Məhkəmə qərarları › İş №e-2(003)-2260/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2260/2022

02.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2260/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2003-cü il tarixdə anadan olmuş, 1-ci dərəcəli əlil olan X1 məqsədilə hər ay 400 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(003)-249/2011 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuşdur. Onların birgə nikahından xx.xx.2003-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2005-ci il tarixdə anadan olmuş X5 adlı övladları doğulmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(003)-4902019 saylı məhkəmə qətnaməsi ilə xx.xx.2003-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment, eyni zamanda xx.xx.2003-cü il tarixdə anadan olmuş X4 müalicəsi ilə əlaqədar hər ay 50 manat əlavə xərcin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda xx.xx.2003-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatdığı üçün ona aliment ödənilmir. xx.xx.2005-ci il tarixdə anadan olmuş X5 isə 10 aydan sonra yetkinlik yaşına çatacağı nəzərə alınarsa, ona da 10 aydan sonra aliment ödənilməyəcək. Birgə nikah dövründə anadan olmuş X6 anadan olandan “serebral iflic” xəstəliyindən əziyyət çəkir. Hazırda 1-ci dərəcəli əlildir. Davamlı olaraq müalicə alır. Müalicə xərcləri kifayət qədər yüksəkdir. Həmçinin onun sağlamlığının qorunmasından əlavə xüsusi dərslərin keçirilməsi üçün kursların ödənişi, gündəlik yeyinti, geyim və s. kimi yaşayış məsrəfləri də vardır. Bütün qeyd edilən xərcləri qarşılamaq üçün o, ay ərzində təxminən 800 manat xərcləyir. Belə olan halda isə onun bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Hazırkı dövrdə bu qədər yüksək xərcləri və maddi tələbatları ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də görə bu gün bu barədə iddia ərizəsi İlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədar X1 məqsədilə hər ay 50 manat əlavə xərcin tutulmasına etiraz etmir, qalan hissədə isə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 04 aprel 2003-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli, 2(003)-490/2011 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 yanvar 2011-ci il tarixli 2(003)-249/2011 saylı qətnaməsi ilə 04 aprel 2003-cü il təvəllüdlü X4 və 01 aprel 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh 04 aprel 2003-cü il təvəllüdlü X4 və 01 aprel 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 04 aprel 2003-cü il təvəllüdlü X4 müalicəsi ilə əlaqədar hər ay cavabdehdən 50 (əlli) manat əlavə xərcin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah xx.xx.2011-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş epikrizin surətindən görünür ki, 04 aprel 2003-cü il təvəllüdlü X6 uşaq serebral iflici, qıcolma sindromu və nitq inkişafının ləngiməsi diaqnozu ilə X2 qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ilkin hərbi qeydiyyata alınma barədə İQ №227314 saylı vəsiqənin surətindən görünür ki, X6 həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, iddianı qismən qəbul edir və hər ay 50 manat ödəməyə razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2, 81.3-cü maddələrinə əsasən “Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər”. “Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur”, “Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər”. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 14.2 maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2003-cü ildə anadan olmuş X1 məqsədilə hər ay 100,0 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2003-cü ildə anadan olmuş X1 məqsədilə hər ay 100,0 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar