Məhkəmə qərarları › İş №e-2(003)-1218/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1218/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1218/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 142,4 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq alan X3 arasında bağlanmış 10 iyul 2023-cü il tarixli, AZL-72 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Nexia” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq” müqavilənin ləğv olunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin müqavilə üzrə lizinq alan X1 müvəqqəti sahibliyində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh AR X6 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. EQ 16572194 saylı protokola görə 36 manat; 2. EQ 16572186 saylı protokola görə 45 manat;

3. İXP ******* saylı protokola görə 52.40 manat; 4. EQ 16687690 saylı protokola görə 9 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 142,40 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “X4” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Nexia” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Elektron xidmətlər portalından çıxarışdan görünür ki, Cavabdeh **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi zamanı yol hərəkəti qaydalarını pozduğuna görə EQ 16687690 nömrəli protokol üzrə 9 manat, İXP ******* nömrəli protokol üzrə 52,40 manat, EQ 16572186 nömrəli protokol üzrə 45 manat, EQ 16572194 nömrəli protokol üzrə 36 manat məbləğində cərimə hesablanmışdır. X2 ********** nömrəli, ********** nömrəli, ********** nömrəli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh hesablanmış EQ 16687690 nömrəli protokol üzrə 9 manat, İXP ******* nömrəli protokol üzrə 52,40 manat, EQ 16572186 nömrəli protokol üzrə 45 manat, EQ 16572194 nömrəli protokol üzrə 36 manat məbləğində cərimə İddiaçı MMC tərəfindən ödənilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə məxsus olan “Chevrolet Nexia” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol hərəkəti qaydalarını pozuması nəticəsində həmin şəxsə Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən inzibati xəta haqqında protokollara əsasən ümililikdə 142,4 manat məbləğində cərimə hesablanmışdır. Hazırda İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 142,40 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 142,40 (yüz qırx iki manat, qırx qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar