Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-629/2023 01.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda faktiki olaraq onun himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında nikah 29 dekabr 2015-ci il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 655 saylı akt qeydi ilə bağlanmışdır. Həmin nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 adlı bir övladları var. Cavabdeh iddia ərizəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1712/2022 saylı qətnaməsinə ilə nikahları pozulmuşdur. Qeyd olunan qətnamədən narazı qaldığı üçün həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Buna görə də, həmin qətnamə qanuni qüvvəsini almamışdır. Cavabdeh ilə nikahları 1 ilə yaxındır ki, faktiki olaraq pozulmuş və həmin vaxtdan birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 onun himayəsindədir. Uşağın maddi təminatlarını o, təkbaşına ödəyir. Cavabdeh uşağın saxlanılmasında heç bir maddi yardım etmir. Baxmayaraq ki, cavabdeh Abşeron rayonu Qobu kənd orta məktəbində müəllimə işləyir və təxminən 1.000 manat məbləğində aylıq qazanca malikdir. İddiaçı vəkili Vəkil məhkəməyə ərizə göndərərək, yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, mülki işə mahiyyəti üzrə baxılmasını tələb edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mülki işə iddiaçının (nümayəndəsinin, vəkilinin) iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahlarının pozulmasını, birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 atasından alınıb onun himayəsinə verilməsini, uşağın atasından hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1712/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli 2(103)-478/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və nəticədə azyaşlı uşaq onun himayəsində qalmışdır. Bundan əlavə, İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək, ondan hər ay aliment tutulmasını xahiş etmişdir. Məhkəmənin 30 oktyabr 2022-ci il tarixli e-16(002)- 33/2022 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2022-ci il tarixli 16(103)-136/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və müvəqqəti təminat tədbiri kimi aliment təyin edilməsindən imtina edilmişdir. Bundan başqa, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli 2(103)- 478/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2023-cü il tarixli 2(102)-2833/2023 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli 2(103)-478/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 1712/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 29 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 655 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2017-ci il təvəllüdlü X1 Cavabdeh Rasim qızının yanında və himayəsində saxlanılması; xx.xx.2017-ci il təvəllüdlü X1 atası İddiaçı alınaraq anası Cavabdeh Rasim qızının himayəsinə təhvil verilməsi; İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi; alimentin xx.xx.2022-ci il tarixdən tutulması; iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)- 1712/2022 saylı qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq düzəldilərək, alimentin «xx.xx.2022-ci il tarixdən tutulması» sözlərinin əvəzinə alimentin «uşağın cavabdehdən alınaraq iddiaçının faktiki himayəsinə verildiyi vaxtdan hesablanması və tutulması» kimi oxunması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 478/2023 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1712/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2023-cü il tarixli 2(102)-2833/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli 2(103)- 478/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qərar qəti olmaqla, qəbul edildiyi andan qüvvəyə minmişdir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikahdan doğulmuş övladlarının cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya faktiki təhvil verildiyi vaxtdan başlayaraq hər ay sabit pul məbləğində aliment tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı var. Həmin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə artıq uşağın valideynlərdən hansının yanında qalmalı olması və valideynlərdən hansından uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün digər tərəfin xeyrinə aliment tutulması məsələlərinə hüquqi qiymət verilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-629/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-629/2023
01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver