Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-53/2025 19.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X22 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Bakı şəhəri 228 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşaq» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Tərəflərin birgə nikahlarından iki övladı doğulmuşdur: xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X17. (Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-ci il tarixli, AZ-İİİ 121197 və xx.xx.2016-cı il tarixli, AZ-İİİ 732011 nömrəli doğum haqqında şəhadətnamə).
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Əliheydər Kazımov adına 228 №-li tam orta məktəbin xx.xx.2024-cü il tarixli 213№-li təqdimatına əsasən, Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin 5 İ sinif şagirdi X12 və 2 İ sinfində təhsil alan X17 müsbət keyfiyyətlərə malikdir. Adı çəkilən hər iki şagirdin psixoloji durumu normaldır, məktəb yoldaşları və müəllimləri ilə münasibətləri effektivdir. Onlar ağıllı, səliqəli, intizamlı şagirddirlər. Mehdiyeva Kamilla və Mehdiyev Maqsud yardımsevər və səmimidirlər, dərsdə çox fəaldır. X12 riyaziyyat fənnindən müxtəlif olimpiadalarda iştirak edib və qalib olub. X12 məktəbə atası və yaxud dayə tərəfindən gətirilib aparılır. Valideyn iclaslarında hər iki valideyn iştirak edib. Uşağın təhsil səviyyəsi barədə həm ata, həm ana daim maraqlanır. X11 valideyn iclaslarında onun atası İddiaçı mütəmadi olaraq iştirak edib. İddiaçı öz övladının fiziki, əxlaqi və intellektual inkişafına şərait yaradıb. Ümumilikdə, X12 və X11 humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, milli-mənəvi və ümumbəşəri hörmət ruhunda tərbiyəsi, bundan əlavə, valideynlər üçün qanunvericiliklə nəzərdə tutulmuş digər öhdəliklərin həyata keçirilməsində onların atası İddiaçı daha üstün rolu vardır.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Əliheydər Kazımov adına 228 №-li tam orta məktəbin xx.xx.2024-cü il tarixli 671№-li arayışına əsasən, X5 rayonu Ə.Kazımov adına 228 №-li tam orta məktəbin 2-ci sinfində təhsil alır.
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Əliheydər Kazımov adına 228 №-li tam orta məktəbin xx.xx.2024-cü il tarixli 670№-li arayışına əsasən, X4 rayonu Ə.Kazımov adına 228 №-li tam orta məktəbin 5-ci sinfində təhsil alır.
5. Cavabdeh (alıcı) ilə X7 (satıcı) arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2024-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84.41 m2 olan mənzili tam hissədə alıcı Cavabdeh mülkiyyətinə vermişdir.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrinə əsasən, ümumi sahəsi 84.41 m2 olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, giriş 70, M3, m1 xüsusi mülkiyyət formasında Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4005/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci ildə Qaradağ rayon Qeydiyyat şöbəsində 97 saylı akt ilə bağlanmış nikah qeydi pozulması qət edilmişdir. İddia tələbi
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X11 onun himayəsidə qalmasının müəyyən edilməsi, övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Onların birgə nikahından iki övladı-xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X17 doğulmuşdur. Onlar cavabdehlə evləndikdən bir neçə il sonra aralarındakı münasibət pozulmağa başlamış və ayrılmışlar. Bakı şəhəri 13 saylı Mediasiya təşkilatında aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin şərtlərinə əsasən, birgə nikahından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X17 anası Cavabdeh himayəsində saxlanılır, Cavabdeh övladları xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün İddiaçı qarşı aliment tələbi yoxdur. Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-4005/2023 saylı qətnaməsi ilə Cavabdeh arasında xx.xx.2012-ci ildə Qaradağ rayon qeydiyyat şöbəsində 97 saylı akt ilə bağlanmış nikah qeydi pozulması qət edilmişdir. Cavabdeh ilə aralarındakı nikah pozulsa da o, mülkiyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 5 saylı binanın, 2 saylı mənzilində onunla bir yerdə yaşamışdır və uşaqlar onun himayəsində yaşamışdır. Uşaqların bütün qayğısını, maddi və mənəvi tələbatını qarşılamışdır. X2 Qaradağ rayonu Əliheydər Kazımov adına 228 saylı orta məktəbin 5-ci sinfində rus bölməsində, X17 isə 2-ci sinfində rus bölməsində təhsil alırlar. O özü Qaradağ rayonunda yerləşən Holcim Azərbaycan MMC Sement zavodunda marketing üzrə mütəxəssis vəzifəsində işləyir, Cavabdeh da həmin zavodda mühasib vəzifəsində işləyirdi. 2024-cü ilin 26 mart tarixində Cavabdeh işdən məzuniyyətə çıxaraq gündüz vaxtı uşaqları məktəbdən zorla çıxararaq və dərslərini yarımçıq qoyaraq, özü ilə Gəncə şəhərinə, atası evinə aparmış və onunla ünsiyyətlərinə qadağa qoymuşdur. Böyük övladı Mehdiyeva Kamillə ona Votsapda ağlaya-ağlaya yazaraq, onu gəlib aparmağını, anasının və babasının ona psixi zorakılıq etdiklərini, onlarla yaşamaq istəmədiyini bildirmişdir. O qızı Kamillanı bir təhər sakitləşdirərək, onu gəlib aparacağına söz verdi və Dianaya niyə belə hərəkət etdiyini soruşduqda, o birdəfəlik Gəncəyə köçdüyünü, uşaqları ona göstərməyəcəyini bildirmişdir. Cavabdeh özünü və uşaqlarını Gəncə şəhərinə, atasının evinə qeydiyyata saldırmış və həmçinin uşaqların məktəbini dəyişdirərək Gəncə şəhər məktəbinə yazdırmışdır. Lakin qızı Kamilla Gəncədə yaşamaq və oxumaq istəmədiyini, Qaradağ rayonu Sahil qəsəbəsində onunla yaşamaq istədiyini və öz məktəbində öz sinif yoldaşları ilə oxumaq istədiyini bildirirdi. Diananın atası Rafiq isə qızı Kamillaya onun barəsində nalayiq, təhqiramiz ifadələr işlədərək və onu öldürməklə, tutdurmaqla hədələyərək, qızı Kamillaya hədə qorxu gəlmişdir. Bütün bunlara dözməyən qızı Kamilla ona qonşuların nömrələri ilə xəlvəti zəng edərək, onunla yaşamaq istədiyini, onu çox sevdiyini, onsuz qala bilməyəcəyini, onu gəlib aparmağını istəyirdi. Əks təqdirdə evdən özünün qaçıb Bakıya gələcəyini bildirir. Uşaqları, xüsusilə qızı Mehdiyeva Kamilla ona çox bağlıdır, onlar onsuz qala, yaşaya bilmirlər, onunla nəfəs alırlar, o cümlədən o da uşaqlarsız yaşaya bilmir, onlarla nəfəs alır. Lakin Cavabdeh onun xəbəri olmadan, qəfildən uşaqları məktəbdən çıxarıb Gəncəyə aparması, qızı Kamillada ağır psixoloji travma yartmışdır və qızının psixoloji sağlamlığı pozulmuşdur. O bütün bunlara dözmədi və Gəncə şəhərinə gedərək, uşaqları ilə görüşdü və qızı Kamillanı sakitləşdirdi ki, biraz dözsün gəlib aparac. Eyni zamanda o uşaqları ilə müvəqqəti ünsiyyətlə bağlı Gəncə şəhər Məhkəməsinə müraciət etdi və Gəncə şəhər Məhkəməsinin e-16(125)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, onun xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X17 ilə ünsiyyətinə edilən maneələrin Cavabdeh qadağan edilməsi və İddiaçı azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X17 ilə telefon vasitəsiylə əlaqə saxlamaq və hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qərara alınmışdır. 27 aprel 2024-cü il tarixdə mən ''Müşviq'' X26 İctimai Birliyinin sədri Validə xanım Abbasova ilə Gəncə şəhərinə Dinananın yaşadığı evə getdi və onunla və valideynləri ilə danışaraq, uşaqlarını götürüb Bakı şəhərinə gətirdilər. Uşaqlarını Bakı şəhərinə gətirdikdən sonra onları yenidən öz məktəblərinə bərpa etdi və uşaqlar çox sevinərək, onunla birlikdə yaşamağa başladılar. Hal-hazırda övladları xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X17 onun himayəsində, onun qayğısı altında yaşayırlar, onlar onun yanında çox xoşbəxtdirlər. Onlar Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru Sevil Tağıyevanın mediatorluğunda İlkin mediasiya sessiyasında iştirak etdilər, lakin aralarında barışıq olmadığına görə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O mediasya sessyasında iştiraka görə Gəncə saylı Mediasiya təşkilatının bank hesabına 55 (əlli) manat haqq ödəmişdir. Övladları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X11 onun himayəsində qalması məhkəmə qaydasında müəyyən edilməli və övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabehdən hər ay hər bir uşaq üçün 235 manat alimentin tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir.
10. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, cavabdehlə bir evdə yaşayır. Ev özünə aiddir. Onların nikahı pozulub. Cavabdeh onun icazəsi və xəbəri olmadan uşaqları Gəncə şəhərinə aparmışdı. Bu hadisə qızına psixoloji travma verib. Qızı ona hər gün mesaj yazırdı ki, onu Gəncə şəhərindən gəlib, aparsın. Qızı ona çox bağlıdır. Uşaqlar Gəncə şəhərində yaşayan zaman o uşaqlarla ünsiyyət verilməsi ilə bağlı ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdi. Həmin ərizə qismən təmin edilərək ona uşaqlarla görüş üçün müddət müəyyən edilmişdi. O bir müddət sonra uşaqları Bakı şəhərinə geri apara bildi. Uşaqlar ona çox bağlıdır, onlar onun himayəsində yaşamaq istəyirlər. Cavabdehin atası uşaqları təhdid edir, uşaqları ona qarşı öyrədir. Uşaqlar hazırda onun himayəsindədir. Qızı əvvəldən onun himayəsində idi, oğlu bir gün öncə onun yanına gəlib. Uşağa cavabdeh nəzarət eləmir, oğlu artıq 9 yaşından vape elektron siqaretindən çəkməyə başlayıb. Cavabdehin anası oğlunu döyür. Qızı onun himayəsində oğlu isə cavabdehin himayəsindədir. Oğlu onunla görüşür, oğlunun anasında qalmasına etirazı yoxdur, qızının isə onun himayəsində qalmasını xahiş edir. Cavabdeh oğlu ilə görüşməyinə mane olmur, oğlunun dayəsi oğlu ilə görüşməyinə mane olur. Aliment tələbi yoxdur.
12. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, tərəflərin hazırda birgə yaşadıqları ev iddiaçıya aiddir. Cavabdeh uşaqları iddiaçının icazəsi və xəbəri olmadan Gəncə şəhərinə aparmışdı. Qızı onun himayəsində oğlu isə cavabdehin himayəsindədir.
13. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, boşandıqdan sonra iddiaçı ilə bir evdə yaşayır. Daha sonra iddiaçı onu evdən qovdu, bu zaman uşaqları götürərək Gəncə şəhərinə getdi. İddiaçı uşaqlara psixoloji təsir göstərir, uşaqları ona qarşı doldurur. Oğlu onun himayəsindədir. İddiaçı boşandıqdan sonra onu evdən qovdu. İddiaçı qızı ilə maraqlanır, oğlu ilə maraqlanmır. Qızı atası ilə qalmaq istəyir, onun da buna etirazı yoxdur. İddiaçı qızınına atası ilə qalmaq barədə arzusuna qarşı çıxmaq istəmir. Lakin hər iki uşağı nə vaxt istəsələr onunla qala bilərlər. Özünün dörd otaqlı evi var. Qarşı tərəfdən xahişi oğlu ilə maraqlanmasıdır.
14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini qismən qəbul etdiyini və tərəflərin uşaqlarla bağlı razılığa gəldiklərini bildirmişdir. Uşaqların fikri
15. Məhkəmə iclasında Bakı şəhəri 228 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 iştirakı ilə fikri dinlənilən xx.xx.2013-cü il təvəllüdlü X12 bildirdi ki, o, hazırda atası ilə birlikdə yaşayır. Məktəbin harada yerləşməsini dəqiq bilir. Evdə yeməyi atasının elədiyini və ona atasının baxdığını bildirdi. Anası ilə danışmaq istəmədiyini və qardaşınında onunla qalmasını istədiyini bildirdi.
16. Məhkəmə iclasında Bakı şəhəri 228 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 iştirakı ilə fikri dinlənilən xx.xx.2016-cı il təvəllüdlü X17 bildirdi ki, hazırda anası ilə yaşayır və onun yanında qalmaq istəyir. Həm anası həm də xalasının ona baxdığını bildir. Anası heç vaxt atası ilə bağlı mənfi fikirlər söyləmir. Bacısının da onunla qalmasını istədiyini bildir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası
17. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
18. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
22. İddia qismən əsaslıdır.
23. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladları Kamilla atası, Maqsud anası ilə birlikdə yaşayır. Tərəflər arasında nikahın ləğvinə dair işə baxılarkən mediasiya sazişi ilə uşaqların analarında qalması barədə barışıq sazişi təqdim edilmiş və uşaqlar analarının yanında saxlanmışdır. Bundan sonra, uşaqlarda Kamilla Mehdiyeva könüllü şəkildə atasının yanında yaşamaq istədiyini bildirərək atasının evində yaşamağa başlamış, nəticədə uşaqların anası Cavabdeh hazırkı iddia ilə məhkəməyə müraciət edərək uşaqların valideynlərindəm kimin yanında saxlanmasına dair yeni hal yarandığından işə baxılmasını xahiş etmişdir.
24. Məhkəmə uşaqlardan birinin yaşayış yerini dəyişməsini işin yeni halı kimi qiymətləndirməklə hazırkı iddiaya yeni əsaslarla baxılması barədə qərara gəlmişdir.
25. Mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, BMT-nin «Mülki və Siyasi hüquqlar Beynəlxalq Paktının» 23-cü maddəsinin 4-cü bəndinə görə nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır.
26. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideyinlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edər digər hallar.
27. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət yetirdikdə görünür ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanılması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanılması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa, dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır.
28. Məhkəmə tərəfindən uşaqların tərəflərdən hansının yanında saxlanması məsələsinin araşdırılması üçün iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyasının rəyi əldə edilmiş, eyni zamanda iş üzrə müvafiq ekspertiza təyin edilmişdir.
29. Belə ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyası tərəfindən verilmiş 5-13/2-872/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubun, müvafiq rəyin və həmin rəyə əlavə edilmiş mənzil-məişət vəziyyətinin müəyyən edilməsi barədə aktların məzmunundan görünür ki, İddiaçı ünvan 2 ünvanında azyaşlı 03 iyul 2013-cü il təvəllüdlü X12 ilə birgə yaşayır. Mənzil beş otaq, mətbəx, sanitar qovşaqdan ibarətdir, tam təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Mənzil İddiaçı məxsusdur. İddiaçı "xxxx" ASC-də işləyir. Azyaşlı 03 iyul 2013-cü il təvəllüdlü X4 rayonu, Sahil qəsəbəsində yerləşən 228 nömrəli tam orta məktəbdə təhsil alır. İddiaçı işdə olduğu vaxtlarda azyaşlı X8 qayğıları və tərbiyəsi ilə dayəsi Seybat Ramazanova məşğul olur. Cavabdeh ünvan 3 ünvanında anası və azyaşlı 28 mart 2016-cı il təvəllüdlü X17 ilə birgə yaşayır. Mənzil dörd otaq, mətbəx, sanitar qovşaqdan ibarətdir, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Baxış zamanı mənzildə təmir işləri yekunlaşmaq üzrə idi. Mənzil Cavabdeh məxsusdur. Cavabdeh "xxxx" ASC-də işləyir. Azyaşlı 28 mart 2016-cı il təvəllüdlü X5 rayonu, Sahil qəsəbəsində yerləşən 228 nömrəli tam orta məktəbdə təhsil alır. Cavabdeh işdə olduğu vaxtlarda azyaşlı X11 qayğıları və tərbiyəsi ilə cavabdehin anası Hacıyeva Tatyana məşğul olur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluğ himayədarlıq məsələləri üzrə Komissiya"sı üzvlərinin iştirakı ilə 03 iyul 2013-cü il təvəllüdlü X12 ve 28 mart 2016-cı il təvəllüdlü X17 ilə ayrıca söhbət aparılmış, onlardan valideynlərindən kimin yanında qalmaları barədə fikirləri öyrənilmişdir. Söhbət zamanı azyaşlılar anaları Cavabdeh da sevdiklərini, lakin ataları İddiaçı daha çox bağlı olduqlarını və onunla qalmaq istədiklərini bildirmişdirlər. Tərəflərlə ayrılıqda və Komissiyanın iclasında aparılan birgə söhbət zamanı valideynlər övladlarının indiyədək hansı valideynin yanında qalmasından asılı olmayaraq digər valideyn ilə ünsiyyət hüququna mane olmadıqlarını, övladlarının hər tərəfli inkişafı üçün hər iki valideyn ilə ünsiyyətdə olmalarının zəruriliyini anladıqlarını qeyd etdilər. 03 iyul 2013-cü il təvəllüdlü X8 və 28 mart 2016-cı il təvəllüdlü X11 ataları İddiaçı yanında və himayəsində saxlanılmasını məqsədəuyğun hesab edilir.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 11/672 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X11 əsas fərdi-psixoloji xüsusiyyətləri rəyin tədqiqat prosesinin təsviri hissəsində (s. 6-7) göstərilmişdir. Tədqiqatın 2-ci və 3-cü sualları üzrə İddiaçı və Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində yetkinlik yaşına çatmayan övladlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Tədqiqatın 4-cü sualı üzrə xx.xx.2013-cü il təvəllüdlü X8 hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. xx.xx.2016-cı il təvəllüdlü X11 hal-hazırda anası Cavabdeh və atası İddiaçı eyni dərəcədə bağlılığı müəyyən olunur. Tədqiqatın 5-ci sualı üzrə 3.07.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X11 hal-hazırda psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Valideynləri və yaxın qohumları arasında qarşılıqlı münasibətlərdə yaşanmış gərginlik xx.xx.2013-cü il təvəllüdlü X8 emosional-iradi sferasına və anası Cavabdeh qarşı olan münasibetinə neqativ təsir göstərmişdir. Tədqiqatın 6-cı sualı üzrə xx.xx.2013-cü il təvəllüdlü X8 hal-hazırda psixoloji vəziyyəti qənaətbəxş deyildir. xx.xx.2013-cü il təvəllüdlü X12 və anası Cavabdeh arasında sağlam münasibətin bərpası üçün psixoloji yardım almaları məqsədəmüvafiqdir. Valideynləri arasında qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2016-cı il təvəllüdlü X11 emosional-iradi sferasına sirayət etməklə, hal- hazırda onun psixoloji vəziyyəti qənaətbəxş deyildir. xx.xx.2016-cı il təvəllüdlü X3 psixi inkişafı üçün psixoloji yardım alması məqsədə müvafiqdir.
31. Məhkəmənin qeyd edilən araşdırmasından sonra tərəflər məhkəmə iclasında ərizə yazaraq birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8 atasının, xx.xx.2016-cı il təvəllüdlü X11 isə anasının himayəsinə verilməsi və aliment tələbləri olmaması barədə razılığa gəlmiş, eyni zamanda aliment tələblərinin olmadığını bildirmişlər.
32. Bununla yanaşı, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X11 fikri məhkəmə iclasında Bakı şəhəri 228 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 iştirakı təmin edilməklə, valideynlərindən və məhkəmə iclasında iştirak edən şəxslərdən təcrid edilmiş şəraitdə dinlənilmiş, Kamilla Mehdiyeva qəti şəkildə atası, Maqsud Mehdiyev isə anası ilə yaşamaq istədiklərini bildirmişlər.
33. Göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan xx.xx.2013-cü il təvəllüdlü X12 İddiaçı və xx.xx.2016-cı il təvəllüdlü X11 Cavabdeh Maqsud qızının yanında saxlanmalarının onların mənafelərinə daha uyğun olması məhkəmə araşdırması zamanı tam müəyyən edilmişdir.
34. Məhkəmə qeyd edir ki, tərəflər aliment tələblərinin olmadığını bildirdikləri üçün iddia tələbinin həmin hissəsində araşdırılma aparılmamışdır. Məhkəmə xərcləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
36. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
37. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ödəniş etmiş və buna görə, ödənilməli olan dövlət rüsumundan həmin hissədə azad edilmişdir.
38. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının mediasiya xərcini çəkməklə əlaqədar azad edildiyi dövlət rüsumunun ödənilməmiş 50 manat hissəsi “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məsrəfin 50 manat hissəsi cavabdehə, 50 manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticə
39. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X12 iddiaçı X10, xx.xx.2016-cı il təvəllüdlü X11 Cavabdeh himayəsinə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
40. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X12 İddiaçı, xx.xx.2016cı il təvəllüdlü X17 Cavabdeh yanında saxlanılsınlar. İddia qalan hissədə təmin edilməsin. İddiaçının azad edildiyi dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 100 manat məsrəfin 50 manat hissəsi iddiaçı X15, 50 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X9, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova