Məhkəmə qərarları › İş №e-2(002)-4213/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-4213/2025

17.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-4213/2025 17.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı Alıeva Gulnaranın (X2) nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Alıeva Gulnaranın Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Alıeva Gulnara (X6) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 246 manat olmaqla, ümumilikdə iki uşağa görə 492 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Alıeva Gulnara iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Rusiya Federasiyası, Xantı-Mansiysk muxtar dairəsi, Yuqra-Nefteyuqansk şəhərində nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X11 və xx.xx.2021ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmiş, 16 iyun 2023-cü il tarixdə Rusiya Federasiyası, Xantı-Mansiysk muxtar dairəsi, Yuqra-Nefteyuqansk 4 saylı Sülh məhkəməsinin qərarı ilə nikahları pozulmuş, lakin aliment iddiası ilə məhkəməyə müraciət etməmişdir. Hal-hazırda uşaqların tələbatları artmış, cavabdeh isə Bakı şəhərində yaşayır. O, aliment tələbinə dair mediatora müraciət etmiş və xx.xx.2025-ci il tarixdə tərəflər mediasiya sesiyasında iştirak etmiş, ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə ona arayış verilmişdir. İddiaçı Alıeva Gulnaranın nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Öncəki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi, yetkinlik yaşına çatmamış Narminin saxlanılması üçün ondan iddiaçının xeyrinə hər ay 246 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etədiyini bildirdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin öncəki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Alıeva Gulnara (X6) Cavabdeh arasında bağlanmış nikah 16 iyun 2023-cü il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 adlı iki yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00597 saylı arayışdan görünür ki, tərəflər xx.xx.2025-ci il tarixdə saat 14:30-a təyin edilmiş İMS-ya gəlsələr də, prosesin davam etdirilməsi mümkün olmamış, iddiaçı tərəfində 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 20 dekabr 2024-cü il tarixdə «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» 15 saylı qərar qəbul etmişdir. Həmin Qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci bənd əlavə edilmişdir. 8.4-1-ci bənddə formalaşdırılmış hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məlumdur ki, ölkə üzrə müəyyən edilən minimum əmək haqqının məbləği 2025-ci il üçün 400 manat təşkil edir. Hazırki mülki iş üzrə tərəflər aliment tələbinə dair məhkəməyə ərizə ilə xx.xx.2025-ci il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, aliment təyin edilərkən 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləği əsas götürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, bir uşağa görə 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,5 mislində (200 manat / 400 manat = 0,5 misli) sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də, alimentin tutulmasına məhkəməyə iddia ərizəsi təqdim edildiyi tarixdən başlanmalı, habelə sonrakı artımlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 saxlanılması üçün Cavabdeh iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində (246 manat / 400 manat = 0,615 misli yuvarlaşdırıldıqda 0,62 misli) sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh ilkin mediasiya mərhələsində iştirak etdiyindən, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı, 10 manat kargüzarlıq xərcinin 5 manatı Cavabdeh tutularaq iddiaçı X3 xeyrinə ödənilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 79.04 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 saxlanılması üçün Cavabdeh iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində (246 manat / 400 manat = 0,615 misli yuvarlaşdırıldıqda 0,62 misli) sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddiaçı X10 tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı, 10 mamat kargüzarlıq xərcinin 5 manatı Cavabdeh tutularaq İddiaçı X3 xeyrinə ödənilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 79.04 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar