Məhkəmə qərarları › İş №e-2(002)-3282/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3282/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3282/2023 27.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həşimova Günay Rövşən qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 Rafael oğlunun Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq, МÜƏYYƏNЕТDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Rafael oğlunun Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi maddi və mənəvi zərər tələbi ilə məhkəməyə müraciət edərək , Cavabdeh İddiaçı1 vurduğu 2800 manat məbləğindəki maddi zərər, 50 manat məbləğindəki dövlət rüsumu 50 manat məbləğindəki hüquqi xidmət xərci olmaqla, cəmi 2900 manat pulun Cavabdeh tutulub İddiaçı1 ödənilməsi və Cavabdeh İddiaçı2 vurduğu mənəvi zərər üçün 500 manat məbləğində kompensasiya, 30 manat məbləğindəki dövlət rüsumu, 50 manat məbləğindəki hüquqi xidmət xərci cəmi 580 manat pul Cavabdeh tutulub İddiaçı2 ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, iddia tələbi sadələşdirilmiş icraat qaydasında verilməsinə baxmayaraq, ərizə və ona əlavə olunmuş sənədlərə iddia tələbinin mənəvi zərərə dair hissəsində əsaslandığı sübut əlavə edilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, verilmiş iddia tələbini təsdiq edən sənədlər təqdim olunmadığında kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməli və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə olan halda, ərizəni qəbul etməkdən imtina barədə qərardad qəbul edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284- 1 – 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı1 və İddiaçı2 Rafael oğlunun Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi, ona əlavə edilən sənədlərin və 80 manat dövlət rüsumunun qəbul olunmasından imtina edilsin. İddiaçılara izah edilsin ki, onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia ərizəsi vermək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim : Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar