəzifəsi «nəzarətçi» olmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı5, İddiaçı2 ilə bağlanmış əmək müqavilələrinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmiş və bu zaman onlara əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinin əvəzi, habelə ştatların ixtisarı ilə əlaqədar kompensasiya məbləği ödənilmişdir. İddiaçılarla imzalanmış əmək müqavilələrinə xitam verilən zaman iddiaçıların əvvəlki dövrlər üzrə işlənmiş gecə növbəsi və bayram günlərində faktiki işə çıxmış iş saatlarına görə əmək qanunvericiliyi ilə onlara ödənilməli olan əmək haqqına əlavələrin ödənilməməsini bilmişlər və buna uyğun olaraq öz etirazlarını cavabdeh quruma təqdim etmişlər. Belə ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları tərəfindən həmin günlərin əvəzinin ödənilməsi ilə bağlı dəfələrlə vədlərin verilməsinə və buna uyğun olaraq əmək münasibətlərinə xitam verən zaman son haqq-hesab məbləği qismində onlara ödənilməli olan məbləğ üzrə hesablamalar aparılan zaman bəlli olmuşdur ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları həmin məbləğləri hesablamamış və həmin məbləğlərin ödənilməsindən birtərəfli qaydada imtina etmişdir. Mövcud mübahisənin həlli məqsədi ilə iddiaçılar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə, habelə mülki prosessual qanunvericiliyin və «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla müvafiq mediasiya təşkilatına müraciət olunmuşdur. Cavabdeh qurum mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya təşkilatı tərəfindən müvafiq arayışlar verilmişdir. İddia ərizələrinə əlavə edilmiş sosial arayışlardan, habelə bank hesabı çıxarışlarından bəlli olur ki, cavabdeh qurum tərəfindən iddia ərizələrində qeyd edilən dövrlər üzrə iddiaçılara gecə növbəsi üzrə, habelə bayram günlərində faktiki işə çıxılmış günlərin əvəzi olaraq ödənilməli olan, lakin əvəzi ödənilməmiş məbləğlər mövcuddur ki, həmin məbləğlərin müstəqil şəkildə iddiaçılar tərəfindən hazırki mərhələdə dəqiq hesablanması mümkün deyil. Belə ki, qeyd olunan dövrlər ərzində mövcud olan və iddiaçıların işə daxil olma, işdən çıxma məlumatlarını özündə əks etdirən qeydiyyat kitabları cavabdeh qurumun özündə olduğundan və həmin sənədlərin iddiaçılar tərəfindən müstəqil şəkildə əldə edilməsi mümkün olmadığından hazırki mərhələdə məbləğlərin tam qeyd edilməsi mümkün deyildir. Nəzərə alınması zəruridir ki, iddiaçıların işə başladığı dövrdən işdən azad olunduqları dövrə qədər cavabdeh qurumda işçilərin işə gəlməsi, işdən çıxması, istirahət vaxtlarının hər biri qeydiyyat kitabında əhatə olunmaqla bərabər, xüsusi proqram təminatını özündə əks etdirən apparat vasitəsi ilə qeydiyyata alınmışdır. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və təqdim olunmuş mülahizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və təqdim olunmuş mülahizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və təqdim olunmuş mülahizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və təqdim olunmuş mülahizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və təqdim olunmuş mülahizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizələrinin məzmununa uyğun izahat verdi və hər bir iddia tələbi üzrə məhkəməyə yazılı mülahizə təqdim edərək əlavə olaraq bildirdi ki, iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən iddia ərizələrinə etiraz təqdim edilmiş və etirazın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 173, 296.2, 296.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edilməklə 1 illik iddia müddətinin tətbiq edilərək, iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Əmək Məcəlləsinin 83.2, 154.1, 157.5, 296.3-cü maddələrinə istinadən qeyd edir ki, iddiaçılarla imzalanmış əmək müqavilələrinə xitam verilməsi əmək kitabçalarında 28 iyul 2023-cü il tarixi kimi rəsmiləşdirilmiş və buna uyğun olaraq da son haqq-hesab məbləği xx.xx.2023-cü il tarixdə işəgötürən tərəfindən təmin edilmiş və hesab nömrələri mülahizələrdə qeyd edilmiş kart hesablarına mədaxil edilmiş və son haqq-hesab olaraq göstərilmişdir. Hesablara mədaxil edilən vəsaitin ümumi məbləği hər bir iddiaçıya münasibətdə mülahizələrdə qeyd olunmuşdur. Bank hesabından çıxarışların sonuncu hissələrində xx.xx.2023-cü il tarixi tam olaraq son haqq-hesab kimi qeyd edilmişdir. Cavabdeh tərəfindən iddia ərizələrinə iddia müddətinin ötürülməsi ilə etiraz ərizəsinin təqdim edilməsi, habelə son 1 ilin – yəni 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayı daxil olmaqla ödənişlər həyata keçirməsi, eyni zamanda əvvəlki dövrlər üzrə istifadə edilməmiş əmək məzuniyyətinin əvəzinin iddiaçılar işdən çıxarılan zaman ödənilməsi təsdiq edir ki, əslində iddiaçılar gecə növbəsi və bayram günlərində işə cəlb edilmiş, iddiaçılar həmin vəsaitləri tələb etmək hüququna malik olmuş, lakin cavabdehin mülahizəsinə əsasən qanunla nəzərdə tutulan müddəti ötürmüşlər. Bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən işçi ilə imzalanmış əmək müqaviləsinə xitam verilirsə bu zaman işəgötürən tərəfindən əvvəlcə bu barədə əmr ona təqdim edilməli, eyni zamanda işçinin sonuncu iş günü, işçiyə ödənilməli olan bütün ödəmələr (əmək haqqı və digər ödəmələr anlayışından istifadə edilib) verilməlidir (imperativ tələb). Hazırki işə münasibətdə cavabdeh məhkəməyə bütün ödəmələrin həyata keçirilməsi ilə bağlı sənədləri və ya buna bərabər tutulan digər çıxarışları təqdim etməmiş, həmin ödəmələrin işdən çıxan zaman tam şəkildə ödənildiyini və qismən ödənildiyini əks etdirən məlumatları verməmişdir. Bu hal cavabdeh qurumun hüquqdan sui-istifadə etməsində özünü xarakterizə etməkdədir. Hüquqdan sui-istifadə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında formalaşdırdığı mövqeyə əsasən hüquqdan sui-istifadə iki əsas cəhəti nəzərdən tutur - zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Hazırki işə münasibətdə cavabdehin zərərin vurulması istiqamətindəki hüquqdan suiistifadəsi əmək qanunvericiliyi və əmək hüququ sahəsində digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş əmək haqqına əlavələrin - yəni gecə növbəsi və bayram günlərində işə çıxma ilə əlaqədar əmək haqqından əlavə ödənilməli olan məbləğlərin vaxtında ödənilməməsi və ya ödəməkdən imtina etməsi ilə səciyyələnir. Hazırki mərhələdə cavabdehin hərəkətləri, habelə əvvəlki dövrlər üzrə ödənilməmiş məbləğlərin ödənilməməsi, yalnız son 1 ilin ödəməsini həyata keçirməsi cavabdeh qurumun hüquqdan sui-istifadə etməsində özünü xarakterizə etməkdədir. Hüquqdan sui-istifadə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında formalaşdırdığı mövqeyə əsasən hüquqdan sui-istifadə iki əsas cəhəti nəzərdən tutur - zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Hazırki işə münasibətdə cavabdehin zərərin vurulması istiqamətindəki hüquqdan sui-istifadəsi əmək qanunvericiliyi və əmək hüququ sahəsində digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş əmək haqqına əlavələrin - yəni gecə növbəsi və bayram günlərində işə çıxma ilə əlaqədar əmək haqqından əlavə ödənilməli olan məbləğlərin vaxtında ödənilməməsi və ya ödəməkdən imtina etməsi ilə səciyyələnir. Hüquqdan sui-istifadənin qanunvericiliyin müəyyən etdiyi məqsədlələr zidd şəkildə hüquqdan istifadə edilməsi cavabdehin həmin məbləğlərin uzun müddət ərzində ödəməməsi, həmin məbləğin hər dəfə növbəti illərdə ödəməsi ilə bağlı vədlərin verilməsi, iqtisadi cəhətdən işçinin zəif mövqedə olmasından və təşkilatı-sərəncamverici səlahiyyətinin olmamasından istifadə edərək bunu sənədləşdirməkdən boyun qaçırmasında və ödəməməsində, buna uyğun olaraq bu vəzifəsindən mülahizələrdə hər bir iddiaçıya görə qeyd edilən dövrün əmək haqlarını mülahizələrdə qeyd edilən tarixlərdən ödəməyə başlaması, əvvəlki dövrlər üzrə heç bir halda mail və yazışmaların təqdim edilmədən yalnız göstərilən tarixlərdə mail üzərindən haqq-hesab sənədlərini göndərməsində, davamında isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü bəndində nəzərdə tutulmuş 1 illik müddətin tətbiqini əsas götürməklə 28 iyul 2023-cü il tarixdə müddətsiz əmək müqaviləsinə ştatların ixtisarı ilə xitam verməsində, bunun yalnız iddiaçılara münasibətdə deyil, ümumilikdə 45 fərddən ibarət şəxsə münasibətdə tətbiq etməsində öz təsdiqini tapır. Məhz bu hal cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İİİ hissəsində (ödənilməli olan pul vəsaiti iqtisadi dəyərə malik olduğundan Avropa İnsan Hüquqları Konvensiyasının Protokol 1-nə uyğun olaraq mülkiyyət hesab edilir) və 71-ci maddəsinin İİ hissəsində nəzərdə tutulmuş əsaslara, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsində təsbit olunmuş hüquqlardan sui-isitfadənin yol verilməzliyi prinsipinə zidd olmuşdur. Nəzərə çatdırır ki, iddiaçılarla cavabdeh arasında etibarlı əmək münasibətləri formalaşmış (əmək münasibətlərinin mülahizələrdə qeyd edilən tarixdən fasiləsiz olaraq davam etdirilməsi və müddətsiz əmək müqaviləsinin olması), həmin münasibətlər çərçivəsində işəgötürən tərəfindən dəfələrlə vədin verilməsi və işçilərin buna etibar edərək öz etirazlarını bildirməməsi (nəzərə alınsa ki, işçilər işəgötürən münasibətlərində işçilərin iqtisadi cəhətdən daha zəif olması və hər-hansı təşkilatı-sərəncamverici səlahiyyətlərə malik olmaması, etirazın rəsmi qaydada edildiyi halda işdən çıxarılma ehtimalı və ya digər formada cəzalandırılması və s.), sənədləşmənin və hesabatların təqdim edilməsində hərhansı formada səlahiyyətinin olmaması (məcburi hərəkətsizlik konteksində sadecə işəgötürəndən gözlənilən hərəkət və iradə ifadəsini bildirməsi və qanunvericiliyə uyğun addımların atılması), digər ödənişlərin – yəni, əvvəlki dövrlər üzrə iddiaçılarda daxili inam formalaşdırımışdır ki, həmin vəsaitlər sonradan və ya davam edən əmək münasibətləri konteksində cavabdeh qurum tərəfindən tam şəkildə ödəniləcəkdir. Hazırki işə münasibətdə cavabdehin iddia ərizələrinə etirazda qeyd etdiyi halı əsas götürərək 1 illik müddətin tətbiq edilməsi halında belə iddia müddəti ötürülməmişdir. Cavabdeh qurum 1 illik müddətinə dair etiraz ərizələrində cavabdeh qurum tərəfindən haqq-hesab sənədlərinin təqdim edilməsi əsas götürmüş və iddiaçıların istifadəsində olan emaillərinə göndərilmiş bildirişlər məhkəməyə təqdim edilmiş, lakin həmin bildirişlərin təqdim edilməsi mülahizələrdə qeyd edilən dövrü əhatə etsə də, faktiki olaraq mülahizələrdə qeyd edilən tarixlərdə hesaba mədaxil edilmişdir. Qeyd edilən bildirişlərlə bağlı hazırda mübahisə olmasa da, digər anoloji işlərdə cavabdeh tərəfindən bildirilmişdir ki, əvvəlki dövrlər üzrə mail yazışmaları mövcuddur. Lakin həmin mail yazışmalarında heç bir halda gecə növbəsi və bayram günlərinə görə əlavələrin ödənilməsi öz əksini tapmamış, yalnız qeyd olunan dövr üzrə iddiaçılara ünvanlanmış mail yazışmalarından etibarən əks olunmağa başlanmışdır ki, qeyd olunan dövr (ay) üzrə əmək haqqı və buna uyğun olaraq gecə növbəsi və bayram günləri üzrə işlənilmiş günlərin əvəzi olaraq ödənilməli olan məbləğlər mülahizələrdə qeyd edilən tarixdə hesablarına köçürülümüş, maillər də həmin tarixdən işçilərə təqdim edilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş iddiaçıların hesab nömrələrindən çıxarışlardan bəlli olur ki, iddiaçıların qeyd olunan ay üzrə ödənilməli olan əmək haqqı, habelə gecə növbəsi və bayram günlərinə dair əmək haqqına əlavənin məbləği göstərilən tarixlərdə iddiaçıların bank hesabına köçürülmüşdür. Qeyd olunan aydan əvvəlki dövr üzrə ödəmələrlə həmin aydan sonrakı dövrlər üzrə ödəmələr tamamilə fərqli olmuş və hər dəfə fərqli məbləğlər olmuşdur. İşəgötürən tərəfindən iddiaçılarla imzalanmış əmək müqavilələrinə xitam verildikdən sonra iddiaçıların nümayəndəsi qismində «X1 Barədə» Təklif hazırlanmış və yenə mülahizələrdə qeyd olunan tarixlərdə "xxxx" MMC-nin müvafiq Poçt İdarəsi vasitəsilə, izləmə kodları göstərilmiş həmin təklif məktubları "xxxx" MMC-yə ünvanlanmış və həmin məktublar rəsmi qaydada mülahizələrdə qeyd olunan tarixdə "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Hətta buna uyğun olaraq rəsmi qaydada müvafiq məktublarla cavab verilərək, mediasiya təkliflərinə uyğun olaraq mediasiyanın qeyd edilən Mediasiya Təşkilatında keçirilməsinə etiraz edilməmişdir. Cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinə istinadına əsaslanaraq işçi hüququnun pozulmasının başlanğıcı bilməsi halı mülahizələrdə qeyd edilən tarixə (qeyd olunan ay üzrə əmək haqqı, habelə gecə növbəsi və bayram günləri ilə əlaqədar ödəmənin hesaba mədaxil edildiyi və bu barədə məlumatın iddiaçılara e-mail vasitəsilə təqdim edilməsi anı) təsadüf etdiyindən, iddiaçılar tərəfindən müvafiq tarixlərdə mediasiya təklifi ilə müraciət etdiyindən və buna uyğun olaraq sonrakı prosedurları həyata keçirdiklərindən, heç bir halda iddia müddəti ötürülməmişdir. Yəni cavabdehin etirazına əsasən yanaşma aparılsa, müddətin başlanğıcı, müddətin bitməsi, mediasiya təklifinin göndərildiyi tarixləri nəzərə aldıqda, ümumilikdə 1 illik müddətin tamam olması üçün iddiaçıların ixtiyarında qalan vaxt mülahizələrdə göstərilən sayda günlər olmuşdur. Eyni zamanda iddia müddətinin ötürülməsi ilə bağlı ümumilikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, işçi əmək hüququ münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh qurumun etiraz ərizəsində qeyd etdiyi iddia müddəti tətbiq edilməməli və iddia tələbləri təmin edilməlidir. Bu səbəbdən, məhkəmədən iddiaların təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələblərini qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, məhkəməyə hər bir iddia tələbi ilə əlaqədar yazılı şəkildə etiraz təqdim etmişdir. Qeyd edir ki, İddiaçı1 ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddia ərizəsini nəzərdən keçirərkən məlum olmuşdur ki, iddiaçının tələbi xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən faktiki işlənmiş gecə növbəsi, habelə bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, eləcə də vaxtında ödənilməmiş məbləğlər varsa, hesablanmış məbləğin 1 faizi həcmində cərimənin ona ödənilməsidir. İddiaçı2 ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddia ərizəsini nəzərdən keçirərkən məlum olmuşdur ki, iddiaçının tələbi xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən faktiki işlənmiş gecə növbəsi, habelə bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, eləcə də vaxtında ödənilməmiş məbləğlər varsa, hesablanmış məbləğin 1 faizi həcmində cərimənin ona ödənilməsidir. İddiaçı3 ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddia ərizəsini nəzərdən keçirərkən məlum olmuşdur ki, iddiaçının tələbi xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən faktiki işlənmiş gecə növbəsi, habelə bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, eləcə də vaxtında ödənilməmiş məbləğlər varsa, hesablanmış məbləğin 1 faizi həcmində cərimənin ona ödənilməsidir. İddiaçı4 ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddia ərizəsini nəzərdən keçirərkən məlum olmuşdur ki, iddiaçının tələbi xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən faktiki işlənmiş gecə növbəsi, habelə bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, eləcə də vaxtında ödənilməmiş məbləğlər varsa, hesablanmış məbləğin 1 faizi həcmində cərimənin ona ödənilməsidir. İddiaçı5 ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddia ərizəsini nəzərdən keçirərkən məlum olmuşdur ki, iddiaçının tələbi xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən faktiki işlənmiş gecə növbəsi, habelə bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, eləcə də vaxtında ödənilməmiş məbləğlər varsa, hesablanmış məbləğin 1 faizi həcmində cərimənin ona ödənilməsidir. İddiaçı6 ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddia ərizəsini nəzərdən keçirərkən məlum olmuşdur ki, iddiaçının tələbi xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən faktiki işlənmiş gecə növbəsi, habelə bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, eləcə də vaxtında ödənilməmiş məbləğlər varsa, hesablanmış məbləğin 1 faizi həcmində cərimənin ona ödənilməsidir. İddiaçı7 ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddia ərizəsini nəzərdən keçirərkən məlum olmuşdur ki, iddiaçının tələbi xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən faktiki işlənmiş gecə növbəsi, habelə bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, eləcə də vaxtında ödənilməmiş məbləğlər varsa, hesablanmış məbləğin 1 faizi həcmində cərimənin ona ödənilməsidir. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən isə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Maddədə həmçinin qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çekərini) tərtib edir. Həmin maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsi ilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Bildirmək istəyir ki, cavabdeh tərəfindən işçilərə ödənilmiş əmək haqqı ilə bağlı haqq-hesab sənədləri hər ay elektron qaydada təqdim edilmişdir. İddiaçıların iddia tələblərindən də göründüyü kimi, iddiaçıların etirazlarda qeyd edilən tarixlərdən etibarən (etirazlarda göstərilən ayların əmək haqqı daxil olmaqla) edilmiş əmək haqqı ödənişləri ilə bağlı hər hansı bir tələbləri yoxdur. İddiaçılar tərəfindən təqdim edilmiş mediasiya müraciətlərinin tarixlərindən də görünür ki, iddiaçılar tərəfindən iddia tələbləri hər bir etirazda ayrıca qeyd edilən tarixlərdə irəli sürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq bildirmək istəyir ki, mübahisə predmeti 2022-ci ilin iyul ayından əvvəlki münasibətlərə münasibətdə yarandığından Əmək Məcəlləsində bu növ tələblərə dair nəzərdə tutulmuş 1 illik iddia müddəti məhkəmə tərəfindən tətbiq edilməlidir. Vurğulamaq istəyir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi dəfələrlə öz qərarlarında iddia müddətlərinə əməl edilməsinin mülki dövriyyə münasibətlərinin sabitliyi üçün önəmini vurğulamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 2013-cü il 3 iyun tarixli Qərarında qeyd edilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» Qərarında qeyd edilir ki, iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi «köhnəlmiş» tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair» Qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstrərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hesab edir ki, iddiaçıya ödənilmiş əmək haqqının düzgün hesablanmaması halı mövcud idisə də, onun bunu öncədən aşkar etmək imkanı olmuşdur. Belə ki, işçilərə hər ay mütəmadi olaraq elektron poçt vasitəsi ilə onların əmək haqqı ödənişləri ilə bağlı haqqhesab sənədi göndərilmişdir. Bununla yanaşı, işçi özünün də şirkətin mühasibatlığından onun əmək haqqının ödənilməsi ilə bağlı haqq-hesab sənədlərini tələb edərək, ümumi əmək haqqının hansı qaydada hesablandığını müəyyən edə bilərdi. Ümumiyyətlə hesab edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə müvafiq olaraq, işçinin yalnız son bir il üçün yaranmış pul və digər əmlak tələblərinə fərdi məhkəmə mübahisəsi qaydasında baxıla bilər. Belə ki, iddiaçılar gecə növbəsində işləməyə görə, habelə bayram günlərində faktiki görülmüş işlərə görə ödənilməmiş əmək haqqını ötən bir il ərzində tələb etmək və bununla əlaqədar müvafiq orqanlara, eləcə də, məhkəməyə müraciət etmək imkanına malik olmuşlar. Yuxarıda istinad olunan müddəalar və hallara əsasən, həmçinin iddiaçıların iddia tələblərində qeyd etdikləri tarixlərə nəzər yetirdikdə görünər ki, pul və digər əmlak tələbləri ilə bağlı iddia müddəti ötürülmüşdür. Bütün bunları nəzərə alaraq, iddia müddətinin ötürülmüş hesab edilərək, iddiaların rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların, iddiaçıların nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki: - İddiaçı1 11 fevral 2014-cü il tarixdə "xxxx" MMC-yə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2014-cü il tarixli 14/015/k saylı əmr). İşəgötürənin 28 iyul 2023-cü il tarixli 23/120/k saylı əmri ilə İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatların ixtisar edilməsi) xitam verilmişdir. - İddiaçı2 26 oktyabr 2013-cü il tarixdə "xxxx" MMC-yə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2013-cü il tarixli 13/603/k saylı əmr). İşəgötürənin 28 iyul 2023-cü il tarixli 23/120/k saylı əmri ilə İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatların ixtisar edilməsi) xitam verilmişdir. - İddiaçı3 01 noyabr 2013-cü il tarixdə "xxxx" MMC-yə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2013-cü il tarixli 13/607/k saylı əmr). Sonradan, xx.xx.2020-ci il tarixdə nəzarət ürzə növbə rəisi vəzifəsinə keçirilmişdir (xx.xx.2020-ci il tarixli 20/017/k saylı əmri). İşəgötürənin 28 iyul 2023-cü il tarixli 23/120/k saylı əmri ilə İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatların ixtisar edilməsi) xitam verilmişdir. - İddiaçı4 16 dekabr 2013-cü il tarixdə "xxxx" MMC-yə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2013-cü il tarixli 13-638 saylı əmr). Sonradan, 17 iyul 2018-ci il tarixdə nəzarət ürzə növbə rəisi vəzifəsinə keçirilmişdir (17 iyul 2018-ci il tarixli 18/146 saylı əmri). İşəgötürənin 28 iyul 2023-cü il tarixli 23/120/k saylı əmri ilə İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatların ixtisar edilməsi) xitam verilmişdir. - İddiaçı5 06 mart 2013-cü il tarixdə "xxxx" MMC-yə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2013-cü il tarixli 13/137/k saylı əmr). İşəgötürənin 28 iyul 2023-cü il tarixli 23/120/k saylı əmri ilə İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatların ixtisar edilməsi) xitam verilmişdir. - İddiaçı6 27 noyabr 2013-cü il tarixdə "xxxx" MMC-yə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2013-cü il tarixli 13/624/k saylı əmr). İşəgötürənin 28 iyul 2023-cü il tarixli 23/120/k saylı əmri ilə İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatların ixtisar edilməsi) xitam verilmişdir. - İddiaçı7 27 sentyabr 2013-cü il tarixdə "xxxx" MMC-yə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2013-cü il tarixli 13/586/k saylı əmr). İşəgötürənin 28 iyul 2023-cü il tarixli 23/120/k saylı əmri ilə İddiaçı7 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştatların ixtisar edilməsi) xitam verilmişdir. - Tərəflər arasında bağlanmış əmək müqavilələrində müqavilə şərtləri (aylıq əmək haqqının məbləği, ödənilmə tarixi, iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilməsinə və s. dair) aydın şəkildə, bənd-bənd göstərilmiş, iddiaçılar əmək müqavilələrinin şərtləri ilə tanış olaraq həmin şərtləri qəbul etmiş və əmək müqaviləsini imzalamışlar. İstər iddiaçılar, istər cavabdeh tərəf əmək müqaviləsi şərtlərinə riayət edəcəklərini öhdələrinə götürmüşlər. - "xxxx" MMC-nin 28 iyul 2023-cü il tarixli 23/120/k saylı əmrində hər bir iddiaçıya münasibətdə son haqq-hesabların ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, iddiaçıların hər birinə ayrı ayrılıqda işdənçıxma müavinəti qismində, eləcə də, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiyaya müvafiq əmsallar tətbiq edilmiş, qalıq məzuniyyət günləri təsbit edilmişdir. - Son haqq-hesab cədvəlləri ilə bağlı iddiaçılar ayrı-ayrılıqda "xxxx" MMC-yə yazılı şəkildə müraciət edərək, müvafiq dövrlər ərzində ödənilməli olan, lakin ödənilməmiş (gecə növbələri və bayram günləri ödənişləri), hər dəfə vəd edilmiş əlavələrlə bağlı etirazlarını işəgötürənin nəzərinə çatdırmışlar. - Təqdim edilmiş maliyyə arayışlarına və digər sənədlərə əsasən müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləği hesablanaraq ödənilməmişdir (“payslip” vərəqələrində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə gecə növbəsinə və bayram günlərinə görə əlavələrlə bağlı müvafiq qeydlər aparılmamışdır). Eyni dövr üzrə digər ödənişlər, eləcə də, öncəki dövrlər üzrə bütün ödənişlər işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq iddiaçılara ödənilmişdir. - "xxxx" MMC tərəfindən təqdim olunmuş 23 oktyabr 2023-cü il tarixli arayışlardan görünür ki, İddiaçı1 2017-ci ilin iyun ayından, İddiaçı2 2017-ci ilin iyun ayından, İddiaçı3 2017-ci ilin iyun ayından, İddiaçı4 2017-ci ilin iyun ayından, İddiaçı5 2017-ci ilin iyun ayından, İddiaçı6 2017-ci ilin iyun ayından, İddiaçı7 2017-ci ilin iyun ayından aylıq hesablaşma vərəqələri (“payslip”) elektron formada göndərilməyə başlanmışdır. - İş qrafiki üzrə cədvəllərdən görünür ki, iddiaçıların hər birinə aid qeyd olunan dövrlər üzrə işin başlama və bitmə vaxtları göstərilmişdir. - "xxxx" MMC tərəfindən təqdim olunmuş arayışlardan görünür ki, işəgötürənin Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar arxivləşdirilmişdir. - Yuxarıda qeyd olunan “Post time book” jurnallarının surətlərindən görünür ki, işçilərin işə giriş və çıxış saatları öz imzaları ilə təsdiq edilməklə qeyd olunmuşdur. Bəzi günlərdə işçilərin iş saatları gecə saat 22:00-dan səhər saat 06:00-dək olan müddətləri əhatə edir. - X1 barədə təkliflərdən görünür ki, qeyd olunan təkliflər cavabdehə Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsilə İddiaçı1 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı2 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı4 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı5 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı6 tərəfindən xx.xx.2023-cü il tarixdə; İddiaçı7 tərəfindən xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İlkin mediasiya sessiyası xərcləri iddiaçılar tərəfindən ödənilmişdir. - Ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı7 başqa digər iddiaçıların hər biri tərəfindən onlara göstərilən hüquqi yardıma görə 220 manat ödəniş edilmişdir. - Bakı 3 saylı Mediasiya Təşkilatının verdiyi arayışlardan (ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə; ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə) görünür ki, iddiaçılar müvafiq qaydada mediasiya təşkilatına müraciət edərək, bununla bağlı cavabdehə təkliflər göndərmiş, ilkin mediasiya sessiyalarında iştirak etmişlər. Bunun nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmamış, tərəflər mübahisənin həlli ilə bağlı hər hansı razılığa gələ bilməmişlər. - Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01178 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflərə müvafiq bildiriş göndərilmiş, bildiriş 18 avqust 2023-cü il tarixdə İddiaçı3 və "xxxx" MMC-yə təqdim olunmuş, tərəflər xx.xx.2023cü il tarixdə saat 12:00-12:30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. Mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf kimi "xxxx" MMC göstərilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçıların hər biri ilə əmək müqaviləsi bağlanmış, onlar həmin müqaviləyə əsasən cavabdeh müəssisədə müxtəlif vəzifələrdə işləmiş, onlarla bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ştatların ixtisarı əsası ilə xitam verilmiş və son haqqhesab məbləğləri ödənilmişdir. İddiaçılar əmək müqavilələrinə xitam verilməsini mübahisələndirmir, onlardan 6 iddiaçının iddia tələbləri işə başladıqları gündən 01 iyul 2022-ci il tarixə, 1 iddiaçının isə 01 avqust 2022-ci il tarixədək gecə növbəsində və bayram günlərində faktiki işlədiklərinə görə əmək haqqına əlavələrin ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçıların işlədikləri dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunduqları, 6 iddiaçıya xx.xx.2022-ci il tarixədək, 1 iddiaçıya xx.xx.2022-ci il tarixədək buna görə əlavələrin ödənilmədiyi, yalnız sonrakı dövrdən həmin əlavələrin hesablanmağa başlayaraq ilk dəfə ödənildiyi, həmin əlavələrin ödənişinin xx.xx.2023-cü il tarixədək davam etdiyi mülki iş üzrə sübutlarla tam təsdiq olunur və tərəflər arasında mübahisə doğurmur. Həmçinin, tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməlidir. İddia ərizələrindən göründüyü kimi, hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 xx.xx.2022-ci il tarixədək, İddiaçı6 isə xx.xx.2022-ci il tarixədək olan dövr üzrə həmin əlavələrin ödəniləcəyi ilə bağlı cavabdeh tərəfindən daim onlara vəd və güvən verildiyini, ona görə də həmin əlavələrin son haqq-hesab zamanı ödəniləcəyinə inandıqlarını əsas gətirərək iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər, cavabdeh müəssisə isə iddiaya etirazını bir illik iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəflərin dəlillərinə, onların qarşılıqlı münasibətlərinə, mülki işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbləri qismən əsaslı hesab edilməli, hər bir iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 %-i məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Mülki iş üzrə təqdim edilmiş sübutlardan göründüyü kimi, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələr ilk dəfə ixtisar edildikləri tarixdən öncəki qısa bir dövr üzrə hesablanaraq verilmişdir, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyi iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilmişdir. Bundan əvvəl həmin əlavələri tələb edən iddiaçılara hər dəfə güvənverici məlumatlar verilmiş, əlavələr yuxarıda qeyd edildiyi kimi yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra iddiaçılar xx.xx.2023-cü il tarixdən ştatların ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması, eyni zamanda iddiaçılardan bəziləri tərəfindən mediasiya prosesinə xx.xx.2023-cü il tarixədək, digər iddiaçılar tərəfindən isə həmin tarixdən bir ay keçmədən başlanması və sonunculara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması, tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin xx.xx.2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçılara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 %-i məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qanuni və ədalətli hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 7-ci maddəsinin «a» yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X2 «Əmək haqqının mühafizəsi haqqında» Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddənin Qeydinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin Məcəllənin 296.7-ci maddəsinə əsasən, X1 ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, X1 tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 74 saylı Qərarının 1-ci bəndinə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair» xx.xx.2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş "hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə (xüsusilə Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970-ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982-ci il tarixli, X4rşı işi üzrə xx.xx.1984-cü il tarixli qərarlara) əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, iddialar qismən təmin olunduğundan, məhkəmə xərcləri və hüquqi yardıma görə xərc tələbləri də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdeh "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddiaları qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 "xxxx" MMC-yə qarşı «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı2 "xxxx" MMC-yə qarşı «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı3 "xxxx" MMC-yə qarşı «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı4 "xxxx" MMC-yə qarşı «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı4 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı5 "xxxx" MMC-yə qarşı «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı5 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı6 "xxxx" MMC-yə qarşı «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı6 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı6 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı7 "xxxx" MMC-yə qarşı «əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı7 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə («Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar