Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3103/2023 22.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı5, iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiaları üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı1 xeyrinə xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı3 xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı2 xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq mediasiya təşkilatına ödənilmiş 60 manat rüsumun, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı4 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı4 xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı5 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı5 xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı6 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı6 xeyrinə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-3103/2023 saylı qərardadı ilə İddiaçı3 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-3106/2023 saylı, İddiaçı2 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-3113/2023 saylı, İddiaçı4 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-3161/2023 saylı, İddiaçı5 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-3239/2023 saylı, İddiaçı6 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-3261/2023 saylı mülki işlər İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair e-2(002)-3103/2023 saylı mülki iş ilə bir icraatda birləşdirilmişdir. Məhkəmə baxışı zamanı iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirdi ki, İddiaçı1 xx.xx.2015-ci il tarixindən, İddiaçı3 xx.xx.2013-cü il tarixindən, İddiaçı2 xx.xx.2013-cü il tarixindən, İddiaçı4 xx.xx.2013-cü il tarixindən, İddiaçı5 xx.xx.2013-cü il tarixindən, İddiaçı6 xx.xx.2014-cü il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sonuncu vəzifələri “nəzarətçi” olmaqla əmək müqaviləsi əsasında əmək münasibətlərində olmuşlar. xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdən iddiaçılar ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və bu zaman onlara əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinin əvəzi, habelə ştatların ixtisarı ilə əlaqədar kompensasiya məbləği ödənilmişdir. İddiaçılar ilə imzalanmış əmək müqaviləsinə xitam verilən zaman iddiaçılar xx.xx.2022-ci il tarixə kimi olan dövr üzrə faktiki işlənilmiş gecə növbəsində və bayram günlərində iş saatlarına görə əmək qanunvericiliyi ilə onlara ödənilməli olan əmək haqqına əlavələrin ödənilmədiyini bilmişlər və buna uyğun olaraq öz etirazlarını cavabdeh quruma təqdim etmişlər. Belə ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları tərəfindən həmin günlərin əvəzinin ödənilməsi ilə bağlı dəfələrlə vədlər verilmiş, lakin əmək münasibətlərinə xitam verilən zaman son haqq-hesab məbləği qismində onlara ödənilməli olan məbləğ üzrə hesablamalar aparılan zaman bəlli olmuşdur ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları həmin məbləğləri hesablamamış və həmin məbləğlərin ödənilməsindən birtərəfli qaydada imtina edilmişdir. Mövcud mübahisənin həlli məqsədi ilə iddiaçılar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə, habelə mülki prosessual qanunvericiliyin və “Mediasiya haqqında” Qanunun tələblərini nəzərə almaqla ayrıayrılıqda mediasiya təşkilatlarına müraciət etmişlər. İddia ərizəsinə əlavə edilmiş bank hesabı çıxarışlarından bəlli olur ki, cavabdeh tərəfindən İddiaçı1 xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı3 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı2 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı4 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı5 xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı6 xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə gecə növbəsində və bayram günlərində faktiki işə çıxdıqları günlərə görə əvəzi ödənilməmiş məbləğlər mövcuddur ki, həmin məbləğlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, iddiaçıların işə qəbul olduğu tarixdən xx.xx.2022-ci il dövrünə kimi onların gecə növbəsində və bayram günlərində işlədikləri saatlar barədə bütün məlumatlar cavabdehdə mövcuddur. Həmçinin iddiaçıların nəzarətçi kimi işə başladığı gündən işdən çıxana kimi gecə növbəsində və bayram günlərində işə cəlb edildiyi mübahisəsizdir. Qeyd etmək istəyir ki, mediasiya prosesində belə cavabdehin nümayəndələri əvvəlcə ödənilməli məbləğin hesablanacağını bildirmiş, sonradan bundan imtina etmişlər, habelə məhkəmə prosesi gedişində iddiaçılara müəyyən bir məbləğ müqabilində iddiadan imtina etməyi təklif etmişlər. Bütün bunlar cavabdehin işçilərin hüquqlarını pozduğunu başa düşdüyünü, lakin məsuliyyətdən yayındığını təsdiq edir. Cavabdeh təşkilat 2017-ci ildən işçilərə elektron qaydada aylıq hesablaşma vərəqələri (“payslip”) göndərdiyini bildirsə də, həmin vərəqələr iddiaçıların bəzilərinə 2018-2019-cu illərdə, bəzilərinə isə daha gec göndərilmiş, həmçinin 1 iyul 2022-ci il tarixə kimi olan vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, yalnız 2022-ci ilin iyul ayından başlayaraq həmin əlavələr qeyd olunmuş və ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənilmişdir. İddiaçılar 2020-2021-ci illərdə istehsalatda gecə növbəsinə və bayram günlərinə görə əlavələrin ödənildiyini öyrənərək bu barədə öz departament rəhbərlərinə və insan resursları şöbəsinə (o cümlədən A.Quliyevə, E.Babaşova, T.Əliyevə) müraciətlər etmiş, onlara həmin əlavələrin hesablanaraq ödəniləcəyi bildirilmiş, hər dəfə bununla bağlı vədlər verilmişdir. 2022-ci ilin iyul ayı üzrə əlavələrin ödənişləri, eyni zamanda planlı şəkildə ixtisara hazırlıq başlamış, son haqq-hesab zamanı xx.xx.2022-ci il tarixədək olan əlavələrin ödəniləcəyi bildirilmişdir. Cavabdeh təşkilatin etiraz ərizəsinə münasibətdə qeyd etmək istəyir ki, iddiaçılar ilə ayrı-ayrılıqda imzalanmış əmək müqavilələrinə xitam verilməsi ilə bağlı son haqqhesab məbləği xx.xx.2023-cü il tarixində rəsmiləşdirilməklə işəgötürən tərəfindən iddiaçılara məxsus bank hesablarına mədaxil edilmişdir. Cavabdeh iddiaçıların gecə növbəsində və bayram günlərində işə cəlb olunduğunu təsdiq edir, yalnız iddia müddətinin ötürüldüyünə istinad edir. Cavabdehin bu şəkildə iddia müddətinə istinad etməsi onun hüquqdan sui-istifadə etdiyini təsdiq edir. Belə ki, hüquqdan sui-istifadə cavabdehin həmin məbləğləri uzun müddət ərzində ödəməməsində, həmin məbləğlərin hər dəfə növbəti illərdə ödənməsi ilə bağlı vədlərin verilməsində, iqtisadi cəhətdən işçilərin zəif mövqedə olmasından və təşkilatı-sərəncamverici səlahiyyətlərinin olmamasından istifadə edərək bunu sənədləşdirməkdən boyun qaçırmasında, 2022-ci ilin iyul ayı üzrə 2022-ci ilin 5 avqust tarixindən ödəməyə başlayaraq planlı şəkildə bir il ərzində ödədikdən sonra 45 nəfər işçini ixtisar etməsində və sonra da bir illik iddia müddətinə istinad etməsində öz təsdiqini tapır. Bundan əlavə, qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 münasibətdə cavabdehin etirazda qeyd etdiyi halı əsas götürərək bir illik müddətin tətbiq edilməsi halında belə iddia müddəti ötürülməmişdir. Belə ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 əlavələr ilk dəfə faktiki olaraq xx.xx.2022-ci il tarixində hesaba mədaxil edilməklə ödənilmişdir. Həmin iddiaçılar isə mediasiya prosesinə bir il keçmədən, yəni xx.xx.2023-cü il tarixinədək başlamışlar. İddiaçılardan İddiaçı4, İddiaçı5, İddiaçı6 (müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il il tarixlərdə) əmək müffətişliyinə və mediasiyaya müraciət etmələrini nəzərə alaraq, müddətin bərpası barədə ərizə vermişlər. Belə ki, həmin iddiaçıların özünün faktiki olaraq ali hüquq təhsilinin olmamasını, tərəflər arasında formalaşmış etibarlı əmək münasibətlərini, cavabdeh tərəfin hüquqdan sui-istifadə etməklə hazırda mübahisələndirilən tələblər üzrə ödəmələri son bir il ərzində ödəməsini və bundan sonra ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verməsini, keçən dövr ərzində iddiaçılara hər dəfə vədlərin verilməsini, iddiaçıların hər-hansı təşkilati-sərəncamverici səlahiyyətinin olmamasını, etibarlı əmək münasibətləri çərçivəsində işəgötürənin vədlərinə inanmasını, sonuncu haqq-hesab ödənilən zaman əvvəlki dövrlər üzrə ödənilməmiş məbləğlərin ödənilmədiyini nəzərə alaraq, məhkəmə tərəfindən tələb etmə hüququ ilə bağlı iddia müddətinin keçməsi əsas götürülərsə, həmin müddətin iddiaçılardan İddiaçı4, İddiaçı5, İddiaçı6 münasibətdə üzrlü hesab edilməsini xahiş edir. Həmçinin bildirməyi zəruri hesab edir ki, iddiaçılarından İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən məhkəməyə müraciət edilməsi üçün mediasiya təşkilatına 60 manat ödənildiyindən, qeyd olunan mediasiya xərci həmin iddiaçılara münasibətdə cavabdehdən tələb olunur, bundan əlavə hüquqi yardım üçün bütün iddiaçılar tərəfindən ayrılıqda 220 manat məbləğində pul vəsaiti ödənilmişdir və həmin vəsait bütün iddiaçılar tərəfindən tələb olunur. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı5 iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1 izahatına uyğun izahat verdilər və iddia tələblərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə baxışı zamanı cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirdi ki, cavabdeh tərəf iddia tələblərinə etiraz edir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 arasında xx.xx.2015-ci il tarixdə, İddiaçı3 arasında xx.xx.2013-cü il tarixdə, İddiaçı2 arasında xx.xx.2013-cü il tarixdə, İddiaçı4 arasında xx.xx.2013-cü il tarixdə, İddiaçı5 arasında xx.xx.2013-cü il tarixdə, İddiaçı6 arasında xx.xx.2014-cü il tarixdə ayrı-ayrılıqda bağlanılmış əmək müqavilələrinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) xitam verilmişdir. İddia ərizələrini nəzərdən keçirdikdə onlara məlum olmuşdur ki, iddiaçıların tələbi işə qəbul olduqları tarixdən xx.xx.2022-ci il tarixinədək iddiaçılar tərəfindən faktiki işlənilmiş gecə növbəsi, habelə bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, eləcə də vaxtında ödənilməmiş məbləğlər varsa, hesablanmış məbləğin 1 faizi həcmində cərimənin onlara ödənilməsidir. İddiaçıların iddia tələblərindən göründüyü kimi, onların 2022-ci ilin iyul ayından etibarən (iyul ayının əmək haqqısı daxil olmaqla) edilmiş əmək haqqı ödənişləri ilə bağlı hər hansı tələbləri yoxdur. İddiaçılar tərəfindən təqdim edilmiş mediasiya müraciətinin tarixindən də görünür ki, iddiaçılar tərəfindən iddia tələbi 2023-cü ilin avqust ayında irəli sürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq bildirmək istəyir ki, mübahisə predmeti 2022-ci ilin iyul ayından əvvəlki dövrə münasibətdə yarandığından Əmək Məcəlləsində bu növ tələblərə dair nəzərdə tutulmuş bir illik iddia müddəti məhkəmə tərəfindən tətbiq edilməlidir. Hesab edir ki, iddiaçılara ödənilmiş əmək haqqının düzgün hesablanmaması halı mövcud idisə, onların bunu öncədən aşkar etmək imkanı olmuşdur. Belə ki, işçilər cavabdehin mühasibatlığından öz əmək haqlarının ödənilməsi ilə bağlı haqq-hesab sənədlərini tələb edərək ümumi əmək haqqının hansı qaydada hesablandığını müəyyən edə bilərdilər. Qeyd edir ki, 2017-ci ilin ortalarından başlayaraq işçilərin təqdim etdiyi elektron poçt ünvanına onların aylıq əmək haqqı ödənişlərinin təfsilatlı açıqlaması “payslip” formatında hər ay mütəmadi olaraq elektron qaydada təqdim edilmişdir. Bununla yanaşı, iddiaçıların gecə növbəsində işləməyə görə, habelə bayram günlərində faktiki görülmüş işlərə görə ödənilməmiş əmək haqqını ötən bir il ərzində tələb etmək və bununla əlaqədar müvafiq orqanlara, eləcə də, məhkəməyə müraciət etmək imkanı olmuşdur. İddiaçı tərəfin vəkili yazılı mülahizəsində bildirir ki, işçiyə əmək haqqı və əmək haqqı üçün müəyyən edilmiş əlavələr son haqq-hesab zamanı ödənilməli idi. Halbuki, işçilər ilə bağlanılmış əmək müqavilələrinin 4.7-ci bəndinə uyğun olaraq, əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın 5 iş günü ərzində ödənilir. Göründüyü kimi, əmək qanunvericiliyinə əsasən, əmək şəraiti ilə bağlı əlavələr (ağır iş rejimi və ya gecə növbəsində işlə bağlı əlavələr) ay ərzində hesablanaraq işçinin əmək haqqısı kimi ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar tərəfindən təqdim edilmiş iddia ərizəsələrinə iddia müddətinin tətbiqi ilə bağlı yazılı etiraz təqdim etmişdir. İddia tələbində son haqq-hesabın ödənilməsi və hesablanması mübahisələndirilmir. İddiaçı tərəf yalnız iddia müddətinin tətbiq edilməsi ilə bağlı etirazlarından sonra iddia müddətinin axımının son haqqhesabdan başlanması ilə bağlı mülahizə irəli sürərək faktiki olaraq etirazlarının doğruluğunu təsdiq etmişdir. Bundan əlavə, xüsusilə vurğulamaq istəyir ki, İddiaçı4 tərəfindən ilkin mediasiyaya müraciət 09 avqust 2023-cü il tarixində, İddiaçı5 tərəfindən 2023-cü ilin sentyabr ayında, İddiaçı6 tərəfindən 31 avqust 2023-cü il tarixində, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən isə 3 avqust 2023-cü il tarixində edilmişdir. Qeyd olunan tarixləri əsas götürərək bildirir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 yalnız 2022-ci ilin iyul ayı üzrə əmək haqqına əlavələri tələb etməsi başadüşülən hesab oluna bilər, əvvəlki dövr üzrə onlar, habelə bütün dövr üzrə digər iddiaçılar iddia müddətini ötürmüşlər. Bir daha qeyd edir ki, iddiaçılar ilə bağlanmış əmək müqaviləsinə 2023-cü ilin iyul ayının sonunda xitam verildiyinə görə, 1 illik iddia müddəti ötürülmüşdür. İddiaçılara 2022-ci ilin iyul ayının ödənişinin 5 avqust 2022-ci ildə ödənilməsi nəzərə alınaraq, iddiaçı tərəfin ən yaxşı halda, yalnız İddiaçı1, İddiaçı2, İddiaçı3 münasibətdə 2022-ci ilin iyul ayı ilə bağlı tələbi ola bilərdi ki, həmin ayın pulu da ödənilmişdir. Ondan əvvəlki aylar və illərə münasibətdə isə bu müddət istənilən halda ötürülmüş hesab edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, hal-hazırda "xxxx" MMC-də İnsan resursları və inzibati işlər üzrə menecer vəzifəsində işləyir. Ümumiyyətlə, həmin müəssisədə 2013-cü ildən işləməyə başlamışdır. İddiaçılar özlərinin şöbə müdirləri tərəfindən hazırlanmış sürüşkən növbətçilik cədvəli əsasında işləyirdilər, vaxtaşırı günlərin yerləri dəyişirdi. Azər Quliyev və Elnur Babaşov adlı şəxslər iddiaçıların rəhbərləri olublar. İddiaçılar həqiqətən də cədvələ əsasən bayram günlərində və gecə növbəsində işləyirdilər. Lakin 2022-ci ilin iyul ayına qədər tənzimləmədə müəyyən uyğunsuzluqlar səbəbindən həmin məlumatlar tabeldə öz əksini tapmırdı. Əmək haqqının hesablanması mühasibatlıq tərəfindən aparılırdı. İddiaçılar 2020- 2021-ci ildən etibarən ona və rəhbərliyə bu barədə məlumat vermişdilər ki, bayram günlərində və gecə növbəsində işləmələrinə görə onlara əmək haqqına əlavə verilmir. Bu etirazlar 2022-ci ildən kütləvi hal almağa başladı, o, bu barədə rəhbərliyə məlumat verdi və tövsiyə etdi ki, həmin ödənişlər işçilərə ödənilməlidir. İddiaçılar ona müraciət edən zaman onlara güvənverici məlumatlar verirdi ki, bu məsələ öz həllini tapacaq. Nəhayət 2022-ci ildə uyğunsuzuq aradan qaldırıldı. Onun səlahiyyəti sadəcə rəhbərliyə uyğunsuzluq barədə məlumat vermək idi və o, həmin məlumatı vermişdi. 2022-ci ilin may-iyun aylarında ona göstəriş verildi ki, yeni tabel hazırlansın. Sadəcə olaraq proqram hazırlanması bir neçə ay çəkdi və 2022-ci ilin iyul ayından ödəmə başladı. Özü işçilərə heç bir vəd verməmişdir. Elə bir səlahiyyəti də yox idi. 2017-ci ildən etibarən “payslip”lər (aylıq ödəniş barədə hesabatlar) hər ay işçilərin elektron ünvanlarına göndərilirdi, lakin 2022-ci ilin iyul ayından əvvəl bayram günləri və gecə növbəsi üçün heç bir ödəniş nəzərdə tutulmadığından “payslip”lərdə əks olunmurdu. İşçilərin ixtisar prosesi zamanı iddiaçılar 2022-ci ildən əvvəlki dövr üçün ödənişlər barədə müraciətlər etdilər. Eyni zamanda, 2022-ci ilin may-iyun aylarında şirkətdə araşdırma aparılırdı ki, xərclər optimallaşdırılsın, buna görə də mühafizə işinin təşkili ilə bağlı tender elan olundu. Məqsəd iddiaçıların işlədiyi mühafizə bölməsinin ləğvindən sonra daha optimal xərclə həmin funksiyanı yerinə yetirə biləcək şirkətin tapılması idi. Hər bir işçiyə aid son 5 ilin sənədləri mövcuddur. Müəssisə 7/24 rejimdə işləyir. Əlbəttə ki, istehsalatda işləyənlərə əvvəldən bayram günlərinə və gecə növbəsinə görə əlavələr verilirdi. İşçilər arasında heç bir ayrı-seçkilik olmayıb. İddiaçılar ona bayram günləri və gecə növbəsində işləməyə görə əlavələr barədə müraciət etdikdən sonra bu barədə rəhbərliyə bildirmişdir. Ona müraciət edilməmişdən qabaq bu barədə xəbərsiz olmuşdur. İşçilər işdən ixtisar olunan zaman 2022-ci ilin iyul ayından əvvələ görə ödəniş edilməli olub-olmadığını bilmir. İddiaçılar işdən çıxarkən bunu tələb edirdilər, o da bunu tələb etmək sizin hüququnuzdur deyib, onun məqsədi sadəcə onlara bu barədə iddia qaldırmaq hüququnun olduğunu izah etmək idi, əvvəlki dövrün ödəniləcəyini onlara deməyib. Digər işçilərlə iddiaçıların əmək haqqının 2022-ci ildən əvvəl və sonra hesablama üsulları eyni deyildi. Hesablamalar arasındaki fərq tənzimləmədəki uyğunsuzluğa görə idi. Bu zəncirvari bir sistemdir. Səhvin kimdə, hansı işçidə və ya şöbədə olduğunu dəqiq deyə bilmir. 2022-ci ilin iyul ayına qədərki dövr üçün zavod tərəfindən heç bir araşdırma aparılmayıb, 2022-ci ilin iyul ayından işçilərin ixtisarına qədər bu ödəniş olubdur, son haqq-hesabda isə yalnız 2023-cü ilin iyul ayının əlavələri ödənilib. Məhkəmə, izahatları və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı1 10 fevral 2015-ci il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir, müqavilə bir il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işçiyə hər ay 481,93 manat əmək haqqı ödənilir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, əmək haqqı: ayda bir dəfə ən geci növbəti ayın 5-i tarixində ödənilir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ilə "xxxx" MMC arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 810 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.5ci bəndinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. Həmin müqavilənin 4.6-cı və 4.7-ci bəndlərinə əsasən, əmək haqqı və digər ödənclər işçinin bank hesabına köçürülür. Əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın ilk beş iş günü ərzində ödənilir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 23/120/k saylı əmrinin surətindən görünür ki, nəzarətçi vəzifəsində işləyən İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir. Əmrə əsasən son haqq-hesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, İddiaçı1 münasibətdə işdənçıxma müavinəti qismində 1,7 əmsalı tətbiq edilmiş, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiya əmsalı kimi 0,93 əmsalı tətbiq edilmiş, qalıq məzuniyyət günlərinin əvəzi kimi 9 gün göstərilmişdir. İş materiallarında olan son haqq-hesab cədvəli ilə bağlı İddiaçı1 "xxxx" MMC-nə xx.xx.2023-cü il tarixdə ünvanladığı yazılı etirazdan görünür ki, o, 2015-ci ilin fevral ayından "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul olmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. 2015-ci ilin fevral ayından etibarən 2022-ci ilin iyul ayına qədər ödənilməli olan, lakin hazırki dövrə kimi ödənilməmiş (gecə növbələri və bayram günləri ödənişləri), hər dəfə vədi verilmiş əlavələrlə bağlı münasibətə etiraz edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 114 saylı maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin ixtisar olunmuş “Nəzarət” bölməsində “nəzarətçi” vəzifəsində işləmiş İddiaçı1 10 fevral 2015-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək müqaviləsində qeyd olunan tarif (vəzifə) maaşına uyğun olaraq əmək haqqı hesablanıb ödənilmişdir, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək ona tarif (vəzifə) maaşı, gecə növbəsi və bayram günlərində işləməsi ilə bağlı ödənişlər verilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 xx.xx.2015-ci il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli 23/120/k saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı1 məxsus bank hesabına xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək haqqı ödənişləri mədaxil edilmişdir. Həmin çıxarışa əsasən həmçinin müəyyən olunur ki, 2022-ci ilin iyul ayı üzrə əmək haqqı əlavələrlə birlikdə xx.xx.2022-ci il tarixdə, son haqq-hesab isə xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC adından ixtisar olunmuş “Nəzarət” bölməsinin əməkdaşı İddiaçı1 aylıq hesablaşma vərəqələri (“payslip”) elektron formada 2017-ci ilin iyun ayından etibarən göndərilməyə başlanılmışdır. İş materaillarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş iş qrafiki üzrə cədvəldən görünür ki, həmin cədvəldə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı1 işinin başlama və bitmə vaxtları qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-də Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları Zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan Nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar da arxivləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Post time book” jurnalının surətindən görünür ki, həmin jurnalda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər işçilərin (o cümlədən İddiaçı1) işə giriş və çıxış saatları öz imzalarıyla təsdiq edilməklə qeyd olunmuşdur. Jurnaldan həmçinin görünür ki, bəzi günlərdə iş saatları saat 22-dən səhər saat 6-dək olan müddəti əhatə edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı1 ünvanlanmış 2020-ci ilin 1-ci ayından 2023-cü ilin 7-ci ayına qədər olan hesablaşma vərəqələrinin (“payslip”) surətlərindən görünür ki, 2022-ci ilin iyul ayına qədər həmin vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, 2022-ci ilin iyul ayından başlayaraq isə həmin əlavələr qeyd olunmuşdur. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən görünür ki, İddiaçı1 tərəfindən həmin təklif cavabdehə Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İlkin mediasiya sessiyası xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 3339 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı1 tərəfindən hüquqi yardıma görə 220 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı3 07 noyabr 2013-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir, müqavilə bir il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işçiyə hər ay 482 manat əmək haqqı ödənilir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, əmək haqqı: ayda bir dəfə ən geci növbəti ayın 5-i tarixində ödənilir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı3 ilə "xxxx" MMC arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 1015 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. Həmin müqavilənin 4.6-cı və 4.7-ci bəndlərinə əsasən, əmək haqqı və digər ödənclər işçinin bank hesabına köçürülür. Əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın ilk beş iş günü ərzində ödənilir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 23/120/k saylı əmrinin surətindən görünür ki, nəzarətçi vəzifəsində işləyən İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir. Əmrə əsasən son haqq-hesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, İddiaçı3 münasibətdə işdənçıxma müavinəti qismində 1,7 əmsalı tətbiq edilmiş, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiya əmsalı kimi 0,93 əmsalı tətbiq edilmiş, qalıq məzuniyyət günlərinin əvəzi kimi 46 gün göstərilmişdir. İş materiallarında olan son haqq-hesab cədvəli ilə bağlı İddiaçı3 "xxxx" MMC-nə xx.xx.2023-cü il tarixdə ünvanladığı yazılı etirazdan görünür ki, o, 2013-cü ilin noyabr ayından "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul olmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. 2013-cü ilin noyabr ayından etibarən 2022-ci ilin iyul ayına qədər ödənilməli olan, lakin hazırki dövrə kimi ödənilməmiş (gecə növbələri və bayram günləri ödənişləri), hər dəfə vədi verilmiş əlavələrlə bağlı münasibətə etiraz edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 122 saylı maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin ixtisar olunmuş “Nəzarət” bölməsində “nəzarətçi” vəzifəsində işləmiş İddiaçı3 07 noyabr 2013-cü il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək müqaviləsində qeyd olunan tarif (vəzifə) maaşına uyğun olaraq əmək haqqı hesablanıb ödənilmişdir, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək ona tarif (vəzifə) maaşı, gecə növbəsi və bayram günlərində işləməsi ilə bağlı ödənişlər verilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı3 xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli 23/120/k saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı3 məxsus bank hesabına xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək haqqı ödənişləri mədaxil edilmişdir. Həmin çıxarışa əsasən həmçinin müəyyən olunur ki, 2022-ci ilin iyul ayı üzrə əmək haqqı əlavələrlə birlikdə xx.xx.2022-ci il tarixdə, son haqq-hesab isə xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC adından ixtisar olunmuş “Nəzarət” bölməsinin əməkdaşı İddiaçı3 aylıq hesablaşma vərəqələri (“payslip”) elektron formada 2017-ci ilin iyun ayından etibarən göndərilməyə başlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş iş qrafiki üzrə cədvəldən görünür ki, həmin cədvəldə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı3 işinin başlama və bitmə vaxtları qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-də Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları Zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan Nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar da arxivləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Post time book” jurnalının surətindən görünür ki, həmin jurnalda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər işçilərin (o cümlədən İddiaçı3) işə giriş və çıxış saatları öz imzalarıyla təsdiq edilməklə qeyd olunmuşdur. Jurnaldan həmçinin görünür ki, bəzi günlərdə iş saatları saat 22-dən səhər saat 6-dək olan müddəti əhatə edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı3 ünvanlanmış 2020-ci ilin 1-ci ayından 2023-cü ilin 7-ci ayına qədər olan hesablaşma vərəqələrinin (“payslip”) surətlərindən görünür ki, 2022-ci ilin iyul ayına qədər həmin vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, 2022-ci ilin iyul ayından başlayaraq isə həmin əlavələr qeyd olunmuşdur. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən görünür ki, İddiaçı3 tərəfindən həmin təklif cavabdehə Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İlkin mediasiya sessiyası xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 45597 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı3 tərəfindən hüquqi yardıma görə 220 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı2 30 sentyabr 2013-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir, müqavilə bir il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işçiyə hər ay 482 manat əmək haqqı ödənilir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, əmək haqqı: ayda bir dəfə ən geci növbəti ayın 5-i tarixində ödənilir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı2 ilə "xxxx" MMC arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 1034 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. Həmin müqavilənin 4.6-cı və 4.7-ci bəndlərinə əsasən, əmək haqqı və digər ödənclər işçinin bank hesabına köçürülür. Əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın ilk beş iş günü ərzində ödənilir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 23/120/k saylı əmrinin surətindən görünür ki, nəzarətçi vəzifəsində işləyən İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir. Əmrə əsasən son haqq-hesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, İddiaçı2 münasibətdə işdənçıxma müavinəti qismində 1,7 əmsalı tətbiq edilmiş, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiya əmsalı kimi 0,93 əmsalı tətbiq edilmiş, qalıq məzuniyyət günlərinin əvəzi kimi 6 gün göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 119 saylı maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin ixtisar olunmuş “Nəzarət” bölməsində “nəzarətçi” vəzifəsində işləmiş İddiaçı2 30 sentyabr 2013-cü il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək müqaviləsində qeyd olunan tarif (vəzifə) maaşına uyğun olaraq əmək haqqı hesablanıb ödənilmişdir, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək ona tarif (vəzifə) maaşı, gecə növbəsi və bayram günlərində işləməsi ilə bağlı ödənişlər verilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı2 xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli 23/120/k saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı2 məxsus bank hesabına xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək haqqı ödənişləri mədaxil edilmişdir. Həmin çıxarışa əsasən həmçinin müəyyən olunur ki, 2022-ci ilin iyul ayı üzrə əmək haqqı əlavələrlə birlikdə xx.xx.2022-ci il tarixdə, son haqq-hesab isə xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC adından ixtisar olunmuş “Nəzarət” bölməsinin əməkdaşı İddiaçı2 aylıq hesablaşma vərəqələri (“payslip”) elektron formada 2017-ci ilin iyun ayından etibarən göndərilməyə başlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş iş qrafiki üzrə cədvəldən görünür ki, həmin cədvəldə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı2 işinin başlama və bitmə vaxtları qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-də Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları Zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan Nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar da arxivləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Post time book” jurnalının surətindən görünür ki, həmin jurnalda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər işçilərin (o cümlədən İddiaçı2) işə giriş və çıxış saatları öz imzalarıyla təsdiq edilməklə qeyd olunmuşdur. Jurnaldan həmçinin görünür ki, bəzi günlərdə iş saatları saat 22-dən səhər saat 6-dək olan müddəti əhatə edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı2 ünvanlanmış 2020-ci ilin 1-ci ayından 2023-cü ilin 7-ci ayına qədər olan hesablaşma vərəqələrinin (“payslip”) surətlərindən görünür ki, 2022-ci ilin iyul ayına qədər həmin vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, 2022-ci ilin iyul ayından başlayaraq isə həmin əlavələr qeyd olunmuşdur. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən görünür ki, İddiaçı2 tərəfindən həmin təklif cavabdehə Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İlkin mediasiya sessiyası xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan 21701 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı2 tərəfindən hüquqi yardıma görə 220 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı4 02 dekabr 2013-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir, müqavilə bir il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işçiyə hər ay 482 manat əmək haqqı ödənilir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, əmək haqqı: ayda bir dəfə ən geci növbəti ayın 5-i tarixində ödənilir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı4 ilə "xxxx" MMC arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 1034 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. Həmin müqavilənin 4.6-cı və 4.7-ci bəndlərinə əsasən, əmək haqqı və digər ödənclər işçinin bank hesabına köçürülür. Əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın ilk beş iş günü ərzində ödənilir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 23/120/k saylı əmrinin surətindən görünür ki, nəzarətçi vəzifəsində işləyən İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir. Əmrə əsasən son haqq-hesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, İddiaçı4 münasibətdə işdənçıxma müavinəti qismində 1,7 əmsalı tətbiq edilmiş, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiya əmsalı kimi 0,93 əmsalı tətbiq edilmiş, qalıq məzuniyyət günlərinin əvəzi kimi 14 gün göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 124 saylı maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin ixtisar olunmuş “Nəzarət” bölməsində “nəzarətçi” vəzifəsində işləmiş İddiaçı4 02 dekabr 2013-cü il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək müqaviləsində qeyd olunan tarif (vəzifə) maaşına uyğun olaraq əmək haqqı hesablanıb ödənilmişdir, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək ona tarif (vəzifə) maaşı, gecə növbəsi və bayram günlərində işləməsi ilə bağlı ödənişlər verilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı4 xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli 23/120/k saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı4 məxsus bank hesabına xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək haqqı ödənişləri mədaxil edilmişdir. Həmin çıxarışa əsasən həmçinin müəyyən olunur ki, 2022-ci ilin iyul ayı üzrə əmək haqqı əlavələrlə birlikdə xx.xx.2022-ci il tarixdə, son haqq-hesab isə xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC adından ixtisar olunmuş “Nəzarət” bölməsinin əməkdaşı İddiaçı4 aylıq hesalaşma vərəqələri (“payslip”) elekton formada 2017-ci ilin iyun ayından etibarən göndərilməyə başlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş iş qrafiki üzrə cədvəldən görünür ki, həmin cədvəldə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı4 işinin başlama və bitmə vaxtları qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-də Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları Zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan Nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar da arxivləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Post time book” jurnalının surətindən görünür ki, həmin jurnalda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər işçilərin (o cümlədən İddiaçı4) işə giriş və çıxış saatları öz imzalarıyla təsdiq edilməklə qeyd olunmuşdur. Jurnaldan həmçinin görünür ki, bəzi günlərdə iş saatları saat 22-dən səhər saat 6-dək olan müddəti əhatə edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı4 ünvanlanmış 2020-ci ilin 1-ci ayından 2023-cü ilin 7-ci ayına qədər olan hesablaşma vərəqələrinin (“payslip”) surətlərindən görünür ki, 2022-ci ilin iyul ayına qədər həmin vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, 2022-ci ilin iyul ayından başlayaraq isə həmin əlavələr qeyd olunmuşdur. İş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı4 tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə Bakı 3 saylı Mediasiya Təşkilatı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan 2511 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı4 tərəfindən hüquqi yardıma görə 220 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı5 01 oktyabr 2013-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir, müqavilə bir il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işçiyə hər ay 482 manat əmək haqqı ödənilir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, əmək haqqı: ayda bir dəfə ən geci növbəti ayın 5-i tarixində ödənilir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı5 ilə "xxxx" MMC arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 1034 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. Həmin müqavilənin 4.6-cı və 4.7-ci bəndlərinə əsasən, əmək haqqı və digər ödənclər işçinin bank hesabına köçürülür. Əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın ilk beş iş günü ərzində ödənilir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 23/120/k saylı əmrinin surətindən görünür ki, nəzarətçi vəzifəsində işləyən İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir. Əmrə əsasən son haqq-hesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, İddiaçı5 münasibətdə işdənçıxma müavinəti qismində 1,7 əmsalı tətbiq edilmiş, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiya əmsalı kimi 0,93 əmsalı tətbiq edilmiş, qalıq məzuniyyət günlərinin əvəzi kimi 15 gün göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 120 saylı maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin ixtisar olunmuş “Nəzarət” bölməsində “nəzarətçi” vəzifəsində işləmiş İddiaçı5 01 oktyabr 2013-cü il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək müqaviləsində qeyd olunan tarif (vəzifə) maaşına uyğun olaraq əmək haqqı hesablanıb ödənilmişdir, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək ona tarif (vəzifə) maaşı, gecə növbəsi və bayram günlərində işləməsi ilə bağlı ödənişlər verilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı5 xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli 23/120/k saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı5 məxsus bank hesabına xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək haqqı ödənişləri mədaxil edilmişdir. Həmin çıxarışa əsasən həmçinin müəyyən olunur ki, 2022-ci ilin iyul ayı üzrə əmək haqqı əlavələrlə birlikdə xx.xx.2022-ci il tarixdə, son haqq-hesab isə xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC adından ixtisar olunmuş “Nəzarət” bölməsinin əməkdaşı İddiaçı5 aylıq hesablaşma vərəqələri (“payslip”) elektron formada 2017-ci ilin iyun ayından etibarən göndərilməyə başlanılmışdır. İş materaillarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş iş qrafiki üzrə cədvəldən görünür ki, həmin cədvəldə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı5 işinin başlama və bitmə vaxtları qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-də Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları Zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan Nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar da arxivləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Post time book” jurnalının surətindən görünür ki, həmin jurnalda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər işçilərin (o cümlədən İddiaçı5) işə giriş və çıxış saatları öz imzalarıyla təsdiq edilməklə qeyd olunmuşdur. Jurnaldan həmçinin görünür ki, bəzi günlərdə iş saatları saat 22-dən səhər saat 6-dək olan müddəti əhatə edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı5 ünvanlanmış 2020-ci ilin 1-ci ayından 2023-cü ilin 7-ci ayına qədər olan hesablaşma vərəqələrinin (“payslip”) surətlərindən görünür ki, 2022-ci ilin iyul ayına qədər həmin vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, 2022-ci ilin iyul ayından başlayaraq isə həmin əlavələr qeyd olunmuşdur. İş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı5 tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə Bakı 8 saylı Mediasiya Təşkilatı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan 1444 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı5 tərəfindən hüquqi yardıma görə 220 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı6 20 fevral 2014-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir, müqavilə bir il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işçiyə hər ay 482 manat əmək haqqı ödənilir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, əmək haqqı: ayda bir dəfə ən geci növbəti ayın 5-i tarixində ödənilir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı6 ilə "xxxx" MMC arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 897 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.5ci bəndinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. Həmin müqavilənin 4.6-cı və 4.7-ci bəndlərinə əsasən, əmək haqqı və digər ödənclər işçinin bank hesabına köçürülür. Əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın ilk beş iş günü ərzində ödənilir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 23/120/k saylı əmrinin surətindən görünür ki, nəzarətçi vəzifəsində işləyən İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir. Əmrə əsasən son haqq-hesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, İddiaçı6 münasibətdə işdənçıxma müavinəti qismində 1,7 əmsalı tətbiq edilmiş, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiya əmsalı kimi 0,93 əmsalı tətbiq edilmiş, qalıq məzuniyyət günlərinin əvəzi kimi 38 gün göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 128 saylı maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin ixtisar olunmuş “Nəzarət” bölməsində “nəzarətçi” vəzifəsində işləmiş İddiaçı6 20 fevral 2014-cü il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək müqaviləsində qeyd olunan tarif (vəzifə) maaşına uyğun olaraq əmək haqqı hesablanıb ödənilmişdir, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək ona tarif (vəzifə) maaşı, gecə növbəsi və bayram günlərində işləməsi ilə bağlı ödənişlər verilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı6 xx.xx.2014-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli 23/120/k saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı6 məxsus bank hesabına xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək haqqı ödənişləri mədaxil edilmişdir. Həmin çıxarışa əsasən həmçinin müəyyən olunur ki, 2022-ci ilin iyul ayı üzrə əmək haqqı əlavələrlə birlikdə xx.xx.2022-ci il tarixdə, son haqq-hesab isə xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC adından ixtisar olunmuş “Nəzarət” bölməsinin əməkdaşı İddiaçı6 aylıq hesalaşma vərəqələri (“payslip”) elekton formada 2017-ci ilin iyun ayından etibarən göndərilməyə başlanılmışdır. İş materaillarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş iş qrafiki üzrə cədvəldən görünür ki, həmin cədvəldə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı6 işinin başlama və bitmə vaxtları qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-də Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları Zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan Nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar da arxivləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Post time book” jurnalının surətindən görünür ki, həmin jurnalda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər işçilərin (o cümlədən İddiaçı6) işə giriş və çıxış saatları öz imzalarıyla təsdiq edilməklə qeyd olunmuşdur. Jurnaldan həmçinin görünür ki, bəzi günlərdə iş saatları saat 22-dən səhər saat 6-dək olan müddəti əhatə edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı6 ünvanlanmış 2020-ci ilin 1-ci ayından 2023-cü ilin 7-ci ayına qədər olan hesablaşma vərəqələrinin (“payslip”) surətlərindən görünür ki, 2022-ci ilin iyul ayına qədər həmin vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, 2022-ci ilin iyul ayından başlayaraq isə həmin əlavələr qeyd olunmuşdur. İş materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı6 tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan 47308 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı6 tərəfindən hüquqi yardıma görə 220 manat ödənilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, şahidin ifadəsinə, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, hər bir iddiaçı əmək müqaviləsinə əsasən cavabdeh müəssisədə nəzarətçi vəzifəsində işləmiş, onlarla bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ştatların ixtisarı əsası ilə xitam verilmiş və son haqq-hesab məbləğləri ödənilmişdir. İddiaçılar əmək müqavilələrinə xitam verilməsini mübahisələndirmir, onların iddia tələbləri işə başladıqları gündən xx.xx.2022-ci il tarixədək gecə növbəsində və bayram günlərində faktiki işlədiklərinə görə əmək haqqına əlavələrin ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçıların işlədikləri dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunduqları, xx.xx.2022-ci il tarixədək buna görə əlavələrin ödənilmədiyi, yalnız 2022-ci ilin iyul ayı üzrə həmin əlavələrin hesablanmağa başlayaraq ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənildiyi, həmin əlavələrin ödənişinin xx.xx.2023-cü il tarixədək davam etdiyi mülki iş üzrə sübutlarla tam təsdiq olunur və tərəflər arasında mübahisə doğurmur. Həmçinin, tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməlidir. Hazırda iddiaçılar xx.xx.2022-ci il tarixədək olan dövr üzrə həmin əlavələrin ödəniləcəyi ilə bağlı cavabdeh tərəfindən daim onlara vəd və güvən verildiyini, ona görə də həmin əlavələrin son haqq-hesab zamanı ödəniləcəyinə inandıqlarını əsas gətirərək iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər, cavabdeh müəssisə isə iddiaya etirazını bir illik iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəflərin dəlillərinə, onların qarşılıqlı münasibətlərinə, mülki işin hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbləri qismən əsaslı hesab edilməli, hər bir iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Belə ki, mülki iş üzrə sübutlara əsasən məhkəmə müəyyən edir ki, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələrin ilk dəfə 2022-ci ilin iyul ayı üzrə hesablanaraq xx.xx.2022-ci il tarixdə verilməsi, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilməsi; bundan əvvəl həmin əlavələri tələb edən işçilərə hər dəfə güvənverici məlumatların verildiyini, 2022-ci ilin iyulundan əlavələrin verilməsi ilə yanaşı həmin bölmənin gələcəkdə ixtisarı ilə bağlı araşdırmanın aparıldığını şahid T.Əliyevin təsdiq etməsi; müəssisənin istehsalat bölməsində həmin əlavələrin daha əvvəldən verildiyi halda iddiaçılara münasibətdə bu barədə ayrı-seçkiliyə yol verilməsi; əlavələrin yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi və iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması; eyni zamanda iddiaçılardan İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən mediasiya prosesinə xx.xx.2023-cü il tarixədək, digər iddiaçılar tərəfindən isə həmin tarixdən bir ay keçmədən başlanması və sonunculara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması; tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin xx.xx.2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçılara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qanuni və ədalətli hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddənin Qeydinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin Məcəllənin 296.7-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 74 saylı Qərarının 1-ci bəndinə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan suiistifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə (xüsusilə Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970-ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982-ci il tarixli, X4rşı işi üzrə xx.xx.1984-cü il tarixli qərarlara) əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, iddialar qismən təmin olunduğundan, məhkəmə xərcləri və hüquqi yardıma görə xərc tələbləri də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı1 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı3 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı2 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Mediasiya xərcinə görə 20 manat, hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı4 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı4 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı5 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı5 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı6 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı6 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Hüquqi yardıma görə 80 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı6 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-3103/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3103/2023
22.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver