Məhkəmə qərarları › İş №e-2(002)-50/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-50/2025

05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-50/2025 05.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X11 oğlunun cavabdehdən alınaraq, onun himayəsinə verilməsini, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimentin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı qız və Cavabdeh oğlu xx.xx.2018-ci il tarixdə X12 Xidmət Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1834/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh oğlu ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə X12 Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 415 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X11 oğlunun ataları Cavabdeh oğlunun yanında qalmaları müəyyən edilmişdir. Qaradağ Rayon Məhkəməsində mülki işə baxıldığı zaman keçmiş həyat yoldaşı tərəfindən məhkəmə yanıldılmışdır. Keçmiş yoldaşı tərəfindən dəfələrlə fiziki zorakılığa məruz qalmış, bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etmişdir. Lakin sonradan araşdırılma nəticəsində onun həbs olunmadığını görüb, həyat və sağlamlığından ehtiyat etdiyi üçün şikayəti geri götürmək məcburiyyətində qalmışdır. Bundan başqa xəyanət kimi qələmə verilən hadisə isə tam fərqli olmuşdur. Həyat yoldaşı tərəfindən zorakılıq olduğu vaxt münasibətləri pozulmuş, boşanmağa qərar vermiş və həmin vaxt ayrı yaşamışlar. Elçin adlı şəxs ilə münasibət həmin vaxt yaranmış, lakin Elçin adlı şəxs heç vaxt onun yaşadığı evdə olmamışdır. Lakin sonradan keçmiş həyat yoldaşı telefondan onun nömrəsini taparaq, yaşadığı yerə çağırmış, Elçin həmin ünvanda iddiaçının yaşaması barədə məlumatı olmadığından gəlmiş, ondan sonra həyat yoldaşı həmin şəxs məcburi evə salmış, məhkəməyə təqdim etdiyi görüntünü qeydə almışdır. Həmin hadisədən sonar belə tərəflər arasında barışıq olmuş və birlikdə yaşamışlar. Lakin bir neçə ay sonra İddiaçı nikahın pozulması qərarına gəldikdən sonra cavabdeh qeyd edilən videodan istifadə etmiş, məhkəmədə yanlış mövqe yaratmışdır. İddiaçı qeyd olunan video görüntünün sosial şəbəkələrə verilməsindən ehtiyat etmişdir. Hazırda iddiaçı işləyir və daimi yaşayış yeri var. Keçmiş həyat yoldaşı hərbiçi olduğu üçün uşaqlara vaxt ayıra bilmir, uşaqlar cavabdehin anasının yanında qalır. İddiaçı övladlarının tərbiyəsi ilə özü məşqul olmaq istəyir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, iş üzrə yeni halların olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə müvafiq ərizə və onun əsaslandığı dəlilləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia tələbi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-1834/2023 saylı qətnaməsinə əsasən, iddia tələbinin qismən təmin edilməsi, X3 ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə X12 Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 415 nömrəsi ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 ataları Cavabdeh yanında qalmaları müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədə İddiaçı hazırkı iddia ərizəsində irəlli sürdüyü bütün dəlillərə qiymət verilmiş, işin iddiaçı tərəfindən qeyd edilən halları araşdırılmış, uşağa hər hansı zorakılıq hallarının müyyən edilməməsi, xəyanət motivi, uşaqların atanın yanında qalmalarının onların mənafelərinə daha uyğun olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Cavabdeh iş yeri, yaşadığı mənzil və işin uşaqların mənfeyinə təsir göstərə biləcək digər hallarında hər hansı dəyişikliyin baş vermədiyi hazırkı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həmin məhkəmə prosesindən və məhkəmə qətnaməsindən xəbərdar olmuş və İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin yeni ailə qurduğunu və bunun işin yeni halı kimi nəzərə alınmalı olmasını bildirsə də, qeyd edilən məsələ barədə iddia ərizəsinin dəlili kimi qeyd etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin hal iddia yenidən baxılması üçün yeni əsas qismində nəzərə alına bilməz. Göründüyü kimi, eyni tərəflər arasında yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 atalarının himayəsinə verilməsi barədə mübahisəyə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. Bu isə hazırkı mülki işin icraatına xitam verilməsini zəruri edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra onun yenidən mübahisələndirilməsinə şərait yaradılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı, tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarının 7.8ci bəndinə əsasən, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPMnin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İşdən görünür ki, iddiaçı hazırkı tələbi irəli sürərkən 50 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılarkən həmin rüsum iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat məsrəf İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək hesab edir ki, hazırki mülki iş üzrə məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X11 oğlunun cavabdehdən alınaraq, onun himayəsinə verilməsini, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimentin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: İddiaçı, FİN: xxxxxxx) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri olan 120 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəf İddiaçı tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ013601**********3944; SFİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar