Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1309/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1739 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun (37,39 manatın) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Shacman SX3314DT366 yük” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə hadisə zamanı "xxxx" MTK-yə məxsus əmlaka (mərmər daşları) maddi zərər vurmuşdur. AR DİN Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokoluna və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, “Shacman SX3314DT366 yük” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6 (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrinə əsasən 100,00 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AR DİN Bakı şəhər DYPİ tərəfindən “Shacman SX3314DT366 yük” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan və TP ******* inzibati tənbehvermə haqqında saylı qərardan məlum olur ki, X1 yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş, “Shacman SX3314DT366 yük” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobilin PDS********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin nəqliyyat vasitəsi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Şirkət tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli Akta əsasən hadisə nəticəsində "xxxx" MTK-yə dəymiş zərər 1739,00 (bir min yeddi yüz otuz doqquz) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021ci il tarixli, 19779 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, № 24426 saylı ödəniş tapşırığına əsasən 1739,00 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş "xxxx" MTK-nın hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022ci il tarixli, 08/01-146 saylı Geriyə tələb (subroqasiya) məktublarından görünür ki, Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən Şirkət tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1739,00 manat məbləğində ödənilmiş sığorta ödənişinin Cavabdeh geri ödənilməsi tələb edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən kiçik iddia qaydasında ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh müvafiq qaydada məlumat göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, qəza baş verdikdən sonra 102-yə zəng vuraraq məlumat vermişdir. Hadisə yerinə hər iki sığortda şirkətindən gəlmişlər. İdarə etdiyi nəqliyyat vasitəsi lizinqdə olmuş, hazırda isə onun mülkiyyətindədir. O, hadisəyə görə cərimə olunmuş, lakin hadisə yerindən yayınmamışdır. Belə ki, ona maşını qoyub getməsi, sabah isə polis idarəsinə yaxınlaşması deyilmişdir. O da maşını hadisə yerində qoyub getmişdir. Hazırda hesab edir ki, dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilməlidir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sığorta haqqında şəhadətnamənin təfsilatının surətindən görünür ki, “Shacman” yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığrtalanmışdır. Müqavilənin müddəti xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədəkdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 01:40 radələrində Bakı şəhərində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadissinin baş vermsində təqsirli olan şəxs “Shacman” yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü Cavabdeh olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı "xxxx" Mənzil-tikinti koopertivinə məxsus əmlakamərmər daşlarına zərər dəmişdir. İş materiallarında olan "xxxx" Mənzil-tikinti koopertivinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, 03 oktyabr gecə 01:20-də “Ağ şəhər” "xxxx" MTK-nın tikinti sahsinə “Shacman” yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı avtomobil şebel gətirən zaman sahədə səliqəli yığılmış “iran mərmər”lərini dağıtmış və şirkətə ziyan vurmuşdur. Dəyəri 1739 manat olan 14 ədəd mərmərə zərər dəymişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində, saat 01:40-da Ağ şəhərdə “Shacman” yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1ci maddələrində nəzərdə tutulmuş intibati xətaları törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 19779 nömrəli sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, “Shacman” yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi zamanı xx.xx.2021-ci il tarixdə saat 01:40 radələrində "xxxx" MTK-ya məxsus mərmər daşlarına vurulmuş 1739 manat məbləğində zərərin MTK-nın hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan 24426 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, 1739 manat məbləğində pul "xxxx" MTK-nın hesabına köçürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" MTK-ya dəymiş zərərin 1739 manat məbləğində müəyyənləşdirilərək ödənildiyi bildirilmiş və ondan həmin məbləğin 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdalıq edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 37,39 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh qanuni əsaslarla xx.xx.2021-ci il tarixində, saat 01:40-da Ağ şəhərdə “Shacman” yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsi zamanı "xxxx" MTK-ya məxsus əmlaka (mərmər daşlarına) zərər dəymişdir. İddiaçı sığorta şirkəti tərəfindən dəymiş zərərin məbləğinə uyğun 1739 manat "xxxx" MTK-ya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına əsasən yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin müəyyən edilmiş hallarından görünür ki, yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş və o, hadisə yerindən yayınmışdır. Belə ki, iş üzrə cavabdeh hadisə yerindən yayınmamasını bildirsə də iş materiallarından (inzibati tənbeh vermə haqqında qərardan) görünür ki, o, həmçinin hadisə yerindən yayındığına görə inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı tikinti şirkətinə məxsus mərmər daşlarına dəymiş zərər isə iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı sığorta şirkətinin subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 1739 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 37,39 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1739 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 37,39 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1309/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1309/2023
22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver