Məhkəmə qərarları › İş №e-2(003)-1178/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1178/2023

04.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1178/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaq ilə bioloji bağlılığın olmaması və ata qrafasında qeydin ləğv edilməsi tələbi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 ilə atası hesab edilən İddiaçı arasında bioloji bağlılığın olmaması və ata qrafasında İddiaçı qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə 1999-cu ilin iyul ayında nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 28 iyul 2000-ci il təvəllüdlü X2, 06 iyul 2001-ci il təvəllüdlü X5 və 03 fevral 2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşdiyi üçün tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 2(003)-322/2016 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon VVADQ şöbəsində bağlanmış 181 № li nikah qeydi pozulmudur. İddiaçı iddia edir ki, 03 fevral 2011-ci il təvəllüdlü X7 adlı övladları rəsmi nikahdan doğulmuş olsa da onunla bioloji bağlılığı yoxdur. Ona görədə 03 fevral 2011-ci ildə anadan olan X1 doğum haqqında şəhadətnamənin ata qrafasında valideyin kimi onun adının qeyd olunması etibarsız sayılmalıdır. Eyni zamanda qeyd edir ki, cavabdeh özü dəfələrlə onları tanıyan şəxslərin yanında iddiaçının Hüseyn Vəlibəyli adlı övladlarının atası olmamasını bildirmişdir. Ona görə də hazırda müvafiq ekspertiza keçirməklə bioloji bağlılığın olmamasının müəyyən edilərək ata qrafasında qeydin etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürmək məcburiyyətində qalmışdır. İşə baxılması zamanı iddiaçının nümayəndəsi vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəyişdirmiş və məhkəmədən rəsmi nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3 ilə atası hesab edilən İddiaçı arasında bioloji bağlılığın olmaması və ata qrafasında İddiaçı qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Həmçinin izahatında bildirmişdir ki, cavabdeh başqa şəxslə münasibətdə olmuş, halhazırda həmin şəxslə yaşayır. X3 həmin şəxsin oğludur və cavabdeh özü də iddiaçının həmin uşağın atası olmadığını bildirir. Hətta bununla bağlı aralarında dava olmuş, polis idarəsində işləri də olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə (sms göndərilməsinə) baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-322/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Vəlibəyova (Əliyeva) Nailə Fəxrəddin qızı arasında xx.xx.1999-cu il tarixdə Bakı şəhəri Xəzər rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2000-ci il təvəllüdlü X2, xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2016-cı il tarixdən başlayaraq Cavabdeh xeyrinə İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ½ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. -mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxs tərəfindən verilmiş 566/2023-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən ABO sistemi üzrə İddiaçı ekspertizaya təqdim olunmuş X3 adlı uşaq barəsində atalıq faktı inkar olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-46.2-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-47.2-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydaların 2.8.1-ci bəndinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iş üzrə tərəflər rəsmi nikahda olmuşlar və nikahda olduqları dövrdə xx.xx.2011-ci il təvəllüdlü X3 doğulmuşdur. İş üzrə iddiaçının xx.xx.2011-ci il təvəllüdlü X1 atası olması iş üzrə verilmiş ekspert rəyi ilə inkar olunmuşdur. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, xx.xx.2011-ci il təvəllüdlü X3 doğulduğu zaman iş üzrə tərəflər rəsmi nikahda olduqlarının yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən onun doğum haqqında şəhadətnaməsində atası kimi iddiaçı qeyd olunmuşdur. Hazırda isə iş üzrə müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il təvəllüdlü X1 atası deyil. Eyni zamanda məhkəmə nəzərə alır ki, iddiaçının uşağın doğum akt qeydində atası kimi yazılması iddiaçıdan asılı olmayan səbəbdən, yəni mövcud qanununvericiliyin tələblərindən irəli gələn haldan ibarət olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin prosessual qanunvericiliyin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır. Beləliklə məhkəmə, bütün yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 arasında bioloji bağlılığın olmaması (atası olmaması) müəyyən edilməli, xx.xx.2011-ci il təvəllüdlü X1 doğum akt qeydində ata qrafasında ata haqqında məlumat ləğv edilməlidir. Həmçinin məhkəmə, izah olunmasını zəruri hesab edərək qeyd edir ki, xx.xx.2011-ci il təvəllüdlü X1 doğum akt qeydində ata qrafasında ata haqqında məlumat ləğv edildikdən sonra doğum akt qeydində ata haqqında məlumatın uşağın anasının göstərişi üzrə yazılmalı olması izah edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 arasında bioloji bağlılığın olmaması (atası olmaması) müəyyən edilsin və xx.xx.2011-ci il təvəllüdlü X1 doğum akt qeydində ata qrafasında ata haqqında məlumat ləğv edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 doğum haqqında akt qeydində ata haqqında məlumatlar ləğv edildikdən sonra doğum akt qeydində ata haqqında məlumatın uşağın anasının göstərişi üzrə yazılmalı olması izah edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar