Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(003)-1703/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, Kreditor Tələbkar Borclu qarşı borcun tutulması tələbinə dair ərizəyə və əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Kreditor Tələbkar Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 2640 manat əsas borc, 200 manat cərimə, həmçinin 20 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. Kreditor Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx xxx 2020-ci il tarixli RX00005 saylı alqı-satqı müqaviləsinə əsasən “Real Elektronics” mağazasından ümumi nisyə dəyəri 3100 manat olan Kombi Sparta 28 və aksesuarları almışdır. Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq alıcı xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 13-dən gec olmayaraq, ödəniş cədvəlinə uyğun olaraq aylıq 220 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 2640 manatı mağazaya ödəməmişdir. Müqavilənin 5.4cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Bundan əlavə, xx xxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə N1 saylı 3.5-ci bəndinə əsasən, alıcıya qarşı pul tələbi istənilən vaxt tələbetmə hüququ fiziki şəxs Tələbkar güzəşt edilir. Borclu dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, Tələbkar məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR ETDİ: Borclu kreditor Tələbkar xeyrinə, 2640 (iki min altı yüz qırx) manat məbləğində əsas borc, 200 (iki yüz) manat cərimə və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Xəzər Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-1703/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(003)-1703/2021
15.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver