Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1284/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 avqust 2011-ci il təvəllüdlü X6 və 06 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 24 sentyabr 2010-cu il tarixdə evlənmişdir. Birgə nikahları dövlət reyestrində qeydiyyata alınmamışdır. O dəfələrlə nikahın qeydə alınmasını xahiş etsə də cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Faktiki nikahdan 24 avqust 2011-ci il təvəllüdlü X6 və 06 iyun 2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Hər iki uşağa 5 saylı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində 02 iyun 2018-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. O Cavabdeh ilə birlikdə ümumi təsərrüfatın aparılmasında iştirak etmişdir. Bir müddət mehriban şəraitdə yaşasalar da sonradan Cavabdeh xarakterində dəyişikliklər onun əsil simasının açılmasına səbəb oldu.O, iddiaçıya və valideyinlərinin ünvanına söyüşlər söyür, döyür, onun qadınlıq ləyaqətini alçaldan hərəkətlər edir. O ailənin dağılmaması üçün bütün bunlara dözsə də, o, bu hərəkətlərindən çəkinmirdi. Bir neçə dəfə ayrılmaq istəsə də valideyinlərinin təkidi ilə dözməli olmuşdur. Onun sonuncu dəfə əxlaqsız hərəkətlərindən, onu döyüb xəsarət yetirdikdən sonra 02 sentyabr 2024-cü il tarixdə məcburiyyət qarşısında qalaraq uşaqlarla birlikdə evdən qaçmışdır. O aldığı xəsarətlərlə bağlı Xəzər RPİ-nin3-cü PB-nə şikayət etmişdir və həmin vaxtdan Cavabdeh axtarışdadır. Buna baxmayaraq, o, iddiaçını rahat buraxmır, telefon vasitəsi ilə onu və uşaqlarını öldürməklə hədələyir. Artıq onların ər-arvad münasibətləri pozulmuşdur. O hazırkı iddia tələbləri barədə ilkin olaraq mediasiya qaydasında təkliflərimi cavabdehə göndərmişdir. Lakin, mediasiya prosesinin sonrakı mərhələsində qarşılıqlı razılıq olmadığından proses davam etməmişdir. Bu barədə ona Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00031 saylı arayış verilmişdir. Cavabdeh aylıq qazancı (gəlirləri) barədə heç bir məlumatı yoxdur. Uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. Ona görə də “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, o, məhkəmə iclasına gəlməmişdir, lakin ərizə ilə məhkəməyə mürciət edərək bildirdi ki, onların ayrilma sebebi X8 qizinin yüngül heyat terzi keçirmeyidir, illerle davam etdiyi üçün xeyanetlerin ucbatindan ayrılıq qerarı verilib ve esassız iddia ireli sürüb. 2011 ci il tevveludlu oğlu X7 onun ve anasının himayesindedir. Anansının davranıslarından utandığı üçün atası ilə yasamağa qerar verib ve onun himayesindədir. Onun qızının gelecek heyatı onu narahat edir ve yungul heyat terzi keçiren bir qadin onun övladlarına terbiye vere bilmez, tehsilden yayinmalarına bele sebeb olub. Aliment iddiasının leğv olunmasını və X8 qızının analıqdan mehrum edilməsini xahiş edir, onun qızının heyati tehlukede qalmasın, geleceyi mehv olmasın. Əlinde subtalar ve faktlar var, illerle yungul heyat terzi keçirdiyine dair sentyabr ayından ayrı yasayirlar və hələdə hərəkətlerine davam edir, yungul heyat tərzini yasayır və qızının, oğlunun geleceyini mehv edib utandirir. Bu insan illerdir esassız yalanlarla yungul heyat terzi ile onların həyatını məhv edib, nece bir qadın olduğunu islediyi qurumda bele gözel bilirler. Aylardir yalandan soz verirdi ki, usaqlarina gore dogru düzgun davranacaq, o da zaman verdi, yenede bir netice olmadi, yalan sozler yalan vedler. Faktlara sahidlere ehtiyac olarsa teqdim ede biler. Övladlari ilə xobext firavan yasayirlar, munasibeti eladir amma çirkin emellerinden qalmir her zaman yalanlarla xeyanetlerle soz sohbet salir rifahlarını usaqlarinin geleceyini mehv edir. Oğlu onunla anasının himayesindedir, qizini da yungul heyat terzi yasayan qadinin bataqliqindan qurtarmaq iatəyir. İddiaçı bu hərəkətləri nəticəsində usaqlarına travma yasatdi, pisixoloji problemlerinin ucbatindandan usaqlarlada reftari kobdudur ve maraqlanmir onlarla. Qeyd edilənlərə əsasən iddianın ciddi araşdırılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan 24 avqust 2011-ci il təvəllüdlü X6 və 06 iyun 2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı doğulmuş 24 avqust 2011-ci il təvəllüdlü X6 və 06 iyun 2013-cü il təvəllüdlü X3 atası Cavabdehdur. Tətbiq edilən qanunvericilik Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: "8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)." Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasəm hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının Cavabdeh ilə faktiki nikahından 24 avqust 2011-ci il təvəllüdlü X6 və 06 iyun 2013-cü il təvəllüdlü X5 adlı övladları olmuşdur. Tərəflər ayrılmışlar və birgə nikahlarından anadan olmuş uşaq halhazırda iddiaçının himayəsindədir. 24 avqust 2011-ci il təvəllüdlü X6 10 yaşına çatmış olduğundan və onun haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan, o valideyinlərinin iştirakı ilə məhkəmədə dinlənilmiş və anasının himayəsində yaşadığını bilirdi. Atası ilə telefon vasitəsi ilə əlaqə saxlayır, lakin tez-tez görüşmürlər. Digər uşaq 10 yaşına çatmış olduğundan və onun haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olmuşdur, lakin uşağın məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə azyaşlı uşaqların mənafeyini, onların mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşağın hazırkı yaşda ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olduğunu nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulan nikahından 24 avqust 2011-ci il təvəllüdlü X6 və 06 iyun 2013-cü il təvəllüdlü X5 İddiaçı yanında qalmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə tərəflərin nikahından doğulmuş uşağın mənafeyini nəzərə alaraq, cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları əsas tutaraq, Cavabdeh hər ay hər uşağa 250,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 246 manat həddində aliment tutulmasını məqsədə uyğun hesab edir. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manatdır. Qeyd olunan 246 manat məbləğ göstərilən 400 manat minimum əmək haqqı məbləğinin (246:400) 0,61 mislini təşkil edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Belə ki, İşin materiallarından görünür ki, İddiaçı cavabdehə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixdə təklif göndərmişdir. Buna görə də alimentin tutulma müddəti iddiaçının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin yerinə yetirilməsi üçün cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifi göndərdiyi xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 24 avqust 2011-ci il təvəllüdlü X6 və 06 iyun 2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (hər uşağa ayrı-ayrılıqda) sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24 avqust 2011-ci il təvəllüdlü X6 və 06 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli (hər uşağa ayrı-ayrılıqda) həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 24 avqust 2011-ci il təvəllüdlü X4 və 06 iyun 2013-cü il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli (hər uşağa ayrı-ayrılıqda) həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1284/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1284/2025
07.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver