Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1432/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2012-ci il təvəllüdlü X4 görə olan aliment öhdəliyindən azad edilməyi, ödənilmiş mediasiya xərcləri və dövlət rüsumu olmaqla cəmi 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-348/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməklə xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X5 barəsində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatların ləğv edilməsi qət edilmişdir. Qətnmaə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin icra şöbəsində olarkən onun aliment öhdəliyindən azad edilməyinin zəruriliyi bildirilmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Bu səbəbdən iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək iddia ərizəsinin alimentin ləğv olunması hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirdi və izahatında göstərdi ki, iddiaçı ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Daha sonra Pirallahı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, Lalayev Səidin onun yanında qalması və İddiaçı Lalayev Səidin yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin alimentin miqdarı artırılmışdır. Daha sonra həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X5 barəsində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatların ləğv edilməsi qət edilmişdir. Qeyd edir ki, xx.xx.2012-ci il təvəllüdlü Lalayev Səid iddiaçının oğlu deyil və iddiaçı bunu əvvəlkdən bilmişdir. Lakin uşağa atalığə könüllü versə də somradan bundan imtina etmişdir. Məhkəmə işdə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. -İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə X2 arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olan X3 anası X1 yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2551/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2622/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-348/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilməklə xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X5 barəsində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatların ləğv edilməsi qət edilmişdir. -01 fevral 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi Vəkil isə iştirak edərək 50 manat məbləğində mediasia sessiyası üçün və 10 manat poçt xərcini ödəmişdir. (Mediator: V.V.Vəliyev). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin mübahisəsiz və cavabdeh tərəfindən də etiraf edilən hallarından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Lalayev Səid tərəflərin birgə nikahları dövründə anadan olsa da, sonradan İddiaçı atalığı mübahisələndirməsi ilə uşağın doğum haqqında şəhadətnaməsində ata qeydi ləğv edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2012-ci il təvəllüdlü Lalayev Səidə münasibətdə atalığın ləğv olunmasını ailə vəziyyətində baş vermiş diqqətəlayiq dəyişiklik kimi nəzərə alaraq hesab edir ki, bu hal aliment öhdəliyindən azad etmək üçün əsasdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.14-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən İddiaçı xx.xx.2012-ci il təvəllüdlü Lalayev Səidə görə ödənilən aliment öhdəliyindən azad edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2551/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Lalayev Səidə görə hər ay ödənilməsi qət edilmiş aliment öhdəliyindən azad edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1432/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1432/2023
13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver