Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1647/2025 20.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaq üçün təhsil haqqı tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-cü il təvəllüdlü X2 ödənilmiş olan təhsil haqqı üçün cavabdehdən 2200 manat pul məbləğində təhsil haqqının və 60 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 2015-ci ildə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir uşaqları var- xx.xx.2007-ci il təvəllüdlü X5. Cavabdehlə aralarında olan nikah 2010-cu ildə pozulmuşdur. Qızları “Odlar Yurdu” universitetinə daxil olmuş və orada təhsil alır. Qızının təhsili ilə bağlı 2200 manat ödəniş etmişdir. Cavabdeh qızının təhsili ilə bağlı xərclərin ödənilməsindən imtina edir. Göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun maddi cəhətdən uşağını oxutmağa gücü çatmır. 18 yaşına qədər alimenti ödəmişdir. Hal-hazırda fəhlə işləyir, iki azyaşlı övladı var. Özü isə qaynının evində yaşayır, evi yoxdur. Kommunal xərcləri böyükdür. İddiaçının tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AZ-İV seriyalı, 394558 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə olunan “Odlar Yurdu” Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X5 ödənişli əsaslarla “Odlar Yurdu” Universitetində “Sosial iş” ixtisasının İ təhsil ilinin tələbəsidir və təhsil müqaviləsinə görə təhsil haqqı məbləği 2200 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, “Odlar Yurdu” Universitetinin hesabına 1400 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, “Odlar Yurdu” Universitetinin hesabına 800 manat ödənilmişdir. İş materiallarına əlavə olunan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən mediasiya xərci üçün 50 manat, 10 manat isə poçt-kargüzarlıq ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 933301 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. “Elektron məhkəmə” informasiya sistemindən və iş materiallarına əlavə olunmuş AA4440043 və AZE 12281640 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 və X4 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 27 yanvar 2015-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı cavabdehdən birgə nikahlarından olan uşaqları üçün ali təhsil müəssisəsində ödənişli təhsil alması səbəbindən ödədiyi 2200 manat məbləğində pul tələb edir. Qanunvericiliyə əsasən isə belə səbəbə görə valideyndən əlavə xərc tələb olunması əsassız hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia əsassız olduğuna görə cavabdehdən ödənilmiş mediasiya xərcinə görə 60 manat pul tutulmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı uşaq üçün təhsil haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-1647/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1647/2025
20.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver