Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-144/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Genesis” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 12116,46 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 127 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “İveco Urbanvay” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Malibu” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 15968,14 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabadehin icbari sığorta şirkəti olan "xxxx" Sığorta Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 3851,68 manat hissəsini İddiaçı Sığorta Şirkəti ASC-yə ödədiyi üçün cavabdehin borc məbləği 12116,46 manat təşkil edir. xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh inzibati tənbeh vermə haqqında qərarla təqsirli bilindiyinə görə cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavab deh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan 111929 saylı sığorta aktının surətindən görünür ki, sığortalanmış “Hyundai Genesis” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 15968,14 manat müəyyən edilmiş, həmin məbləğ İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılması və avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətində görünür ki, "xxxx" MMC ilə İddiaçı Sığorta Şirkəti ASC arasında xx.xx.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır. İşdə olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli hesabatın surətindən görünür ki, “Hyundai Genesis” markalı **-AL-*** qeydiyyat nişanlı avtomobilə 15968,14 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Genesis” markalı **-AL-*** qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Malibu” markalı, **-CB-*** qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 10115 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına “Bank of Baku” vasitəsilə xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən 15968,14 manat sığorta ödənişi etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat cərimə olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli pretenziya məktublarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 10 iş günü ərzində zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmə orqanına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7991 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Genesis” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 11705,0 manat müəyyən olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASCnin iddiasının əsası kimi istinad etdiyi xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “İveco Urbanvay” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Malibu” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi sübut olunur. Bununla da sığortalanmış xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “İveco Urbanvay” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “İddiaçı Sığorta Şirkəti ASC-yə keçdiyindən, bununla da İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yarandığından, sığorta ödənişi cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh X3 tərəfindən törədildiyindən vurulmuş ziyan Cavabdeh alınaraq İddiaçı Sığorta ASC-nə ödənilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, , “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 15968,14 manat məbləğində deyil, 11705,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 11705,0 manat olduğunu işin hallarına uyğun sayır. Belə ki, iddiaçı sığortalıya həmin məbləğdə sığorta ödənişi ödəməli idi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Lakin iddiadan, müəyyən edilmişdir ki, "xxxx"xxxx"xxxx" ASC-yə ödəniş etmişdir. Belə olan məhkəmə ekspert rəyi ilə razışaraq, rəydən göstərilənlərin işin faktiki hallarına uyğun gəlir. Avtomobilə ümumilikdə dəymiş zərərin məbləği 11705 manat müəyyən edilməli, həmin məbləğdən 3851,68 manatın "xxxx" ASC subroqasiya qaydasında iddiaçıya ödəməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin məbləğinin 11705,0 manat olduğundan dəymiş zərərin ödənilməsi barədə iddia təmin edilərkən ekspert rəyi ilə müəyyən edilmiş 11705,0 manat məbləğindən "xxxx"xxxx"xxxx" ASC-nə ödənimiş 3851,68 manat məbləği çıxılmalıdır (yəni 11705,0-3851,68=7853,32 manat) və sığortalanmış Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin sığorta ödənişi miqdarı əvəzi 7853,32 manat Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddia qismən təmin edilməli olduğundan, sığorta ödənişi Cavabdeh alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, 111,0 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 16,0 manatı isə iddiaçıya aid edilməlidir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 6 manatı iddiaçıdan, 44 manatı cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. .Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 11705 manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 122,0 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7 964,32 manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul vəsaitinin 44,0 manatı Cavabdeh, 6 manatı isə İddiaçı Sığorta Şirkəti ASC- alınaraq dövlət büdcəsinə ödənilsin. (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22,) İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun 16 manatı iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-144/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-144/2024
25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver