Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2079/2022 11.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X1 onun himayəsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh 17 yun 2006-cı il tarixində Bakı şəhərində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 13 may 2007-ci il təvəllüdlü X4 və 31 iyul 2009-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Evləndikləri zaman münasibətləri yaxşı olsa da, son zamanlar iddiaçı ilə cavabdeh arasında münasibətlər korlanmağa başlamış və belə problemlər getdikcə daha da gərginləşmişdir. Tərəflər arasında mübahisələr get-gedə pisləşmiş, nəticədə cavabdehlə artıq bir ailə kimi yaşamağın mümkün olmaması səbəbindən iddiaçı qəti şəkildə boşanmaq qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 nikahları pozulduqdan sonra iddiaçının yanında, xx.xx.2007-ci il təvəllüdlü X2 isə cavabdehin yanında saxlanılması barədə tərəflər arasında razılıq əldə edilmişdir. Odur ki, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X1 iddiaçının, xx.xx.2007-ci il təvəllüdlü X2 isə cavabdehin yanında saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi, həmçinin bildirdi ki, cavabdehə qarşı aliment tələbləri yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək, iddiaçı ilə aralarında olan nikahın pozulmasına etiraz etmədiyini bildirdi. Həmçinin nikahları pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 onun yanında saxlanılmasını xahiş etdi. xx.xx.2009-cu il təvəllüdlü X1 isə anasının yanında qalmasına etirazının olmadığını, həmçinin iddiaçıya qarşı aliment tələbinin olmadığı bildirdi. Məhkəmə iclasında valideynlərinin iştirakı ilə dindirilmiş xx.xx.2007-ci il təvəllüdlü X4 bildirdi ki, hazırda atası ilə qalır və valideynləri ayrılacağı halda atasının yanında qalmaq istəyir. xx.xx.2009-cu il təvəllüdlü X3 isə hazırda anasının yanında qalmaqla valideynləri ayrılacağı tərdirdə də anasının yanında qalmaq istədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər xx.xx.2006-cı il tarixdə nikahlarını bağlamışlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 doğulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasındakı ər-arvad münasibətləri kəsilmişdir, onlar birgə yaşayıb, birgə təsərrüfat idarə etmirlər və tərəflərin birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X4, hazırda atası ilə qalır və valideynləri arasında olan nikah pozulduqdan sonra atasının yanında qalmaq istəyir, xx.xx.2009-cu il təvəllüdlü X3 isə hazırda anasının yanında qalmaqla valideynləri ayrılacağı tərdirdə də anasının yanında qalmaq istəyir. Eyni zamanda tərəflərin bir-birinə qarşı aliment tələbi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Həmin Məcəllənin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı nikah Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalı, onların birgə nikahından doğulmuş uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X3 nikah pozulduqdan sonra anası İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X4 atası Cavabdeh yanında qalmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Qənbərova (Hacıyeva) Sevinc Musa qızı ilə Cavabdeh arasında Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 465 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 nikah pozulduqdan sonra anası İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X4 atası Cavabdeh yanında saxlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2079/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2079/2022
11.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver