Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2170/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci ildə 5 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat Şöbəsində təkrar nigaha girmişlər. Belə ki, birinci nigah cavabdehlə iddiaçı arasında 2011-ci ildə Cəlilabad rayonu Astanlı kəndində EƏDÜ nümayəndəliyində qeydiyyata alınmışdır. Birinci nigahdan 27 yanvar 2012-cü il təvəllüdlü X10 və 30 iyun 2013-cü il təvəllüdlü X8 doğulmuşdur. Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nigahları pozularaq hər bir uşağa aylıq 170 manat cəmi 340 manat məbləğində aliment müəyyən edilmişdir. İkinci nigah bağlandıqdan sonra Cavabdeh yenə də öz övladlarına qayğı ilə yanaşmayaraq ailə və ər-arvad münasibətlərində olmayaraq azyaşlı uşaqlarına baxmamışdır. Əslində ikinci nigah Cavabdeh tərəfindən formal,aliment ödəməməmək, uşaqların saxlanmasında, yaşamında iştirak etməmək xətirinə bağlanmışdır. Bu nigah təkrar nigah deyil atalıq vəzifələrini yerinə yetirməkdən imtina etmək üçün Cavabdeh tərəfindən düşünülmüş dələduzluqdur. Qanunun tələbinə görə belə niğahlar etibarsız hesab edilməlidir. Ona görə də onunla Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci ildə 5 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat Şöbəsində təkrar nigahın etibarsız hesab edilməsinə, 27 yanvar 2012-ci ildə anadan olmuş X6 və 30 iyun 2013-cü ildə anadan olmuş X1 görə hər uşaq üçün 2020 manat cəmi 440 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndsi və vəkili X11 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbinin aliment hissəsində dəyişiklik edərək, uşaqların saxlanmalarına görə hər uşaq üçün 220 manat cəmi 440 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin həcminin azaldılması barədə ərizəni müdafiə edərək barışıq üçün 3 ay verilmədən nikahın pozulması və sabit pul ( hər uşağa 220, cəmi 440 manat) məbləğində alimentin tutulması tələbi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi ərizə ilə müraciət edərək, iclasın onların iştiraı olmadan keçirilmsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X4 ilə xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3893 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 yanvar 2012-ci ildə anadan olmuş X6 və 30 iyun 2013-cü ildə anadan olmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan 27 yanvar 2012-ci il təvəllüdlü X10 və 30 iyun 2013-cü il təvəllüdlü X8 doğulmuşdur. Tərəflər hal-hazırda ərarvad kimi hüquq və vəzifələr daşımırlar. Bundan sonra ailənin bərpası qeyri-mümkün olduğundan onlar arasında olan nikah formal xarakter daşıyır. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları hal-hazırda iddiaçının himayəsindədir. Tərəflər 3 ay vaxt verilmədən nikahın pozulmasına təkid edirlər. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur Belə ki, Azərbaycan Respublikası AM-nin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, iddia təmin edilərək, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında qalmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmə, X2 və X3 mənafeyini, onların mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşaqların hazırkı yaşda ana qayğısına və nəvazişinə daha çox ehtiyaclarının olduğunu, atanın uşaqların ananın yanında qalmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulan 27 yanvar 2012-ci il təvəllüdlü X10 və 30 iyun 2013-cü il təvəllüdlü X8 anası İddiaçı yanında qalmalıdır. Məhkəmə həmçinin hesab edir ki, tərəflərin birgə nikahdan anadan olmuş uşaqların saxlanması üçün iddiaçıdan hər ay sabit pul şəklində aliment alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşağı iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia aliment hissəsində qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər bir uşağa görə 170,0 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340,0 (üç yüz qırx) manat miqdarında müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı alimentin tutulması barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan, həmçinin tərəflər nikahın pozulmasına təkid etdiyindən, onların nikahı məhkəmə qaydasında 3 ay vaxt verilmədən pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş 27 yanvar 2012-ci il təvəllüdlü X10 və 30 iyun 2013-cü il təvəllüdlü X8 anası İddiaçı yanında qalmalı, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq 27 yanvar 2012-ci il təvəllüdlü X10 və 30 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində 3893 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 27 yanvar 2012-ci il təvəllüdlü X10 və 30 iyun 2013-cü il təvəllüdlü X8 anası İddiaçı yanında qalsınlar. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq 27 yanvar 2012-ci il təvəllüdlü X6 və 30 iyun 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2170/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2170/2023
14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver