Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3255/2025 17.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reqres qaydada pul və ziyanlıq tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ümumi 4772.40 (dörd min yeddi yüz yetmiş iki) manat məbləğin, habelə ödənilmiş dövlət rüsumu və xidmət haqqı 68.26 manat məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi 5009.40 manat məbləğin, habelə ödənilmiş dövlət rüsumu və xidmət haqqı 71.30 manat məbləğin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli M9790247/20 saylı Nisyə satış müqaviləsinə əsasən 3800 (üç min səkkiz yüz) manat dəyərində 1 ədəd İphone 11 pro 256GB green modelli mobil telefonu ilkin ödəniş 500 (beş yüz) manat olmaqla hər ay bərabər, yəni 275 (iki yüz yetmiş beş) manat məbləğini ödənilməklə 12 (on iki) ay müddətinə nisyə satılmışdır. xx.xx.2020-ci il tarixli M9790247/20 saylı Nisyə satış müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq İddiaçı ilə Zaminlik Razılaşması və Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli Razılaşma bağlanmışdır. sonradan, borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixli M9790247/20 saylıNisyə satış müqaviləsi üzrə yaranmış kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə kreditor B.R.İsgəndərov cavabdehlər qismində Cavabdeh1, Cavabdeh2 və mənə qarşı iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin2(002)-1365/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X1, Cavabdeh1 və İddiaçı müştərək qaydada 2982 manat məbləğində əsas borc və 350 manat məbləğində cərimə borcu, ümumilikdə 3332 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun (ümumi 3362.40 manat) iddiaçı X2 xeyrinə tutularaq ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin2(002)-1365/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq 25 avqust 2021-ci il tarixində icra vərəqəsi verilmişdir. Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəliədliyyə qulluqçusu X13 tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edərək icra icraatına başlanılmışdır. Daha sonra, 30 avqust 2021-ci il tarixdə Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X15 tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edərək icra icraatına başlanılmışdır. İcra icraatı zamanı borclu Cavabdeh1 və ya borclu (anası) Cavabdeh2 tələbi icra etmədiyinə görə dəfələrlə İcra şöbəsinə dəvət edilmişəm. İcra icraatızamanı dəfələrlə borclu Cavabdeh1la borcun ödənilməsi üçün əyanı və ya telefonla danışıqlar apararaq tələb etməyimə baxmayaraq nəticəsiz qalmışdır. Nəticədə, Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X15 tərəfindən borclu qismində mənim adıma qeydə alınmış 1) “Toyota Prius” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı; 2) “Toyota Prius”(HİBRİD) minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı və 3) “Toyota Prius” minik markalı **-CY-*** dövlət qeydiyyat nişanlıavtomobillərin – “nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə” rayon məhkəməsinə təqdimat verilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin8(002)- 320/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadla, təqdimat təmin olunaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1365/2021 nömrəli, xx.xx.2021-cü il tarixli icra sənədi üzrə borcluAbdurahmanovYusif Əlirza oğluna məxsus olan “Toyota Prius” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius”(HİBRİD) minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlıavtomobillərin üzərinə borc tələbi həddində həbs qoyulması qərara alınmışdır. Nəticədə həmin qərardaddan qanuni qüvvəsini alaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X24 İdarəsində qeydə alınmışdır. Həmin tarixdən etibarən həmin nəqliyyat vasitələri idarə edilməmişdir. Belə ki, sözügedən nəqliyyat vasitələri hamısı mənim adımda qeydə alınmasına baxmayaraq iki ədəd nəqliyyat vasitəsi faktiki olaraq üçüncü şəxslərə məxsusdur və onların istifadəsindədir. 1. “Toyota Prius”(HİBRİD) minik markalı,**-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ünvan 1 ünvanda qeydiyyatda olan X11 tərəfindən idarə olunur və faktiki olaraq onların sərəncamındadır. Həmin nəqliyyat vasitəsi sərnişin daşınması məqsədilə “taxi” kimi idarə olunur (xx.xx.2024-cü il tarixli, 7E-3333 reyestr nömrəli etibarnamə əlavə olunur); 2. “Toyota Prius” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Salyan rayonu, Xələc Ə/D, Xələc kəndində qeydiyyatda olan X16 tərəfindən idarə olunur və faktiki olaraq onların sərəncamındadır. Həmin nəqliyyat vasitəsi sərnişin daşınması məqsədilə “taxi” kimi idarə olunur (xx.xx.2024-cü il tarixli, 7E-5577 reyestr nömrəlietibarnamə əlavə olunur); Bakışəhəri Qaradağ rayon məhkəməsinin 8(002)-320/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardad qəbuledildiyi tarixdən etibarən mən nəqliyyat vasitəsinin sahiblərinə məlumat vermişəm, həmin avtomobillərin idarə edilməsini saxlamışlar. Mən də həmin tarixdən etibarən özümə məxsus “Toyota Prius” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmirəm. Çünki həbs qərarı qüvvəyə mindikdən sonra idarə etdiyim halda saxlanılaraq cərimə meydaçasına yerləşdiriləcəkdir. Bu da mənə əlavə xərclər (cərimə meydançasından çıxarılan zaman xidmət haqqı, saxlanc xərci və sair) yarada bilərdi. Hazırda “Toyota Prius”(HİBRİD) minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı, 99- CY-163 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri taxi kimi fəaliyyət göstərə bilmədiklərinə görə mən həmin şəxslərə aylıq hər birinə 500 (beş yüz) manat olmaqla cəmi 1000 (bir min) manat məbləğində ödəniş etmişəm. Çünki həmin şəxslərin gəlir yeri fərdi qaydada taxi xidməti olmuşdur. Mən özümə isə, idarə etdiyim “Toyota Prius” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlıavtomobili yaşadığım evin həyətində saxlamışam, idarə etməmişəm və bunun əvəzində taxi xidmətlərindən istifadə etmişəm. İyul ayı – mövsümi olaraq uşaqların tətil vaxtı olduğuna və məlum hava şəraitinə görə taxi-dən istifadə etmişəm və bunun nəticəsində 1 (bir) ay 4 (dörd) gün ərzində “taxi”dən istifadəyə görə təxminən 410 (dörd yüz on) manat məbləğində vəsait xərcləmişəm. Nəticədə, məcburiyyət qarşısında qalaraq bankdan kredit vəsaiti əldə edərək Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1365/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 3362.40 manat məbləğində tələb ödənişini tələbkar X4 tam şəkildə ödədim və tələbkar B.İsgəndərov da icraata xitam verilməsi üçün İcra şöbəsinə müraciət etdi. Hazırda da, “Toyota Prius” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius”(HİBRİD) minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlıavtomobillərin üzərindən həbs götürülməmişdir. Bütün bunların səbəbkarı borclu Cavabdeh1dur. Mən borclu Cavabdeh1 borcunu tam ödədiyimə görə reqres tələb hüququm yaranmışdır. Reqres tələb hüququmdan istifədə edərək ödədiyim3362.40 manat məbləğini, habelə 1410 (bir min dörd yüz on) manat olmaqla cəmi 4772.40 (dörd min yeddi yüz yetmiş iki) manat məbləğiCavabdeh1 və Cavabdeh2 mənim xeyrimə tutulmalıdır. İddiaçı məkhəmə iclasında iddia tələbini müdafiə etdi və bildirdi ki, mal götürülən zaman zamin olmuşdur. Ona görə maşınlara həbs qoyulub. 3700 manatdan çox pul tutulub. Borcu tam ödədi. Əlavə 1000 manat həbs qoyulan maşınlar üçün tələb edir. Həbs qoyulan avtomobillərin sahiblərindən biri taksi fəaliyyəti ilə məşğul ola bilmədikləri üçün, digəri isə usta olduğu üçün yaksilərə əlavə pul xərclədiyi üçün hərəsinə ayrı-ayrılıqda 500 manat ödəniş etmişdir. Tam borc və 7% icra ödənişi ödənildiyi üçün həbs götürülmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üşüncü şəxs X7 və onun nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirdi ki, borc İddiaçı tərəfindən ödənilmişdir. İddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1365/2021 saylı qətnaməsinə əsasən, cavabdehlər X3, Cavabdeh1 və İddiaçı müştərək qaydada 2982 manat məbləğində əsas borc və 350 manat məbləğində cərimə borcu, ümumilikdə 3332 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçı X2 xeyrinə tutularaq ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-320/2025 saylı qərardadına əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1365/2021 saylı icra sənədinə üzrə borclu İddiaçı məxsus olan “Toyota Prius” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə borc tələbi həddində həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icra icraatına xitam verilməsi barədə tələbkar X7 tərəfindən ərizəyə əsasən, icra icraatı zamanı borclu İddiaçı tərəfindən ona 3362.40 manat məbləğ tam ödənilmişdir. Hazırda icra sənədi üzrə borc qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin 3-13-16/2- 141835 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-320/2025 saylı qərardadına əsasən “Toyota Prius” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyularaq DİN Baş X24 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-387/2025 saylı qərardadına əsasən, İddiaçı məxsus olan “Toyota Prius” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” minik markalı, **-CY- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 məhkəmə iclasında bildirdi ki, həmin ərəfədə maşın sürmədiyi üçün iddiaçı ona 500 manat verib. O ustadır, yanındakı fəhləni maşınla aparıb gətirir. Maşın olmayanda məcbur taksi ilə aparıb gətirir. Maşınla gedən zaman postda saxladılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında bildirdi ki, maşını öz adına keçirə bilmir. O vaxt iddiaçıdan 500 manat aldılar. Çörəyi o maşından çıxır. Maşın həbsdə olan zaman taksi fəaliyyəti ilə məşğul ola bilməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqress tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqress qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə X7 arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış və eyni zamanda həmin tarixdə öhdəliyin icrasının təminatı qismində X7 ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə X5 qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin İddiaçı ilə birgə mülki hüquqi məsuliyyət daşıdığı tələbkar qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı tərəfindən banka ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən zamin qismində cavabdehin tələbkar qarşısında olan borc öhdəliyini xx.xx.2025-ci il tarixli qəbzdən göründüyü kimi ümumilikdə 3362.4 manat əsas borc məbləğində və 235.36 manat 7% icra ödənişi icra edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. İddia tələbinin avtomobillərə qoyulmuş həbsə görə şahidlərə dəymiş zərərə görə iddiaçı tərəfindən ödənilmiş 1000 manatın cavabdehlərdən tutulması hissəsində isə məhkəmə qeyd edir ki, hər iki sürücü məhkəmə iclasında şahid qismində dindirilmiş və onlar mötəbər sübut təqdim edə bilmədiklərindən həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, şahid qismində dindirilmiş X12 və X8 masın satılması müəyyən olunmur. Masınlar etibarnamə əsasında verilib.Bundan başqa X6 da taksi fəaliyyəti ilə bağlı lizenziyası məhkəməyə təqdim olunmayıb ki, bu hala da qiymət verilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 114 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Hazırda iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 71.30 manat məbləğində dövlət rüsumunun 55.98 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3597.76 manat pul və 55.98 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3597.76 manat pul və 55.98 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3653.74 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əbilov Qamət
Məhkəmə qərarları › İş №e-2(002)-3255/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3255/2025
17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver