Məhkəmə qərarları › İş №e-2(003)-1486/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1486/2021

26.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1486/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, kreditor Tələbkar Borclu qarşı əmr icraatı qaydasında borcun tutulması barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Tələbkar Borclu qarşı əmr icraatı qaydasında borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək Borclu 2940 manat məbləğində pul məbləğinin, habelə 500 manat məbləğində cərimənin və dövlət rüsumu olaraq 20 manat pulun, ümumilikdə 3460 manat məbləğində pul vəsaitinin borcludan kreditorun xeyrinə tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Tələbdən görünür ki, borclunun cərimə üzrə ödəməli olduğu borc məbləğinin sonuncu tərəfindən mübahisələndirilməsinin qanuni əsasları mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilən halda kreditorun tələbinin mübahisə doğurmasını və məhkəmə araşdırması zərurətinin yaranmasını nəzərə alaraq belə nəticəyə gəlirəm ki, məhkəmənin, məhkəmə əmrinin verilməsindən imtinası əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3. maddəsində göstərilir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 276.1. maddəsinin mahiyyətindən görünür ki, kreditorun tələbi borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3. və 279.4. maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Tələbkar Borclu qarşı əmr icraatı qaydasında borcun tutulması barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda hazırkı ərizə üzrə ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar