Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3159/2023 05.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndə və vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “gecə növbəsi üzrə ödənilməli olan, lakin ödənilməmiş əmək haqqına əlavələrin və bayram günləri üzrə faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən onun xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat məbləğində pul vəsaitin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə vəsatət təqdim edərək, hazırda məhkəmənin icraatında cavabdeh "xxxx" MMCyə müxtəlif iddiaçılar tərəfindən verilmiş eyni mahiyyətli mülki işlərin olduğunu bildirərək, e- 2(002)-3159/2023 saylı mülki işin məhkəmənin icraatında olan e-2(002)-3102/2023 nömrəli işə birləşdirərək həmin işlərə eyni icraatda baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 e- 2(002)-3159/2023 mülki işin məhkəmənin icraatında olan e-2(002)-3102/2023 saylı mülki işə birləşdirilərək baxılmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və vəsatəti tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, vəsatət təmin edilməli, 2(002)-3159/2023 mülki iş e-2(002)-3102/2023 nömrəli mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.3-cü maddəsinin tələbləri əsas götürülməklə həmin iddialar üzrə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilən Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilən halllarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. İstinad edilən Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Adı çəkilən Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Digər tərəfdən göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, e-2(002)-3159/2023 mülki iş məhkəmənin icraatında olan e-2(002)-3102/2023 nömrəli mülki işlə birləşdirilməli, həmin işlə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Vəsatən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-3159/2023 mülki iş məhkəmənin icraatında olan e-2(002)-3102/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bu qərardaddan şikayət verilmir, işdə iştirak edən şəxslər həmin qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3159/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3159/2023
05.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver