Məhkəmə qərarları › İş №e-2(003)-292/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-292/2023

21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-292/2023 21.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xarici ölkədə uşağın müvəqqəti yaşama icazəsi (oturma izni) alması razılığının verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 yanvar 2019-cu il təvəllüdlü X1 xarici ölkədə müvəqqəti yaşama icazəsi (oturma izni) alması razılığının verilməsi öhdəliyinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24 dekabr 2017-ci il tarixdə Cavabdeh ilə vətəndaş nikahına daxil olmaqla ailə qurmuş və bu nikahdan 04 yanvar 2019-cu il təvəllüdlü X3 adlı bir uşağı anadan olmuşdur. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-1742 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh azyaşlı uşağı ilə maraqlanmır. Azyaşlı uşağı hal-hazırda onun himayəsində yaşayır. Cavabdeh bir ata kimi öz valideyn borcunu yerinə yetirmir. Uşağın mənafeyi baxımdan hər hansı məsələdə onun iştirakı tələb edildiyi halda cavabdehdən bunu təmin etmək mümkün olmur. O, hal-hazırda azyaşlı uşağı ilə birlikdə Türkiyə Respublikası X5 Respublikasında müvəqqəti yaşayır və burada işləyir. Yaşadığı ölkənin qanunvericiliyinə uyğun olaraq hazırda işlədiyi Kıbrıs Sağlık ve Toplum Bilimleri Universitetindən aldığı iş yeri arayışı əsasında burada müvəqqəti yaşama və iş icazəsi almışdır. Lakin azyaşlı uşağı 04 yanvar 2019-cu il təvəllüdlü X2 müvəqqəti yaşama - oturum icazəsinin alınması ilə bağlı cavabdehdən xarici ölkədə uşağın oturma icazəsinin alınmasının məcburi olduğu bildirilmişdir. Cavabdehə bu icazənin verilməsi ilə bağlı dəfələrlə müraciət etsə də, cavabdeh azyaşlı uşağı ilə maraqlanmadığı, məşğul olmadığı halda uşağın mənafeyinə zidd olaraq oturum icazəsinin verilməsindən imtina etmişdir. Bu isə onun və azyaşlı uşağı üçün çətinliklər yaradır. Uşağının ölkə hüdudlarından kənarda oturum icazəsinin olmaması onun müalicə, təhsil, istirahət və digər məsələlərlə bağlı hüquqlarının cavabdeh tərəfindən pozulmasıdır. Bu səbəbdən də 04 yanvar 2019-cu il təvəllüdlü X2 cavabdehdən xarici ölkədə uşağın oturma izni alması razılığının verilməsi barədə qətnamə çıxarılması zəruridir. Uşağının təhsili, istirahəti, sağlamlığı baxımından orada onu tibbi müayinədən keçirmək, daha yaxşı təhsil müəssisələrində təhsil almaq və s. onun gələcək mənafeyi, şəxsiyyət kimi daha mükəmməl formalaşması onun xeyrinədir. Bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada valideynlərinin hər ikisinin razılığı tələb olunur. Lakin, cavabdehin məsuliyyətsizliyi və səhlənkarlığı ucbatından uşağın rifahına xidmət edən təhsil, müalicə və istirahət hüquqları pozulur. Nəticə etıbarı ilə, cavabdehin hərəkətsizliyi uşağın mənəvi inkişafına, fıziki va psixi sağlamlığına xələl yetirir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, iddiaçı ilə 24 dekabr 2017-ci il tarixdə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Uşağın ölkədən çıxarılması barədə məhkəmə qətnaməsi vardır. İddiaçı uşağının onunla görüşməsinə icazə vermir. İddianın məqsədi uşağının ondan ayrılmasıdır. Ona görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1967/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, 04 yanvar 2019-cu il təvəllüdlü X1 atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birgə ölkədən getməsinə və qayıtmasına icazə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1742/2020 saylı qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşaq iddiaçının himayəsində saxlanılmış və uşağa görə 170,0 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən iş materiallarına “Aile ikamet izni istenen belgeler” ailənin yaşayış icazəsi üçün tələb olunan sənədlərin siyahısına dair çıxarış əlavə olunmuşdur. Həmin çıxarışdan görünür ki, müraciət edənin uşaq olması halında, boşanma halında uşağın təsdiq olunmuş vəlayət (himayə) sənədi və ya ortaq vəlayət olması halında digər valideynin verəcəyi təsdiq olunmuş etibarnamə gərəklidir. (https://e-ikamet.goc.gov.tr/ saytında yoxlanılmışdır) Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmədə bildirdiklərinə əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1742/2020 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulması və birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. Hazırda iddiaçı uşağın X5 Respublikasında yaşayış icazəsi alması üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı ilk növbədə bildirir ki, iddiaçı tərəfin özünün də iddiasının əsası kimi iş materiallarına əlavə etdiyi “Aile ikamet izni istenen belgeler” ailənin yaşayış icazəsi üçün tələb olunan sənədlərin siyahısına dair çıxarışdan görünür ki, uşağa yaşayış icazəsinin alınması üçün boşanma halında uşağın təsdiq olunmuş vəlayət (himayə) sənədi və ya ortaq vəlayət olması halında digər valideynin verəcəyi təsdiq olunmuş etibarnamə tələb olunur. İş materiallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, 04 yanvar 2019-cu il təvəllüdlü X1 anası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Yəni İddiaçı azyaşlı uşağı Dənizlə bağlı vəlayət (himayə) sənədi vardır. Bundan başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X1 atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birgə ölkədən getməsinə və qayıtmasına icazə verilmişdir. Belə olan halda, uşağa dair tərəflərin ortaq vəlayəti olmadığından və eyni zamanda yetkinlik yaşına çatmayan uşağın ölkədən anası ilə atanın razılığı olmadan getməsinə dair məhkəmənin qərarı olduğundan cavabdehin etibarnaməsinə ehtiyac olması barədə iddiaçının dəlili öz təsdiqini tapmamış hesab olunur. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin “Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası” adlı 11-ci maddəsinin mənasına görə, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Bu kimi razılıq olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir (maddə 11.2.). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. BMT-nin 1959-cu ildə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Bəyannaməsinin ikinci maddəsinin mənasına görə, qanunla və başqa vasitələr ilə uşağın sosial müdafiəsi təmin edilməli, uşağın əqli, fiziki, mənəvi və sosial baxımdan sağlam, normal, azad və ləyaqətli inkişafı üçün bütün şəraitlər yaradılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 28.3-cü maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar və Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanlarının qərarları uşaqların mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına və tərbiyəsinə zərər yetirməməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasları təsdiq olunmadığından, iddiaçının uşağa yaşayış icazəsi alınması üçün lazımi sənədlərə malik olduğu və cavabdehin icazəsinə zərurət olmadığı müəyyən olunduğundan, iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı xarici ölkədə uşağın müvəqqəti yaşama icazəsi (oturma izni) alması razılığının verilməsi» tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar