Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-600/2024 24.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X22 oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X18” MMC-ə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 05/Q-504 №-li arayışa əsasən X14 və X2 birgə nikahlarından xx.xx.1989-ci il tarixində X15 doğulmuşdur.
2. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 05/Q-504 №-li arayışa əsasən, X15 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(002)-221/2014 saylı hökmü ilə müəyyən edilmişdir: X20 Azərbaycan Respublikasının CM-in 162.2-ci maddəsi ilə təqsirli bilinsin və və istehsal sahəsində 3 il müddətinə vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, X20 cəzasına məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minən kimi dəyişdirilmədən saxlanılsın, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablansın, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat təqsirləndirilən şəxs X6 alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına (AZ MEM, VÖEN ********** ABB mərkəzi filialı, VÖEN ********* Kod 805250 m/h **********944 H/h **********0932851, S.V İ.F.T Bik: İBAZAX2) keçirilsin.
4. Qeyd edilən cinayət işinin icraatı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X14 ərizə yazaraq X3 ölməsi ilə əlaqədar “X18” MMC-dən heç bir şikayətinin olmadığını bildirmişdir. İddia tələbi
5. İddiaçı cavabdeh X18” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" X5 100.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mərhum oğlu X1 qəsəbəsi ərazisində yerləşən “X7”-da quraşdırıcı kimi çalışırdı. 18 iyul 2014-cü ildə mərhu əri X14 oğlunun iş görərkən bədbəxt hadisə baş verdiyini və yıxıldığını xəbər almış, Ağakərimin aparıldığı xəstəxanaya getmiş, həkimlər ona oğlunun artıq öldüyünü söyləmişlər. Oğlu Ağakərimin bədəni elə əzilmişdi ki, meyitinə baxmaq mümkün deyildi. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırıldı. X20, 2014-cü il iyul ayının 18-də "xxxx" X8 “X7”-da çilingər mexaniki vəzifəsində çalışarkən, zavodun 2 saylı istehsalat sexində istifadə olunan “Bob Cat” markalı çoxprofilli teleskopik qaldırıcı qurğunun düzgün və təhlükəsiz istismar olunmasını təmin etmədiyinə (qaldırıcı qurğunun oxuna səbəti bərkidərkən sancağı bağlamadığına), həmin qaldırıcı qurğunun səbətinin içərisində işçilər olmaqla sexin tavanında ventilyasiya sisteminin quraşdırılması işləri aparıldığı zaman, körpülü kranı hərəkətə gətirərək həmin iş sahəsinə kranın daxil olmasına və kranın səbətlə toqquşmasına şərait yaratdığına görə onun tərəfindən “Maşın və Mexanizmlərlə işlərin təhlükəsiz görülməsinə cavabdeh olan çilingər mexanikin vəzifə təlimatı”-ın 4,5,6 və 7-ci bəndlərinin tələbləri pozulmuşdur. Nəticədə sexin tavanında ventilyasiya sisteminin quraşdırılması işlərini həyata keçirən X15 və X19 içərisində olduğu qaldırıcı qurğunun səbətinin qoruyucu sancağı olmadığından o, yerindən çıxaraq sexin döşəməsinə düşmüşdür. X15 ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq, hadisə yerində, X24 isə oğlu ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq X25 ölmüşlər. Qaradağ rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli 1(002)-221/2014 saylı hökmünə əsasən X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qaradağ rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli 1(002)-221/2014 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. Cavabdeh “X18” MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X18” MMC-dən 100000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18 iyul 2014-cü ildə iddiaçının əri X14 iddiaçının oğlu X3 iş görərkən bədbəxt hadisə baş verdiyi və yıxıldığı xəbərini almış, oğlunun aparıldığı xəstəxanaya getmiş və həkimlər ona şəxsin artıq öldüyünü söyləmişlər. İş üzrə uzun müddət ötdüyü üçün burada iddia müddəti tətbiq edilməlidir. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı X9 məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək bildirdi ki, oğlu Ağakərimi gənc yaşında cavabdeh şirkətdə istehsalat qəzası nəticəsində itirmişdir, qəzanın baş verməsində şirkətin işçisinin səhlənkarlığı müəyyən edilmişdir. Bu hadisə ailəsini dərin sarsıntıya məruz qoymuş, mərhum oğlunun atası oğlunun itkisinə dözməmiş və iki il sonra o da vəfat etmişdir. Cavabdeh şirkətə qarşı bu günə qədər iddia qaldırmamasının səbəbi hüquqi biliyinin olmaması olmuşdur. Cavabdehin köməyi ilə bağlı onu deyə bilər ki, Ağakərimin yasında şirkətin işçiləri müəyyən pul gətirib vermişlər. Lakin şirkətin onun mərhum ərinə vaxtaşırı maddi yardım etməsini qəbul etmir, belə ki, işdə olan kassa məxaric orderlərindəki imzalar onun mərhum əri Kamil Bağırova məxsus deyildir, saxtalaşdırılmışdır. Mərhum əri Kamil cavabdeh şirkətdə işləməmiş, sadəcə bağban kimi 3 ay gedib gəlmiş və hər aya görə 300 manat vermişlər, bundan sonra Kamil Bağırov həmin şrikətə getməmiş və yardım almamışdır. Əgər belə bir yardım edilsə idi, onun xəbəri olardı. Bundan əlavə irkətdən oğlunun iş yoldaşı Novruz bayramında pay gətirmişdir: yarım kq şokolad, meyvə, fındıq və s. Şirkətin onun digər oğlu Süleymana yardımı barədə onu deyə bilər ki, Süleyman Ağakərimin vəfatından sonra cavabdeh şirkətilə əmək müqavilə bağlayaraq orada işləmiş və əməyinin qarşılığı olan əmək haqqını əldə etmişdir, bu qardaşına görə yardım sayıla bilməz. Bundan başqa, digər oğlu Süleymanın da vətən müharibəsində şəhid olmuş, həmin oğlunun iş yoldaşları dəfn zamanı yoldaşı Kamilin qəbrinin baxımsız olmasını görüb öz aralarında pul yığaraq mərhum əri Kamilin qəbir üstünü düzəltmişlər, cavabdehin onlara maddi yardımı olmamış, hətta məhkəməyə müraciət etdikdən sonra ona iddia tələbini geri götürməsini xahiş etmiş, bu şərtlə onu kartla təmin edəcəklərini hər ay 300-500 manat maddi yardım edəcəklərini bildirmişdir. göstərilənlərə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək iddiaçının oğlunun iş qəzasında vəfat etdiyini, bədbəxt hadisə nəticəsində X19 də vəfat etdiyini, hadisədə cavabdehin əməkdaşı X10 təqsirli olduğunu, onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 03 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini, iddiaçının üç oğlu olduğunu, onlardan birinin bədbəxt hadisədə vəfat etdiyini, digər oğlunun isə ikinci Qarabağ müharibəsində şəhid olduğunu, həyat yoldaşının isə Ağakərimin vəfatından iki sonra mənəvi iztiraba dözməyib vəfat etdiyini, Ağakərimin vəfatından sonra atası Kamilin onun qəbrinə gedərək qəbir üstündə yatdığını bildirmişdir. Vəkil cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibət bildirərək hazırkı tələblərə iddia müddətinin tətbiq edilmədiyini bildirdi və istehsalat qəzası ilə bağlı cinayət işi üzrə iddiaçının mərhum oğlunun qanuni nümayəndəsi iddiaçının həmin vaxt sağ olan həyat yoldaşı Bağırov Kamil olduğunu Kamil Bağırovun cinayət işinin icraatı zamanı hər hansı şikayətinin olmamasını ifadə etməsinin həmin cinayət işi üzrə cəza təyin edilən zaman nəzərə alındığını, hazırkı halda mərhumun anasının mənəvi iztirablarının qarşılığı ola bilməsə də müəyyən qədər azalda biləcək pul tələbinə həmin ərizənin maneə ola bilməyəcəyini; bədbəxt hadisə nəticəsində iki zərərçəkmiş şəxs olduğunu, X15 və Ömərov Aydının hadisə nəticəsində vəfat etdiklərini, Ömərov Aydının ailəsinin mənəvi zərərə görə 18000 manat tələb edildiyini, onlara həmin məbləğdə ödəniş edildiyini, amma iddiaçıya ödəniş edilmədiyini, iddiaçının sığorta ödənişindən məhrum olunduğunu; bundan başqa, cavabdehin nümayəndəsi və vəkilinin bildirdiyi kimi cavabdeh şirkətin Bağırov Ağakərimin qardaşı Süleyman Bağırova hər hansı maddi yardım etmədiklərini, onun işləməyə görə öz əmək haqqını aldığını, ona heç bbir əlavə pul vermədiyini, eləcə də cavabdehin təqdim etdiyi kassa məxaric orderlərinin saxta olduğunu, belə ki, oradakı imzaların Kamil Bağırova məxsus olmadığını, eləcə də qəbzlərdən birində Kamil Bağırovun vəfatı ilə əlaqədar guya oğlu Süleymana yardım verdiklərini qeyd etsələr də, həmin qəbzin tarixinin Kamil Bağırovun vəfatından əvvəlki tarix olduğunu, bu halın da qəbzlərin saxtalaşdırıldığının göstərdiyini qeyd etdi və iddianın təmin edilməsini xahiş etdi.
11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddiaçının oğlu X3 bədbəxt hadisədə vəfat etdiyini, burada cavabdeh şirkətin təqsirinin olduğunu, amma cavabdehin onun ailəsinə daima qayğı göstərdiyini, belə ki şirkətin onun dəfn xərcini ödədiyini, şəhid qardaşı Süleymanın şirkətdə işə düzəlməsində kömək etdiyini, onu təcrübə proqramına cəlb etdiyini, atasına 2016-cı ilə qədər hər ay 300 manat ödədiyini, bu barədə qəbzlərin olduğunu, daha sonra şirkətin mərhumun şəhid qardaşına yardım ödədiyini, qəbzlərdə onun imzasının olduğunu, həmin ödənişlərin ona kompensasiya kimi ödənilmədiyini, Ağakərimin atası Kamil vəfat edən zaman şirkətin onun qəbrinin üstünü götürdüyünü, onun qəbir yerini düzəltdiyini, hətta qardaşı şəhid olan zaman onun dəfn xərcini üzərinə götürdüyünü, amma o, şəhid olduğuna görə onun dəfn xərcininin dövlətin öz üzərinə götürdüyünü, şirkətin iddiaçıya həm maddi, həm də mənəvi dəstək olduğunu, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməli olduğunu, iddiaçı mərhum ərinin zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanındığını, həmin vaxt şikayətinin olmadığı barədə ərizə yazdığını, bir nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, cavabdehin iddiaçının ailəsinə bu vaxta qədər 10000 manat ödədiyini, Süleymanın 2020-ci ilə qədər “AzəriStill” şirkətində işlədiyini, iddiaçının digər oğlu Bağırov Şamonun da həmin şirkətdə bir müddət işlədiyini, daha sonra polis orqanlarında xidmətə qəbul olaraq həmin şirkətdən öz ərizəsi ilə işdən çıxdığını, iddiaçının həyat yoldaşının qəbir üstünün götürülməsi üçün oğlu Süleymana ödəniş edildiyini, amma həmin ödənişin həmin məqsəd üçün istifadə edilmədiyini, cavabdeh şirkət tərəfindən bunun üçün ikinci dəfə Süleymana ödəniş edildiyini, cavabdeh şirkətin uzun müddətdir işləmədiyini, müflis olduğunu, cavabdehin pulunun, qazancının olmadığını, cavabdeh şirkətin əvvəl metal konstruksiya zavodu kimi fəaliyyət göstərdiyini, şirkətin iddiaçıya bütün yardımı göstərdiyini, iddiaçının ailəsinin maddi zərər kimi ödəniş tələb etmədiyi halda şirkətin ona məcburi olaraq ödəniş edə bilmədiyini, Süleymanın və atasının qəbzləri imzaladıqlarını, Ağakərimin hər il yas mərasimlərinə ödənişlər edildiyini, iddiaçının nümayəndəsi və vəkilinin sığorta ödənişi ilə bağlı sorğu verdiyini, hadisənin 12 il öncə baş verdiyini, iddianın isə indi qaldırılmasının nəzərə alınmalı olmasını bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Prosesin digər iştirakçılarının ifadələri
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 oğlu ifadə verərək cavabdeh şirkətin direktoru olduğunu bildirdi və qeyd etdi ki, iddiaçının oğlu Ağakərim cavabdeh şirkətdə işləmiş, istehsalat qəzasında vəfat etmiş, bu baş vermiş hadisədən sonra ailəni unutmamışlar, daim kömək etmiş, Ağakərimin dəfnində iştirak etdiyini, onun qəbrinin qazılmasında və baş daşının qoyulmasında özünün iştirak etdiyini, onun qırx mərasimində də iştirak etdiyini, iddiaçının digər oğlu Süleymanın işə götürülməsində, atasına maddi dəstək verilməsində özünün iştirak etdiyini, cavabdeh şirkətin iddiaçıya nə lazımdırsa kömək etdiyini, Süleymana əlavə pul verilib-verilmədiyini bilmədiyini, Süleymanın nə qədər maaş aldığını bilmədiyini, ona atasının qəbir üstünün götürülməsinə görə iki dəfə pul verildiyni bildirdi.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 oğlu ifadə verərək bildirdi ki, iddiaçının oğlu Süleymanla birlikdə cavabdeh “X18” ASC-də iş yoldaşı olmuşlar. şirkətdə operator işlədiyini, maaşı 700 manat idi. Bir müddət işlədi, daha sonra xəbər vermədən İkinci Qarabağ müharibəsində iştirak etdi. O, döyüşlərdə şəhid oldu. Onun baş daşını cavabdeh şirkət düzəltmək istəyirdi. Amma onun baş daşını şəhid olduğuna görə dövlət düzəltdi. Süleymanın atasının qəbrində baş daşı yox idi, sadəcə qəbrinə beton tökülmüşdü. Şirkət öz pulu hesabına onun baş daşını düzəltdi. Baş daşının düzəldilməsi üçün iddiaçıdan həyat yoldaşının şəklini almışlar, iddiaçının özü bunu təsdiq edə bilər, baş daşının qiyməti 850 manat idi. Bunların hamısını şirkətin direktoru Rüfətlə birlikdə görüblər. Süleyman şəhid olduqdan sonra qardaşı Şamo da cavabdeh şirkətdə, onun yanında işə düzəldi. Bundan bir ay sonra iddiaçı Şamonun cavabdeh şirkətdə işləməsinə icazə vermədi. İddiaçının evinə özünün gedib-gəldiyini, cavabdeh Ağakərimin ölümünə görə iddiaçıya kömək edib. Cavabdeh ailə ilə bağlı olub. Direktor Rüfət ona demişdi ki, Süleyman ondan atasının baş daşı üçün 600 manat almışdı. Amma Süleyman baş daşını düzəltmədi. Süleymanla 2016-cı ildən tanış olmuş, Süleymandan eşitmişdir ki, atası cavabdeh şirkətə işə düzəlib, ona maaş kartı verilib, ona hər ay pul ödənilib. Özü İddiaçı evinə bazarlıq etmiş, ona meyvə yığımında köməklik etmişdir. Süleyman şəhid olan vaxt şirkətin işçiləri öz aralarında pul yığdılar. Şirkət də pul verdi. Şirkətin nə qədər pul verdiyini şirkətin işçiləri Könül və Elnarə bildiyini bildirdi. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
15. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: Maddə 12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ...Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli#nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.”
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarları “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərar: Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
19. “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 41-ci maddəsinə və digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsi təcrübəsinə dair qərarları: Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə xx.xx.2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli qərarlarnda Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir. Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə xx.xx.2009-cu il tarixli Qərarında Avropa Məhkəməsi mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin, göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olubolmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Maksimov Rusiyaya qarşı iş üzrə xx.xx.2010-cu il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Apicella İtaliyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli qərar: “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməsi mənasızdır. Çünki pulun dəyəri fərqlidir və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
b) Əsaslandırma
21. İddia qismən təmin edilməlidir.
22. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
23. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər.
24. İşin hallarından aydın olur ki, iddiaçının oğlu X15 cavabdeh “X18” MMC-də (X7) əmək müqaviləsi əsasında işləmiş, 18 iyul 2014-cü il tarixdə baş vermiş körpülü kran qaldırıcı qurğunun səbəti ilə toqquşması ilə kranın oxundan çıxaraq yerə düşməsi nəticəsində vəfat etmişdir. 18 iyul 2014-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar iz forması 01 və 02 nömrəli X13 Haqqında akt tərtib edilmişdir. Həmin şirkətdə mexanik çilingər vəzifəsində çalışan X21 qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Vüqar Hacıyev məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə iddiaçının oğlunun ölümünə səbəb olması olmuşdur.
25. Qeyd edilən hökmdən görünür ki, X20, 2014-cü il iyul ayının 18-də "xxxx" X8 “X7”da çilingər mexaniki vəzifəsində çalışarkən, zavodun 2 saylı istehsalat sexində istifadə olunan “Bob Cat” markalı çoxprofilli teleskopik qaldırıcı qurğunun düzgün və təhlükəsiz istismar olunmasını təmin etmədiyinə (qaldırıcı qurğunun oxuna səbəti bərkidərkən sancağı bağlamadığına), həmin qaldırıcı qurğunun səbətinin içərisində işçilər olmaqla sexin tavanında ventilyasiya sisteminin quraşdırılması işləri aparıldığı zaman, körpülü kranı hərəkətə gətirərək həmin iş sahəsinə kranın daxil olmasına və kranın səbətlə toqquşmasına şərait yaratdığına görə onun tərəfindən “Maşın və Mexanizmlərlə işlərin təhlükəsiz görülməsinə cavabdeh olan çilingər mexanikin vəzifə təlimatı”-ın 4,5,6 və 7-ci bəndlərinin tələbləri pozulmuşdur. Nəticədə sexin tavanında ventilyasiya sisteminin quraşdırılması işlərini həyata keçirən X15 və X19 içərisində olduğu qaldırıcı qurğunun səbətinin qoruyucu sancağı olmadığından o, yerindən çıxaraq sexin döşəməsinə düşmüşdür. X15 ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq, hadisə yerində, X24 isə oğlu ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq X25 ölmüşlər. Bununla da, X10 xidməti vəzifələrinə səhlənkar yanaşması ehtiyatsızlıqdan zərər çəkmiş şəxslərin ölümünə səbəb olmuşdur.
26. Göründüyü kimi, iddiaçının oğlunun baş vermiş istehsalat qəzası nəticəsində vəfat etməsini, habelə ölümün cavabdehin işçisinin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması işin mübahisəsiz halıdır. Belə olan halda, oğlu Ağakərim Bağırovun hadisə nəticəsində vəfat etməsi iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnmişdir və işdə belə zərərin vurulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
27. Məhkəmə vurulmuş mənəvi zərərin məbləği ilə bağlı aşağıdakıları qeyd edir.
28. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
29. Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin iş qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.
30. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Bu zaman sağ ikən şəxslərarası münasibətlərin məzmununa xüsusi diqqət edilməlidir. Odur ki, ölən şəxslə yaxşı münasibəti olan və daim onun yanında qalan bir kəsə ödəniləcək təzminat məbləği, münasibətləri pis olan və uzun zaman ərzində onunla görüşməyən şəxsə ödəniləcək məbləğdən çox olmalıdır.
31. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır.
32. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.
33. Məhkəmə cavabdeh “X18” MMC tərəfindən təqdim olunmuş iddiaçıya maddi yardımın göstərilməsi ilə bağlı kassa məxaric orderlərində təhvil alanın imzaları ilə iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisini dindirmə protoklunda olan X4 imzalarının vizual baxışla fərqli olmasının aydın olması, eyni zamanda məhkəmə iclasında İddiaçı dindirmə protokolunda olan imzanın onun mərhum ərinə məxsus olması, kassa məxaric orderlərində imzanın isə onun mərhum ərinin imzası olmamasını təsdiq etməsini, qəbzlərin bəzilərində təhvil verənin imzasının olmamasını nəzərə alaraq hesab edir ki, həmin qəbzlər mötəbər sübut kimi qəbul edilə bilməz.
34. Məhkəmə qeyd edir ki, ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin məhkəmə, iddiaçının mənəvi zərərə görə 100.000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamasını və cavabdeh şirkətin iddiaçının ailəsi qarşısında mənəvi borcunu hiss edərək ailə ilə münasibətlərini davam etdirməsi, iddiaçının oğlunun və digər ailə üzvlərinin dəfn mərasimlərində iştirak edərək müəyyən yardımlar etməsi halının iddiaçının özünün izahatı və şahid ifadələri ilə təsdiqini tapmasını, iddiaçının digər oğlu Süleyman Bağırovun cavabdeh şirkətdə işlə təmin edilməsini, iddiaçının hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsini, cinayət işinin icraatı zamanı cavabdeh hüquqi şəxsə qarşı hər hansı tələblərinin olmaması ilə bağlı mərhum ərinin iradə ifadəsini göstərməsini, zərərçəkmiş şəxslərin onun övladı olmaqla yaxınlıq və bağlılıq dərəcəsinin yüksək olmasının mübahisəsiz olması və iztirabın davamlı xarakter daşıması ilə birlikdə qiymətləndirərək hesab edir ki, iddia tələbi iddiaçıya vurulmuş mənəvi zərərə 10.000 manat pul vəsaitinin cavabdehdən tutulması həddində təmin edilməsi ədalətli və ağlabatan olacaqdır.
35. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələbləə iddia müddəti şamil edilmir. Məhkəmə xərcləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
38. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
39. İddia səhhətə xəsarətlər yetirilməsinə ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və iddia qismən təmin edildiyindən, dövlət rüsumu həmin nisbətdə, yəni 120 manat olmaqla cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə
40. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi ziyana görə 10,000 manat pul vəsaiti cavabdeh “X18” MMC-dən tutularaq İddiaçı ödənilməli; iddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 120 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli; iddia qalan hissədə təmin edilməməlidir.
41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh “X18” MMC-dən mənəvi ziyana görə 10,000 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 120 manat dövlət rüsumu cavabdeh “X18” MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova