Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3697/2025 05.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin azaldılaraq hər ay hər uşaq üçün 246 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan özünün xeyrinə hər ay hər uşağa görə 350 manat olmaqla, cəmi 1.050 manat sabit pul məbləğində aliment və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-2314/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan həmin iş üzrə iddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, həmin iş üzrə məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qismən qəbul etdiyini, hər uşağa görə hər ay 300 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Həmin vaxt belə hesab etmişdir ki, bunun öhdəsindən gələr. Lakin hazırda görür ki, maddi durumu hər ay 900 manat aliment ödəməyə uyğun deyildir. Ailə onundur. Anlayır ki, övladlarına baxmalıdır və maddi ehtiyaclarını ödəməlidir. Bununla yanaşı maddi durumu buna imkan verdiyi halda daha yüksək məbləğdə aliment ödəyə bilər. Hazırki vəziyyəti ilə bağlı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. O, qanunla müəyyən edilmiş məbləğdə, yəni hər uşağa görə 246 manat aliment ödəyə bilər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, iddianın təmin edilməsinə, hər uşağa görə iddiaçıdan onun xeyrinə 246 manat aliment tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-2314/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «aliment tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin tutulması, iş üzrə ödənilmiş mediasiya xərcinə görə 30 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin 3 uşaqlarının olması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bakı 20 saylı Mediasiya təşkilatının 01 sentyabr 2025-ci il tarixli MŞB/20/2025- 00771 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı alimentin miqdarının azaldılması ilə bağlı mübahisə üzrə 01 sentyabr 2025-ci il tarixdə saat 14.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlmiş, Cavabdeh isə həmin mediasiya sessiyasına gəlməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Cavabdeh aliment tələbinə dair iddiasına baxılarkən, məhkəmədə hər uşağa görə 300 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirsə də, həmin miqdarda aliment ödəmək iqtidarında deyil. Bu səbəbdən, hər ay hər uşağa görə tutulan alimentin miqdarının azaldılaraq, 246 manat sabit pul məbləğində təyin edilməsini xahiş edir. Cavabdeh iddiaçının qeyd etdikləri ilə razı olduğunu nümayiş etdirməklə, notariat ofisinə getmiş və aliment məbləğinin iddiaçının qeyd etdiyi həddə qədər azaldılmasına etiraz etməməsinə dair ərizə vermişdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin ərizəsini, iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir və iddia təmin edilməlidir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 2314/2025 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı azaldılaraq, İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində (246 manat / 400 manat = 0,615, yuvarlaşdırdıqda 0,62 misli) olmaqla, cəmi 1,86 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)-2314/2025 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı azaldılaraq, İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində (246 manat / 400 manat = 0,615, yuvarlaşdırdıqda 0,62 misli) olmaqla, cəmi 1,86 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3697/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3697/2025
05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver