Məhkəmə qərarları › İş №e-2(003)-1665/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1665/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1665/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın İcbari Sığorta növü ilə sığortalanmış X1 oğluna məxsus Bakı şəhəri, Səbail rayonu., Abbasqulu Abbaszadə küçəsi, ev 19, mənzil 6 ünvanında yerləşən mənzilə dəymiş zərər görə 450 dröd) yüz əlli ) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğluna məxsus olan Bakı şəhəri, Səbail rayonu., Abbasqulu Abbaszadə küçəsi, ev 19, mənzil 10 ünvanında yerləşən mənzildən İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın könüllü Sığorta növü ilə sığortalanmış X1 oğluna məxsus Bakı şəhəri, Səbail rayonu., Abbasqulu Abbaszadə küçəsi, ev 19, mənzil 6 saylı mənzilə su sızması baş vermiş və sonuncuya maddi zərər vurulmuşdur. 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 24 sentyabr 2020-ci il tarixli akta əsasən, X1 oğluna məxsus Bakı şəhəri, Səbail rayonu., Abbasqulu Abbaszadə küçəsi, ev 19, 6 saylı mənzilinə su sızması hadisəsinin Cavabdeh oğluna məxsus Bakı şəhəri, Səbail rayonu., Abbasqulu Abbaszadə küçəsi, ev 19, mənzil 10 saylı mənzildən olduğu məlum olmuşdur. Əmlakın zədələnməsi ilə bağlı dəyiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, X1 oğluna məxsus ünvan 1 ünvanında yerləşən mənzilə 450 manat ziyan dəymişdir. 090185 saylı sığorta аktına və 87141920 nömrəli ödəniş tapşırığına əsasən, 450 dröd) yüz əlli ) manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti tərəfindən həyata keçirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 090185 nömrəli sığorta aktından görünür ki, 24 sentyabr 2020-ci il tarixdə X1 oğluna məxsus ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh oğluna məxsus Bakı şəhəri, Səbail rayonu., Abbasqulu Abbaszadə küçəsi, ev 19, mənzil 10 saylı mənzildən su sızması hadisəsi qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 87141920 nömrəli ödəniş tapşırığına əsasən, 450 dröd) yüz əlli ) manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti tərəfindən X1 oğluna köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh oğlu rəsmi qaydada məlumatlandırılmış və 10 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, zədələnmiş əmlaka keçirilmiş baxış nəticəsində dəymiş zərərin ümumi məbləği 450 manat həcmində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİSnin tərtib etdiyi aktdan görünür ki, X1 oğluna məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş zərərə səbəb Cavabdeh oğluna məxsus Bakı şəhəri, Səbail rayonu., Abbasqulu Abbaszadə küçəsi, ev 19, mənzil 10 saylı mənzildən su sızması olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq 450 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 450 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Сavabdeh Cavabdeh 450 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 480 (dörd yüz səksən ) manat tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar