Məhkəmə qərarları › İş №e-2(003)-2167/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2167/2025

23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2167/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh1 15000 manat pulumun, 2000 manat mənəvi zərərin, dövlət rüsumu kimi ödədiyi 135 manat məbləğinin və vəkil xərcinin alınaraq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-943/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən də göründüyü kimi Cavabdeh2 AR CM-nin 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona AR CM-nin 178.3.2-ci maddəsi ilə 7 ilmüddətə azadlıqdan məhrumetmə cəzası, AR CM-nin 320.2-cimaddəsi ilə 8 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. AR CM-nin 63.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixədək həbsdə saxlanıldığı, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci ilədək ev dustaqlığında saxlanıldığı müddət 5 ay 6 gün təyin edilmiş cəza müddətinə daxil olunmaqla onun tərəfindən çəkilməli cəzanın müddəti 7 il 24 gün müəyyən edilmiş, ona təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx.xx.2017-ci il tarixdən hesab edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində qətimkan təbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, zərərçəkmiş şəxs qismində ona dəymiş ümumilikdə 10200 manat məbləğində maddi ziyanın 2000 manat hissəsinin mənə ödənməsinin nəzərə alınması, ona dəymiş maddi ziyanın ödənilməmiş qalan 8200 manat hissəsinin ondan tutulub iddiaçıya ödənməsi məsələsi baxılmamış saxlanmış və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüquqularının olması izah edilməsi hökm edilmişdir. Belə ki, bildirirəm ki, cavabdehlər ona torpaq satmaq adı ilə bankdan pul götürərək onlara verməklə 10200 manatımıaldadaraq almış və ona xx.xx.2015-ci il tarixdə etibarnamə vermiş, sonradan şikayətim əsasında həbs olunduqda təkrar aldadaraq cəzasını yüngülləşdirmək üçün ərizə yazdırıb bank faizi ilə birlikdə 15000 manatını qaytaracaqlarına söz verərək,əlyazma da yazsalar da hələ də həmin pulu qaytarmamışlar. Beləliklə cavabdehlərin onu aldadaraq vədlərinə əməl etməməsi, etibarından sui-istifadə edərək məni aldatması ilə həm 10200 manat pulundan məhrum olmuş həm də 4800 manatı kredit götürməyinə görə Banka faiz və cərimə ödəməli oldu. Bu səbəbdən cavabdeh ona həm aldığı 12200 manatdan qalan 10200 manatı, həm banka ödəmiş olduğu 4800 manatı faizi, həm dövlət rüsumu kimi ödədiyim məbləği, həm vəkil xərcini, həm 10200 manat pulunu əsassız saxladığında görə illik 5%-i, həm də 2000 manat mənəvi zərəri ödəməlidir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, X2 və Cavabdeh1 8200,0 manat pul, 2000 manat mənəvi zərərin, dövlət rüsumu kimi ödədiyi 135 manat məbləğinin və 320,0 manat vəkil xərcinin alınaraq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdeh onu aldadıb, ona cəmi 2000,0 manat pul qaytarıb, qalan 8200,0 manat pulu isə geri qaytarmır. Zaur Raminin yanında olub, pulu Ramin alıb. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Sadə əlyazma şəklində olan qəbzdən görünür ki, Mirzəyeva X1 Ramil Sabir oğluna 10200,0 manat pul vermişdir, hazırda bank faizləri ilə bərabər 15000,0 manat təşkil edir. Cavabdeh1 şahid qismində iştirak etmişdir. **********914 saylı ərizənin sürətindən görünür ki, Mirzəyeva X1 Ramil Sabir oğlu ilə barışdığını və sonuncunun borcu ödəyəcəyinə dair öhdəlik götürdüyünü bildirmişdir. xx.xx.2015-ci il tarixli etibarnamənin sürətindən görünür ki, Mirzəyeva X1 Ramil Sabir oğluna etibarnamə verərək ona ayrılmış 1200 kv.m torpaq sahəsinin 700 kv.m hissəsinə aid bütün əqdləri bağlamağa dair səlahiyətləri etibar etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-943/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən də göründüyü kimi Cavabdeh2 AR CM-nin 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona AR CM-nin 178.3.2-ci maddəsi ilə 7 ilmüddətə azadlıqdan məhrumetmə cəzası, AR CM-nin 320.2-cimaddəsi ilə 8 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Həmin hökmdən görünür ki, İddiaçı ümumilikdə 10200,0 manat zərər dəymiş və 2000,0 manat ödənilmiş, qalan 8200,0 manat borca aid hissəyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək izah edilmişdir. PulPal ödəniş sisteminin çıxarışından görünür ki, İddiaçı “Arbitrum” vəkil bürosuna 320,0 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı cavabdeh X4 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələblərini cavabdehlərin onu aldatmaqla 10200 manat məbləğində pulunu ələ keçirməsi və yalnız 2000 manatının geri qaytarılması, qalan 8200 manatın isə ödənilməməsi, əlavə olaraq bank faizləri və mənəvi zərərin yaranması ilə əsaslandırmışdır. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-943/2017 saylı hökmündən də göründüyü kimi, cavabdeh X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulan əməllərdə təqsirli bilinərək məhkum edilmişdir. Həmin hökümdə İddiaçı dəymiş 10200 manat məbləğində zərərin yalnız 2000 manatının ödənildiyi, 8200 manatlıq hissənin ödənilməmiş qaldığı və bu hissə üzrə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun saxlanıldığı müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş sadə yazılı qəbzdən görünür ki, İddiaçı tərəfindən cavabdeh X3 pul verilməsi faktı təsdiq olunur. Digər tərəfdən, iddiaçının Cavabdeh1 yalnız prosesdə şahid qismində iştirak etməsi və pulu şəxsən almaması barədə təqdim olunmuş sübutlar onun məsuliyyət daşımasını təsdiq etmir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 8200,0 manat məbləğində pulun İddiaçı cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bundan başqa məhkəmə iddia tələbinin dəymiş mənəvi zərərin 2000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. İddiaçı iddia ərizəsində ona maddi və mənəvi zərərin vurulduğunu göstərsələr də, zərərin nədən ibarət olması və bu zərərin nədən ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən məbləğdə zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişlər. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranmasıəsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansışəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bənində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə həmçinin iddianın digər Cavabdeh1 aid hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdeh1 da məsuliyyət daşıdığını bildirsə də, təqdim edilmiş sübutlardan sonuncunun yalnız prosesdə şahid qismində iştirak etdiyi, pulu şəxsən almadığı iddiaçının məhkəmə iclasında verdiyi izahatla müəyyən olunur. Məhkəmə həmçinin iddianın 95,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 110,0 Cavabdeh2 alınaraq iddiaçıya verilməli, iddianın təmin olunmayan hissəsinə münasibətdə dövlət rüsumunun digər hissəsi iddiaçıya aid edilməlidir. Həmçinin “320,0 manat vəkil xərcinin” tutulması hissəsinə də qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə iddiaya məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 8200,0 manat pul, 500,0 manat mənəvi ziyan əvəzi, 110,0 manat dövlət rüsumunun əvəzi və hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 320,0 manat xərc olmaqla, cəmi 9130,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 8200,0 manat pul, 500,0 manat mənəvi ziyan əvəzi, 110,0 manat dövlət rüsumunun əvəzi və hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 320,0 manat xərc olmaqla, cəmi 9130,0 (doqquz min yüz otuz manat) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar