Məhkəmə qərarları › İş №e-2(003)-1800/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1800/2023

04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1800/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “keçmiş arvadın ərdən aliment” tələbinə dair dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən hər ay 1500 manat məbləğində alimentin tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş əridir. Onlar xx.xx.2009-cu il tarixdə nikaha daxil olub evləndikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Əliyev küçəsi, döngə 2, dalan 1, ev 4 mənzilində qeydiyyatda olmaqla orada yaşamışlar. Birgə nikahlarından iki övladları anadan olmuşdur. 2018-ci ildən cavabdehlə ayrı yaşayırlar. Nikahda olduqları müddətdə və sonrakı məhkəmə prosesləri zamanı ona cavabdehin ailəsi təsir təzyiqlər göstərmişlər ki, hal-hazırda neçə illərdir müalicələr alır. İddiaçı X8 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Eyni zamanda bildirdi ki, nikahın pozulmasından 3 il keçmişdir, uşaqların alimentinə dəymir, hazırda müalicə alır və neçə min pul çıxacağını bilmir. Eyni zamanda pensiya yaşına çatmamış və əlilliyi yoxdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə elektron qaydada məhkəməyə müraciət emişdir. Məhkəməyə etiraz ərizəsində qeyd edilmişdir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, o, iddiaçı ilə 14 mart 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 21 dekabr 2009cu il təvəllüdlü X2 və 12 dekabr 2015-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Münasibətləri pisləşdiyi üçün nikah faktiki olaraq pozulmuş və daha sonra nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırılmış, Xəzər Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan övladları boşanmadan sonra analarının yəni Muradlı (Əliyeva) Aysel Zabit qızının yanında saxlanılmış və hər ay əmək haqqımın 1/3 hissəsi məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinə əsasən 2019-cu ilin sentyabr ayından bügünədək tərəfindən hər ay təxminən 1700,0 manat məbləğində aliment ödənilir. Bundan əlavə də mütəmadi olaraq uşaqların bütün tələbatlarını qarşılayıram, alimentdən əlavə də onlara maddi yardım edirəm. İddiaçı iddia tələbini AR Ailə Məcəlləsinin 84-86-cı madəlləri ilə əsaslandırsa da iş materiallarından da məlum olur ki, iddia tələbinin təmin olunması üçün həmin maddələrdə nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Belə ki, alimentin ödənilməsi ilə bağlı iddiaçı ilə aralarında hər hansı bir saziş yoxdur, bundan əlavə İddiaçı tam əmək qabiliyyətinə malikdir, birgə nikahdan doğulmuş övladlarının 14 və 8 yaşları vardır, həmçinin övladlarının sağlamlığında da hər hansı bir problem yoxdur. Bundan əlavə qanunvericiliyin tələblərinə əsasən hazırki iddia tələbi ilə bağlı tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin hazırki halda iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməmiş və hazırki tələblərlə bağlı ilkin mediasiya sessiyası keçirilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi mediasiya prosesinə dair arayış hazırki iddia tələblərinə aid deyil və həmin arayışda göstərilən iddia tələbləri ilə bağlı Məhkəmə mübahisələri artıq başa çatmışdır. Mülki Prosessual Məcəllənin 259.0.13cü maddəsinə əsasən Mediasiya haqqında qanunun tələbləri pozulmaqla verilmiş iddialar Məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Göstərilənlərdən məlum olur ki, iddia tələbi tamamilə əsassızdır və hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə məhkəməyə təqdim etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının izahatını dinləyərək, cavabdehin etiraz ərizəsini nəzərə alaraq, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsində 138 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-168/2020 saylı qətnaməsi ilə pozulması qət edilmiş, eyni qətnamə ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materialllarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 157/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Murad qızı cavabdehlər X3, X6, Bakı şəhəri 7 saylı notariat ofisinə, Bakı şəhəri 53 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən olunması və pulun tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-404/2021 saylı qətnaməsi “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula1/2 hissədə X4 ½ hissədə Cavabdeh payının müəyyən edilməsi və ½ hissədə payın dəyərinin Cavabdeh alınıb ona verilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunması, Cavabdeh “X13” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satılmasına görə Muradlı(Əliyeva) Aysel Zabit qızının payına düşən hissə qismində 9000 (doqquz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi balyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), həmçinin dövlət rüsumlarının əvəzi qismində 40 (qırx) manat alınaraq Muradlı (Əliyeva) Aysel Zabit qızına verilməsi qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikaha Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-168/2020 saylı qətnaməsi ilə tərəflərin nikahının pozulması, uşaqların ananın yanında saxlanması qət edilmişdir. İddiaçı, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş əri olan cavabdehdən öz xeyrinə aliment tutulmasını xahiş edir. Hazırda tərəflər arasında nikah pozulduğundan, məhkəmə, iddiaya dair Azərbaycan Respublikası AM-nin keçmiş ər-arvadın bir-birini saxlamaq vəzifəsini müəyyən edən aşağıdakı qanunvericilik normalarını qeyd edir: 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı öz tələbini bir neçə ildir müalicə alması ilə əsaslandırmış, lakin onun bu dəlili keçmiş ərdən aliment almaq hüququnu yaradan əsas kimi müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının keçmiş ərindən aliment tələb edə bilməsi üçün qanunvericilikdə sadalanan halların hər hansı birinin mövcudluğu barədə onun tərəfindən məhkəməyə sübut təqdim edilməmiş, bu halların mövcudluğu məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Göstərilən Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi əsassızdır. Buna görə də, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı X5 Cavabdeh qarşı “keçmiş arvadın ərdən aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar