Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3813/2023 26.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment» tələbinə dair ilk; Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və alimentin əmək haqqının qanunla müəyyən edilmiş hissəsi şəklində tutulması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 18 mart 2010-cu il tarixdə Bakı şəhərində Qaradağ rayon Qeydiyyat şöbəsində 158 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat məbləğində alimentin və mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 50 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məmmədov Cavabdeh Nigar Nadir qızına qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və alimentin əmək haqqının qanunla müəyyən edilmiş hissəsi şəklində tutulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ondan İddiaçı xeyrinə aylıq qazancının 1/2 hissəsi miqdarında alimentin tutulması; mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən və İddiaçı istifadəsində olan sahəsi 59,84 m2 təşkil edən mənzilin 1/2 hissəsi üzərində onun, 1/2 hissəsi üzərində İddiaçı pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Nikahları 18 mart 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı üç azyaşlı uşaqları var. Nikahın pozulmasına dair ərizə verməsinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamalarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə aralarında olan münasibətlər daha da kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən də, ailələri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyil. Artıq neçə vaxtdır ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaları mümkün deyildir. Cavabdehlə faktiki olaraq ər-arvad kimi yaşamırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Mediasiya sessiyasında iştirak məcburi olduğundan ilk olaraq Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının mediatoru X2 təşkil etdiyi ilkin mediasiya sessiyasında nümayəndəsi və vəkili Nümayəndə iştirak etmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/6-0638 saylı «İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayış verilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, uşaqların saxlanılması xərclərinin yetərli və davamlı olması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində olmaqla, bir uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən olunmuş həddə – 220 manat müəyyən edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə ailənin qorunması üçün bütün imkanlardan istifadə etsə də, nəticə əldə olunmamışdır. Bu səbəbdən, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazıradək Azərbaycan Tibb Universitetinin X3 Daxili Nəzarət şöbəsində nəzarətçi vəzifəsində çalışır. Aylıq əmək haqqı 460 manat təşkil edir. Əlavə olaraq qeyd edir ki, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən və İddiaçı istifadəsində olan sahəsi 59,84 m2 təşkil edən mənzilin üzərində paylar müəyyən edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qismən qəbul etdi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsi, mənzil üzərində payların müəyyən edilərək, qalan hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil Məmmədhüseyn oğlu məhkəmə iclasında ilk iddianı qismən qəbul etdi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, alimentin cavabdehdən sabit pul məbləğində, lakin ödəyə biləcəyi miqdarda tutulmasına etiraz etmir. Cavabdeh tərəflər arasında nikahın pozulmasına və uşaqların ananın yanında qalmasına etiraz etmir. Məhkəmədən ilk iddianın qismən təmin, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Belə ki, xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 535917 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında nikah 18 mart 2010-cu il tarixdə Bakı şəhərində Qaradağ rayon Qeydiyyat şöbəsində 158 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı üç yetkinlik yaşına çatmamış uşaqları var. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 19 saylı evin 40 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Nikah haqqında şəhadətnamədən və yuxarıda qeyd olunan çıxarışdan göründüyü kimi, daşınmaz əmlak tərəflərin birgə nikahları dövründə əldə olunmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 31 oktyabr 2023-cü il tarixli MŞB/6-0638 saylı arayışdan görünür ki, Cavabdeh 31 oktyabr 2023-cü il tarixə saat 17:30a təyin olunmuş ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı həmin sessiyaya gəlmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ər-arvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümüd yoxdur. Ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Cavabdeh iddianı nikahın pozulmasına dair hissədə qəbul edir. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Tərəflər arasında uşaqların İddiaçı yanında və himayəsində qalması ilə bağlı mübahisə mövcud deyil. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarına əlavə olunmuş 01 dekabr 2023-cü il tarixli, 124 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən hal-hazıradək Azərbaycan Tibb Universitetinin X3 Daxili Nəzarət şöbəsində nəzarətçi vəzifəsində çalışır. Aylıq əmək haqqı 460 manat təşkil edir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfdən aliment tələbi ilə bağlı fikir bildirməsini təklif etmiş və qarşılıqlı iddia üzrə iddiaçı tərəf alimentin əmək haqqının müvafiq hissəsi kimi tutulmalı olmasına baxmayaraq, uşaqların mənafeyi naminə alimentin sabit pul məbləğində, lakin ödənilməsi real olan həddə tutulmasına etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən, məhkəmə alimentin sabit pul məbləğində, lakin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının maddi imkanları nəzərə alınmaqla, məqbul həddə tutulmasını mümkün hesab edir. Tərəflərin birgə nikahda olduqdarı dövrdə əldə olunmuş əmlakla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Təqdim olunmuş sənədlərdən görünür ki, mübahisə predmeti olan daşınmaz əmlak tərəflərin birgə nikahda olduqları dövrdə alınmışdır və onların ümumi mülkiyyəti hesab olunur. Həmin daşınmaz əmlak üzərində tərəflərin payları bərabər olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment» tələbinə dair ilk iddiası qismən təmin edilməli; Cavabdeh ilə İddiaçı arasında 18 mart 2010-cu il tarixdə Bakı şəhərində Qaradağ rayon Qeydiyyat şöbəsində 158 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2011ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında saxlanılmalı, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. İlk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ilk iddia üzrə İddiaçı aid edilməlidir. Cavabdeh 84 manat 80 qəpik dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İlk iddia qalan hissədə rədd edilməlidir. Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və alimentin əmək haqqının qanunla müəyyən edilmiş hissəsi şəklində tutulması» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 19 saylı evin 40 saylı mənzili üzərində Cavabdeh 1/2, İddiaçı 1/2 hissədə payları müəyyən edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment» tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 18 mart 2010-cu il tarixdə Bakı şəhərində Qaradağ rayon Qeydiyyat şöbəsində 158 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 anaları İddiaçı yanında saxlanılsın. xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İlk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ilk iddia üzrə İddiaçı aid edilsin. Cavabdeh 84 manat 80 qəpik dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və alimentin əmək haqqının qanunla müəyyən edilmiş hissəsi şəklində tutulması» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 19 saylı evin 40 saylı mənzili üzərində Cavabdeh 1/2, İddiaçı 1/2 hissədə payları müəyyən edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3813/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3813/2023
26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver