Məhkəmə qərarları › İş №e-2(003)-2660/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2660/2022

19.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2660/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 290,00 (iki yüz doxsan) manat məbləğində sığorta ödənişinin, 30,40 (otuzmanat, 40 qəpik) məbləğində dövlət rüsumunun, cəmi 320,40 (üç yüziyirmimanat, 40 qəpik) məbləğində pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bildiririk ki, xx.xx.2022-ci il tarixində Elşən Süleymanov küç.196 ərazisində "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış və Cavabdeh3 mülkiyyətində olan, etibarnamə əsasında Cavabdeh2 idarəçiliyinə verilmiş“Mercedes Benz E200”markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə“Kia Sportage”markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddizərər dəymişdir. AR DİN Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1-ci maddələrinə əsasən cəriməedilmə haqqındainzibatitənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş,www.isb.az saytından çıxarışdan göründüyü kimi, Cavabdeh1 tərəfindən idarə olunan “Mercedes Benz E200” markalı, ** EB *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülkiməsuliyyət sığortası hadisə baş verən anda mövcuddur. Sığorta hadisəsi nəticəsində “Kia Sportage” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 290,00 (iki yüz doxsan manat) məbləğində müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx"ASC tərəfindən 290,00 (iki yüz doxsan) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş, “Mercedes Benz E200” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx"ASC tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədəkdir. İddia ərizəsinə əlavə edilmiş, müvafiq tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Kia Sportage” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 290,00 (iki yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində Azərbaycan Respublikası İXM-in 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və 40 (qırx) manat məbləğində inzibati cəriməedilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-C-22/2941 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx"ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 290,00 (iki yüz doxsan) manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Mercedes Benz E200” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) görünür ki, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx"ASC tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Kia Sportage” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişzərər 290,00 (iki yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından görünür ki, Cavabdeh1 İXM-nin 332.1 və 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirili bilinmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZ0012775 nömrəli ödəniş tapşırığından görünür ki, «"xxxx" ASC tərəfindən məmmədov Ramil Hacıağa oğluna 290 manat ödəniş ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər (maddə 1108.2). Həmçinin “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “Mercedes Benz E200” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə “Kia Sportage” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq 290 manat cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 290 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat, qırx qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284- 5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Kia Sportage” markalı, ** HT *** qeydiyyat nişanlı avtomobillə vurulmuş zərərə görə ödənilmiş 290 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 320,40 (üç yüz iyirmi manat, 40 qəpik) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nndan tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar