Məhkəmə qərarları › İş №e-2(003)-254/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-254/2023

01.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-254/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikah qeydinin pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikah qeydinin pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2015-ci il tarixində bağlanmış nikahın pozulması, cavabdehlə birgə nikahdan dünyaya gələn xx.xx.2015-ci il təvəllüdlü X5onun himayəsinə verilməsi, övladının saxlanması üçün cavabdehdən hər ay gəlirinin 1/4 hissəsi məbləğində aliment tutulması, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 manat mediasiya xərci və iddia ərizəsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşadılar. Lakin sonradan cavabdehlə münasibətləri pozulmuş, onların xasiyyətləri birbirinə uyğun gəlməmişdir. Artıq aralarındakı münasibətlər dözülməz həddə çatmış və bu səbəbdən o, boşanmaq qərarına gəlmişdir. Onun fikri qətidir, boşanmaq istəyir, nikahları formal xarakter daşıyır. Cavabdehlə barışmaq onların gələcək birgə ailə həyatları və ailənin qorunub saxlanması mümkün deyildir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh barışıq üçün 3 ay vaxtın verilməsinə baxmayaraq, barışığın əldə olunmamasını bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı ilə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Rəsulova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən "xxxx" MMC-də Baş mühasib vəzifəsində çalışır. Onun aylıq əmək haqqı 2500 manat təşkil edir. İş materiallarında olan Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/6-5272 nömrəli, xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci 100%-0% qaydada ödədilər. İş materiallarında olan X7 ********* nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3533/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq (barışıq müddətində) İddiaçı xeyrinə hər ay cavabdehin aylıq əmək haqqı və digər gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulması qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər hal-hazırda birgə yaşamırlar, ər-arvad kimi hüquq və vəzifələr daşımırlar. Bundan sonra ailənin bərpası qeyri-mümkün olduğundan onlar arasında olan nikah formal xarakter daşıyır. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları X5 hal-hazırda iddiaçının himayəsindədir. İşin materiallarından görünür ki, tərəflərə barışması üçün 3 (üç) ay müddət müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Belə ki, 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. İddia digər tərəfdən ona görə təmin edilməlidir ki, tərəflərə barışmaları üçün vaxt təyin edilmiş, onlar təyin edilmiş müddət ərzində barışmamışlar. Hazırda isə iddiaçı nikahın pozulmasını təkid edir. Azərbaycan Respublikası AM-nin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, habelə tərəflərə barışmaları üçün təyin edilmiş müddət ərzində tərəflər barışmadıqlarından və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, iddia təmin edilərək, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında qalmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları X5 yetkinlik yaşına çatmadığından, bununla da uşağın ana qayğısına daha çox ehtiyacı olduğundan, həmçinin uşaqların hüquq və mənafeləri, eləcə də uşağın fikrini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqları İddiaçı yanında qalmalıdır. Məhkəmə həmçinin uşağın saxlanması üçün iddiaçıdan hər ay hər uşağa görə alimentin alınaraq cavabdehə ödənilməsinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, tərəflərin birgə nikahdan anadan olmuş uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul şəklində aliment alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşağı iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, "Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha uşağa görə— qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur (maddə 76.1.3.3). Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, azyaşlı uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, iddiaçının uşağını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıdan tutulmalı olan alimentin miqdarı hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarda müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, Cavabdeh 04 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində aliment tutulmalıdır. Aliment tutularkən Xəzər Rayon Məhkəməsinin e-2(003)-3533/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə tutulmuş müvəqqəti aliment nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə verilərkən mediasiya xərci üçün 50 manat xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Bundan başqa dövlət rüsumu üçün ödənilmiş 50 manat da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2. qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100,0 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 manat və mediasiya xərci üçün ödənilmiş 50 manat – cəmi 100 manat məbləğində pul isə tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərə barışmaq üçün 3 ay vaxt verilməsinə baxmayaraq, barışıq əldə olunmadığından nikah pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalmalı, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində aliment tutulmalı, aliment tutularkən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3533/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə tutulmuş müvəqqəti aliment nəzərə alınmalı, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat və mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat – cəmi 100 (yüz) manat məbləğində pul isə tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 21 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. xx.xx.2015-cı il təvəllüdlü X5 anası İddiaçı yanında qalsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləğində aliment tutulsun. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat və mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat – cəmi 100 (yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Aliment tutularkən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3533/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə tutulmuş müvəqqəti aliment nəzərə alınsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar