Məhkəmə qərarları › İş №e-2(002)-466/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-466/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-466/2025 01.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı cavabdehər Cavabdeh1 və Cavabdeh2 qarşı «uşağın babanın himayəsinə verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV 501599 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə X10 doğulmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. İddia tələbi

2. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020ci il təvəllüdlü X4 onun yəni babasının himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il təvəllüdlü X4 onun yəni babasının qəyyumluğuna verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o xx.xx.1957-ci il təvəllüdlü olmaqla, yuxarıda qeyd olunan ünvanda yaşayır. Neft sənayesi sahəsində işləmiş, hazırda pensiyadadır. Həyat yoldaşı X2 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Cavabdehlər oğlu Cavabdeh1 (Əzizli) X5 ilə xx.xx.2020-ci il tarixində rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2020ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X11 anadan olmuşdur. xx.xx.2020-ci il təvəllüdlü X10 həmişə onların yanında qalmış, yoldaşı vəfat etdikdən sonra isə onun yanında qalmaqda davam etmişdir. Cavabdehlər artıq üç ildir ki, başqa ünvanda kirayədə yaşayırlar. Hazırda onun bütün qayğıları ilə o məşğul olur. Nəvəsi ona çox bağlı olduğu və onun yanında qaldığı üçün onun onun himayəsinə verilməsi zərurəti yaranmışdır. Cavabdehlər oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 da hazırda xaricə yaşamaq və işləmək üçün getməyi planlaşdırırlar. Odur ki, xx.xx.2020-ci il təvəllüdlü X4 onun yanında qalması uşağın mənafeyi baxımından da məqsədə uyğundur. Qeyd edir ki, onun mənzil şəraiti və yuksək məbləğdə pensiyası nəvəsini xx.xx.2020-ci il təvəllüdlü X6 yüksək səviyyəli şəaraitin yaradılması üçün hər cür imkan yaradır. Əlavə olunmuş Doğum haqqında Şəhadətnaməyə əsasən onun Cavabdeh1 övladı olması təsdiq olurur. Arayışa əsasən onun Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar küçəsi ev 60-da yaşamağı təsdiq olunmuşdur.

5. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, uşağa həmişə o baxmışdır. Cavabdehlər kirayədə yaşayır. İddia tələbinin təmin edilməsini xahiş edir.

7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyasının:

8. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

9. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın:

10. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

11. 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

12. 136.1 maddəsinə əsasən, qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.

13. 136.2-ci maddəsinə əsasən qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir.

14. 136.3-cü maddəsinə əsasən uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.

15. 114.1-ci maddəsinə görə, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.[ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

16. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

17. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

18. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

19. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

21. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

22. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

25. İddia əsassızdır.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan (xx.xx.2020-ci il təvəllüdlü) X4 valideynləri sağ olmaqla həmin uşaq öz valideynləri ilə birgə yaşayır və onların himayəsindədir.

27. Yuxarıda qeyd edilən qanun normalarının tələbindən aydın görünür ki, qəyyumluğun təyin edilməsi konkret əsaslar olduqda mümkündür. Ailə Məcəlləsinin 114.1-ci maddəsində göstərilən uşaqlara, yəni valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda ..

28. Həmin halların mövcudluğu hazırkı işdə sübut edilməmiş, əksinə uşağın cavabdehlərin birgə nikahından dünyaya gəlməsi və uşağın ata-anasının sağ olması müəyyən edilmiş, uşağın saxlanmasından yayınmaları ilə bağlı sübutlar təqdim edilməmişdir.

29. Bu halda, məhkəmə hesab edir ki, cavabdehlərin birgə nikahında doğulmuş X4 iddiaçı-babası X1 qəyyumluğuna verilməsinə dair tələbi əsassızdır. Nəticə

30. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

31. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı cavabdehər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2020-ci il təvəllüdlü X4 babasının qəyyumluğuna verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar