Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-4435/2025 29.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-441/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin məbləğində dəyişiklik edilərək, hər uşağa görə 200 manat sabit pul məbləğində olmaqla 2 uşağa görə hər ay 400 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-441/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin məbləğində dəyişiklik edilərək, hər uşağa görə 246 manat sabit pul məbləğində olmaqla 2 uşağa görə hər ay 492 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1177/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-441/2025 saylı qərardadı ilə onun ərizəsi təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artırmalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş olunmuş minimum əmək haqqı məbləğinin 1,18 misli həddində indeksasiya olunmuşdur. Qeyd etmək istəyir ki, məhkəmənin təyin etdiyi bu məhkəmə aktına görə o, hər ay Cavabdeh 944 manat məbləğində aliment ödəməlidir. Nəzərə çatdırır ki, məhkəmə tərəfindən təyin edilmiş bu aliment məbləği nə onun aylıq qazancına, nə də ailə vəziyyətinin maddi durumuna uyğun deyildir. Belə ki, o, Cavabdeh ilə nikah münasibətlərinə xitam verdikdən sonra başqa şəxslə ailə həyatı qurmuşdur və bu nikahdan övladı da dünyaya gəlmişdir. Təbii ki, bir ata kimi o, bu övladını da saxlamalıdır. Həmçinin bildirmək istəyir ki, onun aylıq əmək haqqı da 650 manatdır. Həm ailə vəziyyətinin, həm də maddi vəziyyətinin dəyişməsi onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. Nəzərə çatdırır ki, o, hal-hazırda sürücü vəzifəsində işləyir və 650 manat məbləğində əmək haqqı alır. Təbii ki, onun və ailəsinin minimum yaşayış səviyyəsini təmin etmək üçün müəyyən vəsait lazımdır. Belə ki, «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa görə əmək qabiliyyətli əhali üçün minimum yaşayış səviyyəsi 305 manat məbləğində, uşaqlar üçün isə 246 manat məbləğində müəyyən edilmişdir. Yəni onun ən minimum yaşayış səviyyəsini təmin etmək üçün 305 manat vəsait lazımdır. Onun aylıq əmək haqqı heç bu təyin edilmiş alimenti ödəməyə kifayət etmir. O ki qala özünün minimum həyat səviyyəsini təmin etməyə. Bundan başqa bildirmək istəyir ki, uşaqlarının birinin 15, digərinin isə 12 yaşı vardır. Yəni keçmiş həyat yoldaşı özü də işləyərək uşaqların saxlanmasında iştirak etməlidir. Belə ki, Ailə Məcəlləsinin 56-cı maddəsinin tələblərinə görə valideynlərin hər ikisi uşaqların saxlanılmasında eyni hüquq və vəzifələrə malikdirlər. Ona görə də, qanun ilə nəzərdə tutulmuş uşaqların minimum yaşayış səviyyəsi təkcə onun tərəfindən deyil, həm də keçmiş həyat yoldaşı tərəfindən təmin edilməlidir. Uşaqların anasının uşaqların saxlanmasında maddi cəhətdən iştirakını aradan qaldıran və ataya nisbətdə ona üstün hüquqlar verən hal yalnız ananın əmək qabiliyyətini itirməsi və ya 3 yaşadək uşağa qulluq etməsidir. Lakin hal-hazırki mülki işin sənədlərində belə bir hal yoxdur. Ailə Məcəlləsinin 112-ci maddəsinə görə məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı proses iştirakçılarına hər hansı istənilən birinin tələbi ilə dəyişdirilə bilər. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə göndərərək, üzrlü səbəblərdən məhkəmə iclasına gələ bilmədiyini, iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-441/2025 saylı qərardadı ilə müəyyən edilmiş aliment məbləğini həm maddi, həm də ailə vəziyyəti baxımından ödəməyə imkanı vardır. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olmaqla yanaşı müxtəlif şirniyyat şirkətlərindən şirniyyat məhsulları götürərək aidiyyəti üzrə mağazalara təhvil verir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-441/2025 saylı qərardadı ilə tələbkar Cavabdeh ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-1177/2018 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması və ərizənin qalan hissədə təmin təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(103)- 637/2025 saylı qərardadından görünür ki, borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)- 441/2025 saylı qərardadı mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, İddiaçı heç yerdə işləmir. xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 435752 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 arasında nikah xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 642 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Əsədova soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli AZ-İV seriyalı 878042 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladı var. Bakı 21 saylı Mediasiya təşkilatının 13 noyabr 2025-ci il tarixli MŞB/21/2025-00280 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı alimentin miqdarının azaldılması ilə bağlı mübahisə üzrə 13 noyabr 2025-ci il tarixdə saat 15:30-16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlmiş, lakin cavabdeh həmin sessiyaya gəlməmişdir. 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçı tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilməlidir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, uşaqlara görə tutulan aliment məbləği onun maddi imkanlarını aşır, çoxdur, şəxsi qayğılarını və digər nikahdan olan övladının saxlanılmasına kifayət etmir, hesab edir ki, qeyd olunanlar nəzərə alınmalı, aliment onun real maddi durumuna uyğun tutulmalıdır. İddiaçının maddi vəziyyəti ilə işin diqqətəlayiq hallarını müqayisəli şəkildə təhlil etdikdə görünür ki, iddiaçının həqiqətən qeyd edilən məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Eləcə də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)- 1177/2018 saylı qətnaməsi qəbul olunandan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, o, yeni ailə qurmuş və daha bir övladı doğulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ədalətli olduğundan təmin edilməli, alimentin məbləği iddiaçının gəlirlərinə uyğun olaraq, lakin uşaqların mənafeyi nəzərə alınaraq adekvat həddə qədər azaldılmalıdır. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı azaldılaraq, İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246 manat / 400 manat = 0,615) sabit pul məbləğində aliment tutulmalıdır. Ödənilmiş 50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci tələb edilmədiyindən İddiaçı aid edilməlidir. 50 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı azaldılaraq, İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246 manat / 400 manat = 0,615) sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci tələb edilmədiyindən İddiaçı aid edilsin. 50 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-4435/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-4435/2025
29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver