Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1564/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “cehiz” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cehiz və şəxsi istifadəsində olan əşyalarının Bakı şəhəri, Binə qəsəbəsi, Atçılıq qəsəbəsi, Yeni sahə ünvanında olan evdən iddiaçının maliyyə vasiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Oğlu ailə quran zaman özü ilə cehiz əşyalar gətirmişdir. Xəzər Rayon Məhkəməsinine- 2(003)-229/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən oğlu X4 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə 3126 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuşdur. Cehiz əşyalar Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni sahədə ona məxsus torpaq sahəsində tikilmiş evdədir. 2022-ci ilin iyun ayından cavabdeh köçüb valideynlərinin evində onlarla birlikdə yaşayır və həmin əşyalar onun evindədir. Bu vəziyyət isə onun evdən istifadə hüququnu məhdudlaşdırır. Gəlin gələn zaman özü ilə gətirdiyi və sonrada şəxsi istifadəsi üçün istifadə etdiyi 3 ədəd xalça; qabqacaq; yorğandöşək; qonaq və yataq dəsti; mətbəx masası və oturacaq; divan, kreslo, jurnal masası; uşaq çarpayısı; ütü masası; şəxsi geyim əşyaları. Hesab edir ki, həmin əşyalar evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci o ödəmişdir. Mediator tərəfindən xx.xx.2025-ci il tarixdə İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/12/2025-00018 nömrəli arayış verilmişdir. Proses iştirakçılarının izahatı Məhəkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhəkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X6 öncəki məhkəmə iclasında izahatında iddianı qismən qəbul etdi və bildirdi ki, onun qızının birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiaları var və həmin iş yekunlaşan kimi cehizləri evdən çıxaracaqlar. İş materiallarına əlavə olunmuş sənədlər xx.xx.1990-cı il tarixli 1648 saylı Abşeron Dönuzkökəltmə sovxozu üzrə 135 saylı xx.xx.1990-cı il tarixli əmrdən çıxarışın sürətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu iltarixli 521 saylı qərarı və bu qərar əsasında qəbul edilmiş 10.07.199-cı il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq fəhlə və qulluqculara fərdi ev tikmət üçün 0.08 ha həyətyani torpaq sahəsi İddiaçı ayrılması əmr edilmişdir. Xəzər rayon X5 bildirişlərinin sürətindən görünür ki, Atçılıq ünvanda yerləşən torpaq sahəsi üçün İddiaçı torpaq sahəsi üçün nəzərdə tutulmuş bələdiyyə vergisi ödəyicisidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-229/2023 saylı qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında “Səadət Sarayı” Bakı nikah evində xx.xx.2010-cu il tarixdə 3126 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü İddiaçı Rövşən qızı və xx.xx.2014-cü il təvəllüdlü X3 nikah pozulduqdan sonra anası Cavabdeh yanında saxlanılması və xx.xx.2011-ci il təvəllüdlü İddiaçı Rövşən qızı və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq X2 Cavabdeh xeyrinə hər ay, hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respubikasının Mülki Məcəllənin Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin əmlakdan istifadə hüququ hüquqları vardır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını və işin hüquqi mahiyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçının oğlu ilə rəsmi nikahda olub və 2023-cü il tarixdə nikahları pozulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehə keçmiş gəlninə məxsus cehiz əşyalarının onun faktiki istifadəsində olan yaşayış sahəsindən çıxarılmasını tələb etmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qətnamə və işin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binə qəsəbəsi, Atçılıq qəsəbəsi, Yeni sahə ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı istifadəsində və sahibliyində olmaqla həmin fərdi yaşayış evindən istifadə edir. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən əmlakdan cehiz əmlaklarının çıxarılması ilə bağlı tələbdir. İş müəyyən edilən hallarından da görünür ki, mübahisəli əmlak özbaşına tikili olsasa da cavabdeh həmin ünvanda uzun müddətdir yaşamır. Lakin cavabdehə məxsus cehiz əşyaları həmin evdədir. Mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan və özbaşına tikili ilə bağlı hazırki münasibətləri tənzimləyən hüquq normaları olmadığından mübahisəyə qanunun analogiyası tətbiq edilməlidir. .Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ isə təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Cavabdeh həmin mənzildə yaşamır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının istifadəsində olan evdən çıxarılmasını xahiş edir. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə sübutlarla müəyyən edilmişdir ki, mübahisəli əşyalar cavabdehin – iddiaçının keçmiş gəlininin – şəxsi mülkiyyətidir. Tərəflərin izahatları və iş materialları ilə təsdiq olunur ki, cehiz əşyaları özbaşına tikilidə saxlanılır. Bu baxımdan, iddiaçının həmin tikilidə faktiki yaşaması və ondan istifadə etməsi hüquqi əhəmiyyət daşıyır və sahibindən istifadə edilməyən əşyaların orada saxlanması hüquq pozuntusudur. İddiaçı həmin tikilidən qanunsuz olaraq istifadə etsə də, onun faktiki sahibliyi nəticəsində orada qanunla qorunan istifadə hüququ yaranmışdır. Cehiz əşyalarının uzun müddət ərzində həmin sahədə saxlanılması, cavabdeh tərəfindən onların çıxarılması üçün hər hansı konkret və aktiv tədbirin görülməməsi, iddiaçının faktiki istifadə hüququna müdaxilə hesab olunur. Bundan başqa iş üzrə cavabdehin anası tərəfindən verilmiş izahata əsasən, cehiz əşyalarının çıxarılması digər mülki mübahisənin yekunlaşmasından asılı olaraq təxirə salınmışdır. Məhkəmə hesab edir ki, bu mövqe hüquqi baxımdan əsaslı deyil. Cehiz əşyalarının saxlanması ilə bağlı mülki hüquq münasibətləri digər mülki işin nəticəsindən asılı olmayaraq ayrıca qiymətləndirilməlidir və həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə cavabdehin həmin evdə yaşamaq niyyətinin olmamasını sübut etmişdir. Cavabdehin passivliyi bu halda iddiaçının faktiki istifadə hüququnun pozulmasına gətirib çıxarır. Yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, faktiki sahibliyin qorunması prinsipinə, habelə iş üzrə təqdim olunmuş sübutlara əsasən, məhkəmə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və cavabdehə məxsus cehiz əşyalarının çıxarılması barədə iddia təmin olunmalıdır. Buna görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh cehiz və şəxsi istifadəsində olan əşyaları Bakı şəhəri, Binə qəsəbəsi, Atçılıq qəsəbəsi, Yeni sahə ünvanında olan evdən iddiaçının maliyyə vasaiti hesabına çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1564/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1564/2025
15.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver