Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1847/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ-18015239 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən- ərizəyə mülki məhkəmə icraatı qaydasında verilmədiyindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddiaçı tələbində Bakı şəhər BPİ DYP-nin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki, həmin məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmır. İddiaçı inzibati tənbeh vermə haqqında qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən məhkəməyə şikayət verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən yolverilməzliyə görə imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən yolverilməzliyə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1847/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1847/2024
15.03.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver