Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-106/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə,"Cebhe.info" internet saytında “X7 nə baş verir?- X28-qorxu zəngi edilib” başlığı altında dərc edilmiş məqalədə barəsində səsləndirilərək yayılan "dələduzluq" ifadəsinin həqiqətəuyğun olmayan məlumat hesab edilməsi və həmin əmələ görə ona dəymiş mənəvi zərərin qarşılığı olaraq 950 manat pul məbləğinin cavabdehdən onun xeyirinə tutulması tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə,"Cebhe.info" internet saytında “X7 nə baş verir?- X28qorxu zəngi edilib” başlığı altında dərc edilmiş məqalədə barəsində səsləndirilərək yayılan "dələduzluq" ifadəsinin həqiqətəuyğun olmayan məlumat hesab edilməsi və həmin əmələ görə ona dəymiş mənəvi zərərin qarşılığı olaraq 950 manat pul məbləğinin cavabdehdən onun xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - İddiaçı X3 İnstitutu PHŞ-də həkimlaborant vəzifəsində çalışr. Həmin müəssisənin "X5"nın müdiri Cavabdeh xx.xx.2022-ci il tarixdə “Cebhe.info” internet saytında "X7 nə baş verir?X28-qorxu zəngi edilib" başlığı altında dərc edilmiş məqalədə onu “dələduz” adlandırmaqla təhqir edərək böhtan atmış, bu əməli ilə qəsdli və qərəzli şəkilə şərəf və ləyaqətini, işgüzar nüfuzunu lekələyərək ona mənəvi zərər vurmuşdur. Həmin məqalədə o, müsahibə verən tərəf olmamışdır. Ümumiyyətlə həmin məqalənin ona heç bir aidiyyatı olmamışdır. Amma buna baxmayaraq, Cavabdeh uzun illər ona qarşı bəslədiyi kin və nifrətin qərəzli ifadəsi olaraq həmin məqalədə irəli sürülən iddiaları onunla bağlamış və onu heç bir əsas olmadan, ən mühümü barəsində məhkəmə hökmü olmadığı halda "dələduz" adlandırmışdır. Sözügedən məqalədən çıxarış: "Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. Hamısı İddiaçı dələduzluqla bağlı əməlləridir və ifşa olunub. Xahiş edirəm, biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız “. Cavabdeh iddia edir ki, onun dələduzluqla bağlı ona qarşı əməlləri olub və ifşa olunub. Cavabdehin bu məlumatı rəy (fikir) olaraq deyil, fakt kimi irəli sürdüyü aydın olur — hansı ki, rəylər fərdlərin hadisə və ya situasiyalarla bağlı nöqteyi-nəzərlərindən və ya onların verdikləri şəxsi qiymətlərdən ibarət olduğu hlda, faktın doğruluğunu sübut etmək vəzifəsi onu iddia edənin üzərinə düşür. Odur ki, Cavabdeh onun dələduz olduğumu sübut etməyə, bununla bağlı barəsində qüvvəyə minmiş məhkəmə hökmünü və ya bu barədə mötəbər məlumat təqdim etməyə, əks təqdirdə sözgedən əməli nəticəsində ona dəymiş mənəvi zərəri ödəməyə borcludur. Cavabdeh əmək fəaliyyətində öz neqativ əməlləri ilə həmişə diqqət mərkəzində olaraq qınaq obyektinə çevirilib. O, təəssüfdoğuran əməlləri ilə həmişə bu fikirdə olmuşdur ki, tutduğu vəzifə onu nitq mədəniyyətindən, mədəni davranışdan və məsuliyyət hissindən azad etməyə əsasdır. Təsadüfi deyil ki, onun qeyrietik davranışları müəssisənin sabiq direktoru tərəfindən belə qınaqla qarşılanıb və ona 07 may 2021-ci il tarixdə, 229N-li əmrlə xəbərdarlıq olunub, eyni zamanda əməlləri aktlaşdırılaraq bu barədə "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə” (TƏBİB) təqdimat göndərilib. Halbuki, keçmiş müəssisə rəhbəri həmişə cavabdehi qanunsuz əməllərinə görə himayə edib. Amma görünən odur ki, cızasızlıq şəraiti qüvvədə qaldıqca, bu şəraiti yaratmaqda maraqlı olan şəxsin özü belə peşmançılıq yaradan halla qarşılaşmaqdan sığortalana biməyib. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə,"Cebhe.info" internet saytında “X7 nə baş verir?- X28-qorxu zəngi edilib” başlığı altında dərc edilmiş məqalədə barəsində səsləndirilərək yayılan "dələduzluq" ifadəsinin həqiqətəuyğun olmayan məlumat hesab edilməsi və həmin əmələ görə ona dəymiş mənəvi zərərin qarşılığı olaraq 950 manat pul məbləğinin cavabdehdən onun xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29 iyun 2022-ci il tarixdə Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya onun “Cebhe İnfo” İnternet saytında "X7 nə baş verir?-X28-qorxu zəngi edilib” başlığı altında dərc edilmiş məqalədə onun barəsində səsləndirilərək yayılan dələduzluq ifadəsinin həqiqətəuyğun olmayan məlumat hesab edilməsi və həmin əmələ görə 950 AZN mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakılara görə İddiaçı iddia ərizəsini əsassız və qanunsuz hesab edir:
1. O, iddiaçının şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli, yalan məlumat yaymamış, belə bir niyyəti olmamış, hansısa kütləvi informasiya vasitəsinə, yayım qurumuna bu niyyətlə müraciət etməmiş, yalnız telefon zəngi vasitəsilə ona verilmiş provokasion suallara cavab vermişdir.
2. Əslində iddiaçı özü onun guya dövlət əmlakını israf etməyi barədə şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli yalan məlumatlar yayıb və həmin cinayət əməlinə görə də Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-30/2022 saylı iş üzrə 1 Yanvar 2022-ci il tarixli hökmü ilə 1000 manat cərimə cəzasına məhkum edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-762/2022 saylı 12 may 2022-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır və qanun qüvvəsini almışdır. (Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)- 762/2022 saylı 12 may 2022-ci il tarixli qərarı əlavə olunur.)
4. “Cebhe İnfo” İnternet saytında “X7 nə baş verir?-X28-qorxu zəngi edilib” başlığı altında dərc edilmiş "dələduzluqla bağlı əməllərdir və ifşa olunub” cümləsindəki “dələduzluqla bağlı əməllər” ifadəsi də onun barəsində insanları aldadan, mənfi rəy formalaşdıran əməllər anlamını verir. Belə ki, Azərbaycan dilinin izahlı lüğətində "dələduzluq” kəlməsi həm də insanları aldatma mənasını daşıyır. Mən telefon zənginə cavabda məhz iddiaçı barəsində dələduzluqla bağlı əməlləridir və ifşa olunub demişəmsə də, bu həqiqətdir. Belə ki, iddiaçı barəmdə dövlət əmlakını israf edən şəxs kimi yalan məlumatlar yaymaqla insanları aldadıb və buna görə cinayət mühakimə üsulu qaydasında məhkum olunub. İddiaçının mənə böhtan ataraq insanları aldatması, haqqımda məaqfi rəy formalaşdırması qanun qüvvəsinə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapdığından o, ifşa olunmuş sayılır. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsi: Məhkəmələrin qanuni quvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütun dövlət hakımiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin məcəllənin 82.4-cü maddəsi: Məhkəmənin qanuni qüvvəyə mınmiş hökmü, habelə cinayət təqibi uzrə qüvvəyə mınmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cinayət Prosessual Məcəllənin 65.4-cü maddəsi: Məhkəmənin qanuni qüvvəyə minmiş hokmü, habelə cınayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadısəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmu mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir.
6. Digər tərəfdən mənim suallara cavablarım həmin vaxt başqa internet saytlarında (“Hürriyyət” X13, “Mediatv.az” İnformasiya Portalı, “DİA.az”, “MilliTV”.az İnformasiya portalı, “Xebertv.info”) da dərc olunub. Həmin sytlarda isə iddiaçının adı və soyadı yazılmayıb və cümlə aşağıdakı şəkildədir: “Hamısı dələduzluqla bağlı əməllərdir və ifşa olunub”. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X14 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki,
1. Əsədi Aynur iddia tələbini təsdiq edən sübut olaraq “Cebhe.info” saytında yayılmış "X8 Nələr Baş verir?-X28-qorxu Zəngi” istinad yazısı olan başlıqlı məqaləni, şahid Samir Zeynalovun ifadəsini və arayış təqdim edib. Həmi sübutların əsəsını "X6 Nələr Baş verir?X28-qorxu Zəngi” istinad yazısı olan başlıqlı məqalə təşkil edir.
2. İddiaçı xüsusi ittiham qaydasında şikayəti ilə bağlı məhkəmə araşdırma zamanı müəyyən olunub ki, həmin yazı “Cebhe.info” saytında ilkin yayılarkən yazıda İddiaçı adı olmayıb və yazının mübahisəli hissəsi aşağıdakı şəkildə yayılıb: “Hamısı dələduzluqla bağlı eməlləridir və ifşa olunub". Müxtəlif internet saytları da yazını “Cebhe.info” saytına istinad etməklə həmin sayta olduğu kimi yayıblar. İddiaçı və onun şahid qismində məhkəməyə dəvət etdiyi, Cavabdeh qarşı qərəzli hərəkətlərində ortaq olduğu Samir Zeynalov elə həmin gün yazıda dəyişiklik edilməsinə və "Hamısı İddiaçı dələduzluqla bağlı əməlləridir və ifşa olunub" şəklində “Cebhe info" saytında yenidən yayılmasına nail olublar. Bundan sonra da Cavabdeh qarşı xüsusi ittiham qaydasında şikayət və mülki iddia verilib.
3. X22 Aynurun xüsusi itliham qaydasında şikayəti əsasında işə baxılarkən məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində bildirib ki, yazı “Cebhe.info” və digər saytlarda "Hamısı dələduzluqla bağlı əməlləridir və ifşa olunub” şəklində yayıldıqdan sonra həmin ifadənin kimə aid olması mübahisə yaratdığı üçün onlar həmin hissəni dəqiqləşdirib və elə həmin gün “Hamısı İddiaçı dələduzluqla bağlı əməlləridir və İfşa olunub” şəklində “Cebhe info” saytında yenidən yayımlanmasına nail olublar.
4. Cavabdeh ardıcıl verdiyi bütün ifadələrində göstərib ki, o, telefon zəngi vesitəsilə ona verilmiş suala cavab verərkən İddiaçı adını çəkməyib.
5. İddiaçı isə 24 İyul 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında bildirib ki, guya Cavabdeh ona verilmiş suala cavab cümləsində onun adını və söyadını işlətməsi barədə səs yazısı mövcuddur və məhkəmə hazırlıq iclası təxirə salınsa o, həmin səs yazısını sübut olaraq məhkəməyə teqdim edə bilər. Məhz bu səbəbdən məhkəmə hazırlıq iclası 25 İyul 2022-ci il tarixə təxirə salınıb. 25 İyul 2022-ci il tarixdə keçirlən məhkəmə iclasında isə İddiaçı səs yazısını təqdim etməyib və göstərib ki, guya səs yazısı məhv edilib.
6. Cavabdeh İddiaçı barəsində sonuncunun şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli, yalan məlumat yaymayıb, belə bir niyyəti olmayıb, hansısa kütləvi informasiya vasitəsinə, yayım qurumuna bu niyyətlə müraciət etməyib, yalnız telefon zəngi vasitəsilə ona verilmiş provokasion suallara cavab verib. Həmin suallara cavablarında da Cavabdeh İddiaçı adını çəkməyib. Cavabdeh telefon zəngi vasitəsilə ona verilmiş suala cavab verərkən İddiaçı adını çəkməməsi “Hürriyyət” X15, “Mediatv.az” İnformasiya Portalı, “DİA.az”, “MiliTV”.az İnforməsiya portalı, “Xebertv.info” saytlarından çıxarışlarla təsdiq olunur. Həmin saytlarda yayılan məlumatlarda da suala cavab şəklində yazılmış cümlə aşağıdakı şəkildədir: "Hamısı dələduzluqla bağlı əməllərdir və ifşa olunub”.
7. Əslində Cavabdeh deyil, İddiaçı onun barəsində şərəf və ləyaqəti ləkələyən məlumatlar yayıb. İddiaçı Cavabdeh şərəf və ləyaqəti ləkələyən böhtan xarakterli yalan məlumatlar yaydığı cinayət əməlinə görə də Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)30/2022 saylı iş üzrə 1 Yanvar 2022-ci il tarixli hökmü ilə 1000 manat cərimə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)- 762/2022 saylı 12 May 2022-ci il tarixli qərarı və Ali Məhkəmənin 1(102)-14/2023 saylı 24 Yanvar 2023-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən qüvvəsində saxlanılıb və qanun qüvvəsini alıb. Qeyd edilən məhkəmə qərarları iş materiallarına əlavə olunub.
8. Azərbaycan dilinin izahlı lüğətində “dələduzluq” insanları aldatma mənasını da daşıyır. Cavabdeh ona telefon zəngi ilə ona verilmiş suallara cavabında İddiaçı adını çəksəydi belə və "X23 dələduzluqla bağlı əməlləridir və ifşa olunub" cümləsini İşlətsəydi belə həmin cümlədəki “dələduzluqla bağlı əmallər” ifadəsi də insanları aldadan, onun barəsində mənfi rəy formalaşdıran əməllər anlamını verir, İddiaçı Cavabdeh barəsində yalan məlumatlar yaymaqla insanları aldadıb və buna görə məhkəmə aktları ilə ifşa olunub. X21 Nuriyyəyə böhtan ataraq İnsanları aldatması qanun qüvvəsinə minmiş məhkəmə hökmü və qətnaməsi ilə öz təsdiqini tapıb.
9. Cavabdeh suallara cavabı həmin vaxt başqa internet saytlarında da dərc olunub. Həmin saytlarda isə Əsədil Aynurun adı və soyadı yazılmayıb və cümlə aşağıdakı şəkildədir: "Hamısı dələduzluqla bağlı əməllərdir və ifşa olunub” Bununla bağlı "X24"nin arayışı və həmin arayışa qoşulmuş yazının 6 May 2022-ci il tarıxdə X17”də və digər xəbər portallarında müxtəlif saytlarda yayılmış çıxarışları iş materiallarına əlavə olunub.
10. Bildiriş-arayışda göstərilir ki, 06 May 2022-ci il tarixdə xəbər saytlarında yayımalanmı ş "X8 Nəlar Baş verir?-X28-qorxu Zəngi” istinad yazısı olan başlıqlı məqalədə İddiaçı haqqında ümumiyyətlə hər-hansı məlumat olmayıb və istinad edilərək yayımlanmış məqalənin ilkin variantında İddiaçı adına rast gəlinməyib. “Cebhe.info saytında sonradan həmin məqaləyə düzəliş və əlavələr edilmişdir.
11. Məqaləyə saxtakarcasına edilən düzəlişdən sonra Cavabdeh barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilib, şikayətə də həmin düzəlişlər edilmiş yazı qoşulub.
12. “X24”nin arayışı, yazının saytlardakı fərqli məzmunları və Samir Zeynalovun məhkəmədə verdiyi ifadəsi birmənalı şəkildə təsdiq edir ki, İddiaçı, onu bu işə təhrik edən Samir Zeynalov və “Cebhe.İnfo" internet saytın əməkdaşları Cavabdeh guya Cinayət Məcəlləsinin 147-ci maddəsində göstərilən cinayəti törətməsi barədə saxta sübut düzəldib və Cavabdeh guya qeyd edilən cinayəti törətməsi barədə məhkəməyə bilə-bilə yalan məlumat veriblər.
13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsi: Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinin təmin olunmamasını, İddiaçı və Samir Zeynalovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1-ci maddəsinin tərkibi olduğu üçün onlar barəsində Xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi xahiş edilmişdir. 20 noyabr 2023-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdəh Cavabdeh qarşı müki iş məhkəmənin icraatındadır. Azyaşlı uşaqlarının gündəlik qayğıları və məhkəmənin yerləşdiyi ərazi onun faktiki yaşadığı yer arasında məsafə olmağını nəzərə alaraq və qanunvericiliyin tələblərinə əsasən onun hazırlıq iclasında, baxış iclaslarında iştirakı olmadan iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X12 iddia tələbini etiraf etməyərək, əsasız olduğundan tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)-30/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmış, xüsusi ittihamçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı “cavabdeh X3 İnstitutu tərəfindən əmək münasibətləri çərçivəsində ona qarşı yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə X4 İnstitutunun “X5"nın müdiri Cavabdeh intizam qaydasında cəzalandırılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə icraata, iş məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. İş məhkəmədə baxılmalı olmadığı üçün işin icraatına xitam verildiyindən, iddiaçı, vəzifəli şəxs üzərinə öhdəlik qoyulmasını tələb etdiyi inzibati orqana və ya subordinasiya baxımından yuxarı inzibati orqana müraciət etdikdən sonra müraciətinə baxılmasının nəticəsindən asılı olaraq inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi ilə bağlı aidiyyəti inzibati məhkəmədə iddia qaldıra biləcəyi izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi X1rşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti, Cavabdeh və X16 cəlb edilməklə “Elmi X10 İnstitutuna tərəfindən əmək münasibətləri çərçivəsində ona qarşı yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması məqsədi ilə Elmi X10 İnstitutunun "X5”nın müdiri Cavabdeh intizam qaydasında cəzalandırması vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Şuşa Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(077)- 324/2021 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddiaçı Cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı 18 may 2021-ci il tarixdə “Bizim Media” İnternet saytında “Ağciyər İnstitutunda maliyyə fırıldağı - COVİD xəstələri ilə işləməyən həkimlərə maaş yazılır” başlıqlı məqaləsində onun iddiaçı barəsində “qeyri-qanuni əmək haqqı yazdırdığı, Koronavirus xəstələri ilə çalışmayan həkimlərinə qeyri-qanuni əmək haqqı yazaraq hesabat şəklində rəhbərliyə təqdim etməsi, onun belə bir əmək haqqı verməyə ixtiyarının olmaması, ötən ay rəhbərliyi aldadaraq iki nəfər bülletendə, bir nəfər məzuniyyətdə olana və bir nəfər kompüter işçisinə maaş yazması, bundan da rəhbərliyin xəbər tutması və xəbərdarlıq şəklində onu cəzalandırması kimi” faktlar yalan məlumatlar hesab olunduğundan cavabdeh İddiaçı üzərinə iddiaçı Cavabdeh üzr istəməsi vəzifəsi qoyulmuş, cavabdeh İddiaçı 500 (beş yüz) manat məbləğində mənəvi zərər və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şuşa Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(077)-324/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair İddiaçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsi dair iş üzrə bəraət verildiyindən iş üzrə xüsusi ittihamçı İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat xidməti və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Göründüyü kimi iddiaçı cavabdehin “Cebhe.İnfo" internet saytın müraciət etməsinə və onu “dələduz” adlandırmasına əsaslanaraq onun cəmiyyətdə olan şərəf və ləyaqətinə xələl gətirdyini əsas gətirməklə iddianın təmin edilməli olmasını bildirir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Azərbaycan Rspublikası Konstitusyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.1-ci Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il taxdə “Cəbhə.info” saytında aşağıdakı məzmunda müsahibə vermişdir: "Neçə illərdir kl, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. Hamısı dələduzluqla bağ əməlləridir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız”. Sonradan həmin məqalə İddiaçı adı əlavə edilməklə aşağıdakı şəkildə dərc edilmişdir: "Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. Hamısı İddiaçı dələduzluqla bağlı əməlləridir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız". Məqalənin ilkin variantı digər xəbər portallarında -"Hüriyyət” onlayn informasiya agentliyində, “Med atv.az", "Dia.az" və “Millitv.az” informasiya portallarında yayımlanmışdır. "Dunyapress.info” xəbər portalında da xx.xx.2022-ci il tarixdə məqalənin ilkin versiyası yayımlanmışdır. "X17” “Millitv az” xəbər portalına 24.10 2022-ci il tarixli, 73 nömrə bildiriş arayışında da qeyd olunmuşdur ki, Cavabdeh müsahibəsində İddiaçı adını çəkməmişdir. Lakin, sonradan "Cəbhə.info" saytında məqalənin İddiaçı adı çəkilməklə dərc edilməsini "Cebhe.info" saytı texniki səhvlə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, məqalədə nalayiq ifadə mövcud olmamış, iddiaçının şərəf və layaqəti nalayiq formada qəsdən alçaldılmamışdır. A.A Əsədli “Hamısı İddiaçının dələduzluqla bağlı əməlləridir və ifşa olunub” ifadəsinin Nuriyyə Səlmovanın musahibə verərkən işlətməsi mötəbər sübutla təsdiq edilmir. Nüriyyə Səlimova dələduz sözünü ümumi işlətmiş, hər hansı şəxsə ünvanlamamış və hətta İddiaçı adını çəkməmişdir. İddiaçı böhtan və təhqir hesab etdiyi cümlələri Cavabdeh fikir kimi səsləndirmiş, bu baxımdan həmin fikirlərin həqiqətə uyğun olub-olmamasını sübut etmək tələbinə raiyət etmək mümkün deyil və bu tələb Avropa Konvensiyasının 10-cu maddəsi ilə təmin edilmiş huququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” esaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın" mövcud olub-olmadığını müəyyən etməlidirlər, bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mulahizə hududları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının muəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş müraciətin iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirməsi dəlili əsaslı sayıla bilməz. Belə olan halda iddia tələbi “Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə,"Cebhe.info" internet saytında “X7 nə baş verir?- X28-qorxu zəngi edilib” başlığı altında dərc edilmiş məqalədə barəsində səsləndirilərək yayılan "dələduzluq" ifadəsinin həqiqətəuyğun olmayan məlumat hesab edilməsi barədə vəzifə qoyulması” hissədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin cavabdehdən onun xeyrinə 950 manat mənəvi zərərin tutulması ilə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə araşdırması zamanı cavabdehin müraciətində şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların olması sübuta yetirilməməklə həmin hissədə iddia rədd edildiyindən məhkəmə hesab edir ki, həmin tələbdən irəli gələn bu hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə,"Cebhe.info" internet saytında “X7 nə baş verir?- X28-qorxu zəngi edilib” başlığı altında dərc edilmiş məqalədə barəsində səsləndirilərək yayılan "dələduzluq" ifadəsinin həqiqətəuyğun olmayan məlumat hesab edilməsi və həmin əmələ görə ona dəymiş mənəvi zərərin qarşılığı olaraq 950 manat pul məbləğinin cavabdehdən onun xeyirinə tutulması barədə iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Tağıyev