Məhkəmə qərarları › İş №e-2(002)-36/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-36/2025

04.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-36/2025 04.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququ tanınmaqla evə köçürülmə» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququ tanınmaqla evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun birgə nikah dövründə inşa etdirdiyi Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni Yaşayış massivi 1 küçə 34 ünvanda 350,0 m2 torpaq sahəsində 121,0 m2 sahəli 8 saylı evə istifadə hüququ tanınmaqla həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə inşa edilmiş evlərin tikilməsi üçün çəkilən xərcin 2/3 hissəsinin onun, 1/3 hissəsinin İddiaçı payı hesab edilməsi; hazırda İddiaçı istifadəsində və sərəncamında olan birgə nikah dövründə inşa edilmiş evə və torpaq sahəsinin alınmasına çəkilmiş ümumilikdə 24.000 manat pulun 16.000 manatının İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə mülki işə məhkəmə iclasında baxılarkən, tərəflər məhkəməyə 04 noyabr 2025-ci il tarixli barışıq sazişi təqdim etdilər. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında bildirdi ki, hazırda Cavabdeh ilə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər və barışıq sazişi bağlamışlar. Buna görə də, hazırkı mübahisəyə məhkəmədə baxılıb həll edilməsi zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasında bildirdi ki, hazırda İddiaçı ilə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər və barışıq sazişi bağlamışlar. Buna görə də, hazırkı mübahisəyə məhkəmədə baxılıb həll edilməsi zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən, məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmədən barışıq sazişinin qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata göstərilən əsaslarla xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim olunmuş 04 noyabr 2025-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir: Cavabdeh öhdəlikləri:

1. Birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni yaşayış massivi 1, küçə 34-də inşa edilmiş evə dair İddiaçı payı müqabilində, ünvan 2 ünvanında inşa edilmiş tikilinin İddiaçı istifadə və sahibliyində qalması barədə aralarındakı razılığı nəzərə alaraq, birgə nikah dövründə əldə edilmiş əmlakların da, dəyəri nəzərə alınaraq, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 19.000 manat məbləğində pul verməyi, həmin məbləğin ilkin 6.000 manatını 15 noyabr 2025-ci il tarixdə ödəməyi, yerdə qalan 13.000 manat pulu isə hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh tərəfindən ödəniş İddiaçı rəsmi bank, yaxud bank kartı hesabına ödənilir.

3. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olan birgə nikah dövründə əldə edilmiş əmlaka payının müəyyən olunması tələbinə dair e-2(002)-36/2025 saylı mülki iş üzrə qarşılıqlı iddiasından imtina edir və həmin iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İddiaçı öhdəlikləri:

1. Birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni yaşayış massivi 1, küçə 34-də inşa edilmiş evə dair öz payı müqabilində, ünvan 2 ünvanında inşa edilmiş tikilinin istifadə və sahibliyində qalması barədə aralarındakı razılığı və birgə nikah dövründə əldə edilmiş əmlakların da dəyəri alınaraq Cavabdeh tərəfindən ona ümumilikdə 19.000 manat məbləğində pul verilməsini qəbul edərək, həmin məbləğin ilkin 6.000 manatını 15 noyabr 2025-ci il tarixdə almağı, yerdə qalan 13.000 manat pulu isə hər ay 500 manat olmaqla onun bank hesabına, yaxud bank kartına Cavabdeh tərəfindən ödənilməsi müqabilində payından imtina edir və gələcəkdə Cavabdeh qarşı hərhansı əmlak tələbi olmayacaqdır.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan birgə nikah dövründə əldə edilmiş əmlaka payının müəyyən olunması tələbinə dair e-2(002)-36/2025 saylı mülki iş üzrə iddiasından imtina edir və həmin iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı «istifadə hüququ tanınmaqla evə köçürülmə» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin: Cavabdeh öhdəlikləri:

1. Birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni yaşayış massivi 1, küçə 34-də inşa edilmiş evə dair İddiaçı payı müqabilində, ünvan 2 ünvanında inşa edilmiş tikilinin İddiaçı istifadə və sahibliyində qalması barədə aralarındakı razılığı nəzərə alaraq, birgə nikah dövründə əldə edilmiş əmlakların da, dəyəri nəzərə alınaraq, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 19.000 manat məbləğində pul verməyi, həmin məbləğin ilkin 6.000 manatını 15 noyabr 2025-ci il tarixdə ödəməyi, yerdə qalan 13.000 manat pulu isə hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh tərəfindən ödəniş İddiaçı rəsmi bank, yaxud bank kartı hesabına ödənilir.

3. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olan birgə nikah dövründə əldə edilmiş əmlaka payının müəyyən olunması tələbinə dair e-2(002)-36/2025 saylı mülki iş üzrə qarşılıqlı iddiasından imtina edir və həmin iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İddiaçı öhdəlikləri:

1. Birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni yaşayış massivi 1, küçə 34-də inşa edilmiş evə dair öz payı müqabilində, ünvan 2 ünvanında inşa edilmiş tikilinin istifadə və sahibliyində qalması barədə aralarındakı razılığı və birgə nikah dövründə əldə edilmiş əmlakların da dəyəri alınaraq Cavabdeh tərəfindən ona ümumilikdə 19.000 manat məbləğində pul verilməsini qəbul edərək, həmin məbləğin ilkin 6.000 manatını 15 noyabr 2025-ci il tarixdə almağı, yerdə qalan 13.000 manat pulu isə hər ay 500 manat olmaqla onun bank hesabına, yaxud bank kartına Cavabdeh tərəfindən ödənilməsi müqabilində payından imtina edir və gələcəkdə Cavabdeh qarşı hərhansı əmlak tələbi olmayacaqdır.

2. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olan birgə nikah dövründə əldə edilmiş əmlaka payının müəyyən olunması tələbinə dair e-2(002)-36/2025 saylı mülki iş üzrə iddiasından imtina edir və həmin iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar