Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3446/2023 05.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “gecə növbəsi üzrə ödənilməli olan, lakin ödənilməmiş əmək haqqına əlavələrin və bayram günləri üzrə faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, çəkilmiş xərclərin əvəzi olaraq hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqı məbləği olaraq 220 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatət təqdim edərək, hazırda məhkəmənin icraatında cavabdeh qismində "xxxx" MMC-yə qarşı müxtəlif iddiaçılar tərəfindən verilmiş iddialar üzrə eyni mahiyyətli mülki işlərin olduğunu bildirərək, e-2(002)-3446/2023 saylı mülk işin e-2(002)-3102/2023 nömrəli işə birləşdirilərək, eyni icraatda baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmənin icraatında olan e-2(002)-3446/2023 saylı mülki işin digər, yəni e-2(002)-3102/2023 saylı mülki işə birləşdirilərək bir icraatda baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə oğl iddiaçının izahatına uyğun izahat verib, məhkəmənin icraatında olan e-2(002)-3446/2023 saylı mülki işin digər, yəni e-2(002)-3102/2023 saylı mülki işə birləşdirilərək bir icraatda baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, vəsatəti tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.3-cü maddəsinin tələbləri əsas götürülməklə həmin iddialar üzrə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilən Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilən halllarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. İstinad edilən Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Adı çəkilən Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Digər tərəfdən göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, e-2(002)-3446/2023 mülki iş məhkəmənin icraatında olan e-2(002)-3102/2023 nömrəli mülki işlə birləşdirilməli, həmin işlə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Vəsatər təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-3446/2023 mülki iş məhkəmənin icraatında olan e-2(002)-3102/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bu qərardaddan şikayət verilmir, işdə iştirak edən şəxslər həmin qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3446/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3446/2023
05.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver