Məhkəmə qərarları › İş №e-2(003)-1547/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1547/2023

13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1547/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qızı X5 adına bank hesabında olan aliment pulundan götürülmüş 11.284,0 manat məbləğin cavabdehdən alınaraq geri qaytarılması və alimentin ödənilməsi üsulunun dəyişdirilərək, hər ay ona nağd şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan 11 mart 2013-cü il tarixdə X6 adlı qızı dünyaya gəlmişdir. Bir müddət sonra aralarındakı münasibətlər pozulduğuna görə nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuşdur. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, qızları 11 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi, X3 3 yaşına çatanadək Cavabdeh hər ay 50,0 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən məhkəmə qətnaməsinin icrası üsulunun dəyişdirilməsi barədə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə iddia verilərək cavabdehdən tutulan alimentin 50%-nin qızı X5 adına "xxxx" ASC-nin Mərdəkan filialında açılmış 3861000DN7046922İ39 saylı bank hesabına köçürülməsi tələb edilmiş və iddia tələbi təmin olunaraq, alimentin 50%-nin həmin bank hesabına köçürülməsi və həmin bank hesabından pul vəsaitinin götürülməsinin qızları X5 yetkinlik yaşına çatanadək valideynlərin, yəni onun və cavabdehin birgə razılığı ilə həyata keçirilməsi barədə 19 may 2014-cü il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Daha sonra Cavabdeh tərəfindən alimentin ödənildiyi bank hesabının dəyişdirilməsi barədə iddia tələbi təmin olunaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(094)- 62/2014 saylı qətnaməsi üzrə Cavabdeh tutulan alimentin 50%-nin "xxxx" ASC-nin Sahil filialında qızları X2 adına açılmış **********0944-244252 saylı hesaba köçürülməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh tərəfindən bank hesabının yenidən dəyişdiriməsi barədə məhkəməyə müraciət etmiş və iddiası təmin olunaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 8(003)-124/2020 saylı qərardadı ilə Cavabdeh tərəfindən tutulan alimentin 50%-nin qızları X5 adına "xxxx" ASC-nin Mərdəkan filialında açılmış AZ61UBAZ**********1010AZN001 saylı hesaba köçürülməsi və həmin hesabdan pul vəsaitinin götürülməsinin qızları yetkinlik yaşına çatanadək hər ikisinin birgə razılığı ilə həyata keçirilməsi qərara alınmışdır. Socar “X9” tresti tərəfindən verilmiş arayışda göstərilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2022-ci il tarixədək X2 adına açılmış bank hesablarına ümumilikdə 16090,0 manat aliment ödənişi edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-124/2020 saylı qərardadına əsasən, qızlarının bank hesabına ödənilmiş aliment qızları X5 yetkinlik yaşına çatanadək yalnız cavabdeh və onun birgə razılığı əsasında götürülə bilər. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsinin tələbi nəzərə alınmayaraq, 29 yanvar 2019-cu il tarixdə 1000 AZN, 11 fevral 2019-cu il tarixdə 1000 AZN, 18 iyun 2019-cu il tarixdə 731 AZN, 26 sentyabr 2019-cu il tarixində "xxxx" ASC-nin Sahil filialından qızının adına olan bank hesabından 7892,81, (yeddi min səkkiz yüz doxsan iki manat səksən bir qəpik) 539,50 (beş yüz otuz doqquz manat əlli qəpik) AZN və 122,85 (bir yüz iyimi iki manat səksən beş qəpik) AZN məbləğində çıxarışlar edilmişdir. Həmin kassa məxaric orderlərindən də göründüyü kimi, qızlarına məxsus olan həmin pulları alan şəxs kimi Cavabdeh göstərilmişdir. Cavabdeh tərəfindən qızları X2 adına olan bank hesabına köçürülən aliment pulunun götürülməsi uşağın mənafeyi naminə olmadığı üçün qızlarının hüquqları pozulmuşdur. Bu bank hesabından həmin pulların götürülməsi yalnız onun və Cavabdeh birgə razılığı əsasında həyata keçirilməli idi. Lakin, cavabdehdən dəfələrlə ələ keçirdiyi alimenti tələb etsə də, verməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri azyaşlı övladının əmlak hüquqlarını ciddi şəkildə pozur. Cavabdeh tərəfindən həmin pulun onun razılığı olmadan götürülməsi əsassız varlanma hesab edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdehin onun razılığı olmadan bank hesabından hər hansısa bir qanuni və ya müqavilə əsası olmadan, eyni zamanda onun razılığı tələb olunduğu halda ona heç bir məlumat verməyərək aliment pulunu götürməsi qızlarının vəsaiti hesabına əsassız varlanma hesab edilməlidir. Eyni zamanda, yuxarıda qeyd etdiklərindən göründüyü kimi cavabdeh tərəfindən qızımızın kart hesabına ödənilən aliment mənim razılığım olmadan cavabdeh tərəfindən hesabdan çıxarıldığı üçün alimentin ödənilməsi qaydası da dəyişdirilərək ona nağd şəkildə ödənilməli olduğunu hesab edir. Cavabdeh tərəfindən bank hesabından aliment pulunun götürülərək öz mənfəəti üçün xərclənməsi qızı X2 həmin maddədə göstərilmiş hüquqlarını pozmuşdur. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən qızı X5 adına bank hesabında olan aliment pulundan götürülmüş 11.284,0 manat məbləğin cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 11.284,0 manat məbləğində alimentin tutularaq X3 adına "xxxx" ASC-nin Mərdəkan filialında açılmış AZ61UBAZ**********41010AZN001 saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, o, məhkəmə qərarına əsasən hər ay azyaşlı uşağına görə ödəməli olduğu alimentin 50 faizi onun əmək haqqında tutularaq uşağınbank hesabına köçürür. İddiaçı ilə birgə razılıqlarına əsasən hazırda bütün hesablaşmalar "xxxx" ASC-də olan hesabında həyata keçirilir. O, iddiaçının razılığı ilə uşağa mebel alınması üçün Milenanın "xxxx" ASC-də olan hesabında yığılmış vəsaitindən həqiqətən də təxminən 7000-8000 manat pul çıxarmışdır. Lakin sonradan iddiaçının narazılığını görərək həmin pulu Milenanın "xxxx" ASC-də olan hesabına geri qaytarmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilən "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2020-xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X3 adına açılmış AZ61UBAZ**********1010AZN001 nömrəli hesabda cəmi dövriyyə: kredit – 9566,90 manat, debet – 8022,08 manat, çıxış qalıq 1544,82 manat təşkil edir. İşdə olan SOCAR “X9” Trestinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X3 adına açılmış "xxxx" ASC-nin Mərdəkan, "xxxx" ASC-nin Sahil və "xxxx" KB ASC-nin Mərdəkan filiallarındakı hesabına 2022-ci ilin dekabr ayınadək 17862,12 manat köçürülmüşdür. İşdə olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2020-xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X3 adına açılmış AZ61UBAZ**********1010AZN001 nömrəli hesabda xx.xx.2022-ci il tarixə 17083,33 manat olmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna əsasən göndərilmiş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə qızı X3 adına 100,0 manat mədaxil etməklə onun xeyrinə əmanət hesabı açmış, sonradan həmin hesaba köçürmə yolu ilə mədaxillər olmuşdur. xx.xx.2016cı il tarixindən etibarən isə mədaxillər Cavabdeh cari hesabına köçürmə yolu ilə daxil olmuşdur. xx.xx.2018-ci il tarixində Cavabdeh həm öz cari hesabında, həm də qızının əmanət hesabında olan vəsaitləri məxaric etmişdir. İşdə olan "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna əsasən göndərilmiş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, İşdə olan SOCAR “X9” trestinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Yevgenyeviçin aylıq əmək haqqından aliment tutularaq xx.xx.2014-cü il tarixli 10393/4 A saylı Xəzər rayon İcra şöbəsinin icra vərəqəsinə əsasən İddiaçı adına açılmış “Azərbaycan Beynəlxalq Bankı”nın Nizami filialındakı hesabına, xx.xx.2015-ci il tarixli 2930/4 saylı Xəzər rayon İcra şöbəsinin icra vərəqəsinə əsasən X4 adına açılmış "xxxx" ASC-nin Mərdəkan filialına, "xxxx" ASC-nin Sahil filialına və "xxxx" KB ASC-nin Mərdəkan filialındakı hesabına köçürülmüşdür. İşdə olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1503/2024 saylı xx.xx.2014cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(094)-62/2014 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin 50 faizinin "xxxx" ASC-nin Mərdəkan filialında yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 adına olan 3861000DN7046922İ39 saylı bank hesabına köçürülməsi, X7 yetkinlik yaşına çatanadək həmin bank hesabından pul vəsaitinin götürülməsinin onun valideynləri – Cavabdeh Evqeniyeviç və X1 razılığı ilə həyata keçirilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-124/2020 saylı xx.xx.2020ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1503/2014 saylı mülki iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(094)- 62/2014 saylı qətnaməsi üzrə Cavabdeh tutulan alimentin 50 faizinin "xxxx" ASC-nin Mərdəkan filialında xx.xx.2013-cü il təvəllüdlü X3 adına olan AZ61UBAZ**********1010AZN001 saylı hesaba köçürülməsi, X7 yetkinlik yaşına çatanadək həmin bank hesabından pul vəsaitinin götürülməsinin onun valideynləri – Cavabdeh Evqeniyeviç və X1 razılığı ilə həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 11 mart 2013-cü il tarixdə X6 adlı qızı dünyaya gəlmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən onlar arasındakı nikah pozulmuş, həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 11 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında, X3 3 yaşına çatanadək Cavabdeh hər ay 50,0 manat məbləğində alimentin tutularaq ödənilməsi qət edilmişdir. Cavabdeh müraciəti əsasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarına əsasən ondan tutulan alimentin 50%-nin qızı X5 adına "xxxx" ASC-nin Mərdəkan filialında açılmış 3861000DN7046922İ39 saylı bank hesabına köçürülməsi və həmin bank hesabından pul vəsaitinin götürülməsinin qızları X5 yetkinlik yaşına çatanadək valideynlərin birgə razılığı ilə həyata keçirilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh tərəfindən alimentin ödənildiyi bank hesabının dəyişdirilməsi barədə iddia tələbinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(094)- 62/2014 saylı qətnaməsi üzrə Cavabdeh tutulan alimentin 50%-nin "xxxx" ASC-nin Sahil filialında qızları X2 adına açılmış **********0944-244252 saylı hesaba köçürülməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh tərəfindən bank hesabının yenidən dəyişdiriməsi barədə məhkəməyə müraciət etmiş və iddiası təmin olunaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 8(003)-124/2020 saylı qərardadı ilə Cavabdeh tərəfindən tutulan alimentin 50%-nin qızları X5 adına "xxxx" ASC-nin Mərdəkan filialında açılmış AZ61UBAZ**********1010AZN001 saylı hesaba köçürülməsi və həmin hesabdan pul vəsaitinin götürülməsinin qızları yetkinlik yaşına çatanadək hər ikisinin birgə razılığı ilə həyata keçirilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən aliment ödənişinin "xxxx" ASCdə həyata keçirildiyi vaxtda hesabdan məxaric həyata keçirilmiş, sonradan həmin pulun bir hissəsini "xxxx" ASC hesabı vasitəsilə hesaba geri qaytarmışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək cavabdeh tərəfindən birgə nikahlarından olan övladları X3 adına aliment köçürülməsi üçün açılmış depozit hesabından cavabdeh tərəfindən pul çıxarıldığını əsas gətirərək, həmin pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, X3 adına açılmış hesablara 2023-cü ilin yanvar ayınadək cavabdehin əmək haqqından ümumilikdə 17862,12 manat köçürülsə də, həmin tarixə hesab çıxarışlarında məbləğ 17083,33 manat olmuşdur. Göründüyü kimi X3 adına açılmış hesabda ümumilikdə 17.862,12 manat olmalı olduğu halda bu məbləğ hal-hazırda 17.083,33 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3 və 55.4 maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh övladı X3 adına açılmış bank hesabından pul vəsaitini məxaric etmiş, lakin bu zaman uşağın digər valideyninin razılığı olmamış, həmin vəsait uşağın xeyrinə sərf edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən hesabdan pul vəsaitini çıxarmasının hüquqi əsası olmamışdır. Bu halda cavabdeh hüquqi əsas olmadan ona məxsus olmayan əmlak hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh övladı X3 adına açılmış bank hesabından pul vəsaitini məxaric etməsinin heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə onu da qeyd edir ki, pul vəsaiti X3 saxlanması üçün onun adına açılmış bank hesabından çıxarıldığından və hazırda alimentin tutulma formasında heç bir dəyişiklik olmadığından 778,79 manat cavabdehdən tutularaq X3 adına "xxxx" ASC-nin Mərdəkan filialında açılmış AZ61UBAZ**********41010AZN001 saylı hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 778,79 manat məbləğində pul vəsaiti tutularaq X3 adına "xxxx" ASC-nin Mərdəkan filialında açılmış AZ61UBAZ**********41010AZN001 saylı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar