Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-179/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında qalması” barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-123/2020 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin ödənilməsindən azad edilməsini və cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9 onun yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 18 oktyabr 2014-cü ildə rəsmi nikaha girmişdir. Birgə nikahlarından 19 iyul 2015-ci il təvəllüdlü X18 və 12 iyul 2016-cı il təvəllüdlü X15 anadan olmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 yanvar 2020ci il tarixli 2(003)-123/2020-saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan 12 iyul 2016-cı il təvəllüdlü X5 anasının himayəsində saxlanılması və 19 iyul 2015-ci il təvəllüdlü X9 ondan alınaraq X6 verilməsi qət edilmişdir. Birgə nikahlarından olan 19 iyul 2015-ci il təvəllüdlü X18 birgə nikah dövründə və nikah pozulduqdan sonra da onunla birgə yaşayır. Azyaşlı qızı ona çox bağlı olduğundan icra məmurları tərəfindən uşağı ondan alınıb anasına verilməsi qeyri-mümkün olmuşdur. Xəzər rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(003)-123/2020 saylı qətnaməsinin qızı Zəhraya aid hissədə icra edilməsi mümkün olmadığından icra sənədi məhkəməyə geri qaytarılmışdır. Bundan başqa, Məhkəmənin qətnaməsi ilə X9 anası ilə müvəqqəti görüşü təyin edilmişdir. Görüş təyin olunmasına baxmayaraq, azyaşlı uşağı anası ilə görüşdürə bilməmişlər və həmin qətnamənin icrasını da məcbur qalıb dayandırdılar. Yəni qətnamənin icrası mümkün deyildir və uşağın ondan alınıb anasına verilməsi qeyri-mümkündür. Bu səbəbdən də hesab edir ki, Xəzər rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(003)-123/2020-saylı qətnaməsi ilə 12 iyul 2016-cı il təvəllüdlü X5 anasının himayəsində saxlanılması və 19 iyul 2015-ci il təvəllüdlü X9 ondan alınaraq X6 verilməsi və ondan aliment alınıb X6 verilməsi hissəsində ləğv edilməli və birgə nikahlarından olan 19 iyul 2015-ci il təvəllüdlü X9 onun yanında qalması faktı müəyyən edilməlidir. Bundan başqa, mediasiya prosesi zamanı cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən barışıq əldə edilməmişdir. Mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən Mediasiya prosesi zamanı o, dövlət rüsumunu ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Ə Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Cavebdeh etiraz ərizəsində bildirir ki, o, İddiaçı ilə xx.xx.2014-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları olmuşdur: xx.xx.2015-ci il təvəllüdlü X18 və xx.xx.2016-cü il təvəllüdlü X15. O, cavabdehlə ailə qurduqdan sonra bir müddət ailədə normal münasibətdə yaşamışlar. Lakin sonradan xasiyyətləri biri-birinə uyğun gəlməmişdir. Belə ki, cavabdeh ailədə onunla yola getmir və onu səbəbsiz olaraq incidirdi. Ailədə bütün bunlara da səbəb cavabdehin anası X16r. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdə onu evdə vəhşicəsinə döyərək səbəbsiz olaraq evdən qovmuşdur. İddiaçı onu evdən qovduğu zaman xx.xx.2015-ci il təvəllüdlü X23 adlı uşağını zor gücü ilə ondan almış və uşağı ona verməmişdir. Bundan sonra dəfələrlə uşağnın qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh bu günə kimi uşağı ona qaytarmır və bildirir ki, uşağı qaytarmayacaq. O da bu barədə Xətai RPİnin 34-cü Polis Bölməsinə müraciət etmişdir. Oradan isə ona bu barədə Məhkəməyə müraciət etməyi məsləhət görüblər. İddiaçı qarşı aralarında olan nikahın pozulması, uşaq və uşaqların saxlanılması üçün aliment tələbinə dair Bakı şəhəri Xəzər Rayon məhkəməsinin hakim Hüseyn Hüseynlinin sədrliyi ilə xx.xx.2020-ci il tarixdə onun iddia tələbimə baxılaraq iddia tələbi tam təmin edilmişdir (iş 2(003)-123/2020). Bundan sonra iddiaçının apellyasiya şikayəti əsasında qeyd edilən mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-123/2020 saylı qətqnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (iş 2(103)- 4557/2020). Bundan sonra isə iddiaçının kassasiya şikayəti əsasında qeyd edilən mülki iş üzrə Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-4557/2020 saylı qətqnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (iş 2(102)-5085/2020). Hal-hazırda bildirir ki, İddiaçı uşaq və aliment tələbi ilə bağlı bütün məhkəmə proseslərini uduzduğunu bilə-bilə əsası olmayan iddia tələbləri ilə məhkəmələrə müraciət edərək ona psixoloji təsirlər göstərir. Belə ki, İddiaçı 1 il olacaq ki uşağını ondan və körpə bacısından ayıraraq göstərmir və ondan zor gücü ilə aldığı Zəhra adlı uşağına cavabdehin və Manafova Hürü adlı anası tərəfindən hədə-qorxu və psixoloji təsirlər göstərilir. Məhkəmə qətnaməsinin icra olunmamasına da səbəb odur ki, İddiaçı Xəzər rayon İcra məmuru Şəfəq Nemətzadəyə rüşvət verməklə, uşağa psixoloji təsirlər göstərməklə mkəmə qətnaməsi bu günə kimi icra olunmamışdır. Onu bir ana kimi başa düşərək İddiaçı 843 saylı Hərbi Hissədə rütbəsi kapitan olmaqla, pilot vəzifəsində işləməklə, onun aylıq əmək haqqı 2.000 manat olmaqla, onun isə heç bir yerdə işləməyərək və bu günə kimi də xx.xx.2020-ci il tarixdən elan edilmiş (hələdə icra olunmamış) məhkəmə qətnaməsini nəzərə alaraq böhtan xarakterli iddia tələbi ilə məhkəməyə müraciət etdiyi ona qarşı uşağın atanın yanında qalması tələbinə dair iddia tələbinin əsasız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə məhkəməyə bildirdi ki, tərflərin işləri üzrə onun icraatınd iki icra vərəqəsi var. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-123/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə qətnamə xx.xx.2015-ci il təvəllüdlü X9 atası İddiaçı alınaraq anasının himayəsinə verilməsi hissəsində icra olunması mümkün olmamış, bu səbəbdən də icra vərəqəsi məhkəməyə geri qaytaılmışdır. İkinci icra vərəqəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-2108/2021 saylı qətnaməsi ilə cavabdehin uşaqları X18 ünsiyyət hüququ müəyyən edilmişdir. Hal-hazırda uşaq anası ilə ünsiyyətə girməkdən imyina etdiyindən həmin icra vərəqəsidə icrasız qalmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 123/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X11 ilə cavabdeh İddiaçı arasında 18 noyabr 2014-cü il tarixdə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında 376 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmas, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X15 anasının himayəsində saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X9 atası İddiaçı alınaraq anasının himayəsinə verilməsi, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 verilməsi, xx.xx.2015-ci il təvəllüdlü X18 cavabdeh İddiaçı alınıb iddiaçı X3 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 verilməsi, alimentin tutulmasının xx.xx.2015-ci il təvəllüdlü X10 münasibətdə 28 avqust 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-123/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X18 atası İddiaçı alınaraq anası X6 verilməlidir. xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır və bu barədə bildiriş tərəflərə göndərilmişdir. Borclu İddiaçı azyaşlı uşağı ilə birlikdə təyin olunmuş vaxtda icra yerinə gəlmələrinə baxmayaraq, tələbkar 1 saat gec gəldiyindən atası uşağı narahat olduğu üçün icra yerini tərk etdi və bu barədə şöbəyə ərizə ilə müraciət etdi. Bu səbəbdən təyin olunmuş icra baş tutmadı və xx.xx.2021-ci il tarixinə saat 10:00-a təxirə salındı. xx.xx.2021- ci il tarixdə tərəflər və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şüvəlan Uşaq və X13 əvvəlcədən şöbəyə dəvət olunmuş psixoloq təyin olunmuş icra yerinə gəldilər. Bundan sonra icra prosesi davam etdirilərək uşağın anasına verilməsinə cəhd edildi, lakin uşaq aqressiv şəkildə qışqırdı, ağlayaraq nənəsi (atasın anası) tərəfə getdi və anasının yanına getməkdən qəti imtina etdi. Bu zaman psixoloqa 2 dəfə uşaqla fərdi söhbət üçün şərait yaradılmasına baxmayaraq, uşaq anaya getməkdən qəti imtina etdi və ağladı. Psixoloq hazırkı vəziyyətdə uşağın psixoloji vəziyyətinə və iş materiallarına əlavə olunmuş uşağın sağlamlıq vəziyyətini əks etdirən epiqriz rəyini əsas tutaraq, uşağın məcburi olaraq anasına verilməsini məqsədə uyğun olmadığını bildirdi. İcra sənədinin icrası mümkün olmadı. Bu hal akt tərtib edilməklə rəsmiləşdirildi. Tərəflərindən videoçəkiliş icraat materiallarına əlavə olundu. Daha sonra tərəflərin (ata iştirak etmədi) və əvvəlcədən dəvət olunmuş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şüvəlan Uşaq və X17 psixoloqunun iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 10:00-a təyin olunmuş növbəti dəfə uşağın atadan alınaraq anaya verilməsinə dair icra başladı. Tərəflərindən edilən çoxsaylı cəhdlərə baxmayaraq, uşağın alınıb anaya verilməsini təmin edə bilməmişlər. Belə ki, uşaq anasına getməkdən imtina edərək qışqırmağa və ağlamağa başladı. Bu zaman dəvət olunmuş psixoloq onu sakitləşdirərək, uşaqla fərdi söhbət apardı. Bundan sonra uşağın alınmasına yenidən cəhd olundu, lakin uşaq nənəsinin əlindən bərk tutaraq, yenə ağladı. Psixoloq uşağa güc tətbiq olunaraq anaya verilməsini uşağın səhhəti və psixologiyasına mənfi təsir edəcəyini bildirdi. Tələbkar tərəfin nümayəndəsi gələn icrada nənəsini iştirakı olmadan icra prosessinin aparılmasını xahiş etdi, belə ki uşağın ataya deyil daha çox nənəyə bağlılığı müşahidə edilirdi. Bu səbəbdən icra vərəqəsini icra etmək mümkün olmadı. Bu barədə akt və videoçəkiliş iş materiallarına əlavə olunaraq icrası xx.xx.2021-ci il tarixə təxirə salındı. xx.xx.2021-ci il tarixə təyin olumuş icra baş tutmadı. Buna səbəb tələbkarın üzürsüz səbəbdən icra yerinə gəlməməsidir və bu hal akt tərtib olunaraq icraat materiallarına əlavə olunmuşdur. Növbəti icra xx.xx.2021-ci il tarixinə təyin olunmuşdur. Sonuncu yəni, xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin məsləhətçi-psixoloqu X4 iştirakı ilə təyin olunmuş icrada tərəfimizdən tərtib olunmuş aktda da psixoloq qeyd etmişdir ki, uşaq qorxu hissi nümayiş etdirir və ünsiyyətdən qəti imtina edir. Anadan ayrı qaldığı üçün ana ilə münasibət qurmur. X18 anası X7 hal-hazırda qəbul etməsi mümkün deyil. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, 23704.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə təyin olunmuş icralar zamanı uşağın alınıb anaya verilməsi tərəflərindən mümkün olmadı. Bu hal icraat materiallarına əlavə olunmuş aktlarda və video çəkilişlərdə öz əksini tapmışdır. Həmin videoçəkilişlərə istinadən uşaq anasına getməkdən ağlayaraq dəfələrlə qəti imtina edir. Bu hal hər dəfə uşağın alınması ilə bağlı keçirilən icra tədbirləri zamanı hər dəfə təkrarlanır və uşağın psixoloji durumuna mənfi təsir göstərir. Yuxarıda göstərilənləri nəzərə alaraq icra zamanı müəyyən olunmuşdur ki, X18 qəti şəkildə iş üzrə tələbkar anası X6 qaytarılaraq birgə yaşaması mümkün hesab edilmir. Belə ki, uşağın anası ilə münasibət yaratmağına kifayət qədər vaxt tələb olunur. Həmçinin xx.xx.2021-ci il tarixdə daxil olmuş anası X3 uşağı X18 ilə hər həftənin bazar günü saat 13:00-dan, saat 17:00-dək atasının iştirakı olmadan ünsiyyətdə olmasına dair Xəzər rayon məhkəməsinin 2(003)-2108/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası zamanı keçirilmiş görüşlərdə də uşağın anası ilə ünsiyyətini təmin etmək mümkün olmamışdır. Belə ki, uşaq hər dəfə də anasını gördükdə ağlayaraq qışqırmağa başlayır. Bu barədə aktlar və video çəkilişlər icraat materiallarına əlavə olunub. Beləliklə də bugünə qədər keçirilmiş görüşlər zamanı nəinki uşağın qaytarılması, hətta uşaqla görüşün təmin edilməsi mümkün olmayıb. Eləcə də tələbkar X11 xx.xx.2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək uşağın qaytarılması ilə bağlı icra işinin icrasının mümkün olmaması və xx.xx.2021-ci il tarixdə daxil olmuş Xəzər rayon məhkəməsinin 2(003)-2108/21 saylı, xx.xx.2021-ci il tarixli uşaqla ünsiyyət hüququnun təmin olunmasını xahiş etmişdir. Odur ki, Xəzər rayon Məhkəməsinin 2(003)-123/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin geri qaytarılması qərara alınmışdır. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)- 2108/2021 saylı icra sənədinin surətindən görünür ki, X3 xx.xx.2015-ci il təvəllüdlü X18 ilə ardıcıl olaraq hər həftənin çərşənbə axşamı və cümə günü saat 14:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İşdə olan X14 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli psixoloji rəyinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X18 xx.xx.2021-ci il tarixdə psixoloqun qəbulunda olub və uşaqda həyəcan, təşviş hissi və qorxular müəyyən olunmuşdur. Uşaq psixorreksiya işinə cəlb olunmuş, uşağın ana ilə görüşlərinə fasilə vermək və ananı psixokorreksiya işinə cəlb edərək icra tədbirlərini dayandırmaq məsləhət görülmüşdür. İş üzrə alınmış Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X9 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun psixokasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsi, anasına və bacısına münasibəti ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunduğuna görə azyaşlının anasından alınaraq atasının himayəsinə verilməsinə dair İddiaçı iddia ərizəsi onun gələcək mənafeyi üçün məqsədəuyğun hesab edilməmişdir. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X18 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların aralarındakı nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X15 anasının himayəsində saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X9 atası İddiaçı alınaraq anasının himayəsinə verilməsi, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 verilməsi, xx.xx.2015-ci il təvəllüdlü X18 cavabdeh İddiaçı alınıb iddiaçı X3 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin icra sənədinin icrası mümkün olmadığından məhkəməyə qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X9 himayəsinin cavabdehdən alınaraq onun verilməsini və xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin ödənilməsindən azad edilməsini xahiş edir. Məhkəmə mülki işin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. xx.xx.2015-ci il təvəllüdlü X18 onun haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan valideynlərinin və təhsil aldığı təhsil idarəsinin nümayəndəsinin iştirakı ilə məhkəmədə dinlənildi və bildirdi ki, hal-hazırda atası ilə birlikdə yaşayır, gələcəkdə də atası ilə qalmaq niyyətindədir. Qətiyyən anası ilə birlikdə yaşamaq istəmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. “Uşaq Hüquqları Haqqında” xx.xx.1989-cu il tarixli BMT Konvensiyasının 18-ci maddəsinə görə uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Məhkəmə birgə nikahdan dünyaya gəlmiş uşağın kimin yanında qalması ilə bağlı qeyd edir ki, AM-nin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İş üzrə alınmış məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 11/549 saylı rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X18 psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsi, anasına və bacısına münasibəti ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur. xx.xx.2015-ci il təvəllüdlü X9 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası X8 və bacısı X10 bağlılığı üzə çıxmır. İddiaçı və Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2015-ci il təvəllüdlü X9 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək əlamətlər müəyyən olunmur. Valideynləri və digər yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2015-ci il təvəllüdlü X9 emosional-iradi sferasına sirayət etməklə, anası Cavabdeh və bacısı X10 olan münasibətinə neqativ təsir göstərmiş, hal-hazırda X9 psixoloji vəziyyəti qənaətbəxş deyildir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, ekspert rəyini tədqiq edərək və digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan uşaqları X18 atasına sıx bağlı olmaqla, anası və bacısına hər hansı bağ nümayiş etdirmir. Uşağın anasına və bacısına qarşı münasibətində kənar təsir müəyyən olunsa da, eləcə də qəyyumluq və himayəçilik orqanı iddianın təmin olunmasının uşağın mənafeyinə uyğun olmaması barədə rəy vermiş olsa da, hazırkı halda nəzərə alınmalıdır ki, valideynləri və digər yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2015-ci il təvəllüdlü X9 emosional-iradi sferasına sirayət etməklə ona neqativ təsir göstərir. Eləcə də, Zəhra Mehdiyevanın anasının himayəsinə verilməsi barədə məhkəmə qərarı xx.xx.2020-ci ildə qəbul edilsə də, keçən üç ildən artıq zaman ərzində qərarın icrası mümkün olmamış, həyata keçirilən icra prosesləri azyaşlı uşağın psixologiyasına neqativ təsir etmişdir. Məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X9 fikrini, azyaşlı uşağın hüquq və mənafeyini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşağın ataya bağlılığını və anası ilə ünsiyyətdə olmaq istəməməsinə dair qəti mövqeyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X9 atasının himayəsinə verilməsi azyaşlının mənafeyinə uyğun hesab edilməlidir. Bununla yanaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X15 anasının himayəsində saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X9 atası İddiaçı alınaraq anasının himayəsinə verilməsi, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 verilməsi, xx.xx.2015-ci il təvəllüdlü X18 cavabdeh İddiaçı alınıb iddiaçı X3 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İddiaçı öz tələbində məhkəmənin qeyd olunan qətnaməsi ilə X12 münasibətdə müəyyən olunan hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulması öhdəliyindən azad olunmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1.1 və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. İşin sadalanan hallarından göründüyü kimi, məhkəmə tərəfindən İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment onların hər iki uşağının ananın himayəsinə verilməsi halı ilə şərtləndirilmişdir. Hazırda bir uşaqları X9 anadan alınaraq atasının himayəsinə verilməsi qazancın üçdə bir hissəsi miqdarında aliment öhdəliyindən azad edilmə üçün əsasdır. Məhkəmə hesab edir ki, X18 atası İddiaçı himayəsinə verildiyindən, iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş “xx.xx.2015-ci il təvəllüdlü X18 cavabdeh İddiaçı alınıb iddiaçı X3 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 verilməsi” öhdəliyindən azad edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı vəziyyətdə tərəflərin birgə nikahından olan uşaqlarının biri iddiaçının, biri isə cavabdehin himayəsində qalsa da, tərəflərin mövcud maddi vəziyyəti, eyni zamanda iddiaçının aliment tələbinin olmaması nəzərə alınmaqla X2 üçün cavabdehdən aliment tutulması zəruri hesab edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X18 İddiaçı himayəsinə verilsin. İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-123/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş “xx.xx.2015-ci il təvəllüdlü X18 cavabdeh İddiaçı alınıb iddiaçı X3 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X6 verilməsi” öhdəliyindən azad edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-179/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-179/2023
07.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver